525ci qəzet Şuşada İƏT Ölkələri Gənclər Təşkilatları forumunun panel müzakirəsi keçirilib
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şuşada "İƏT ölkələri gənclər təşkilatları forumu"nun panel müzakirəsi keçirilib.
525.az "Report"a istinadən xəbərinə görə, panel müzakirəsi İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanış mərasimi çərçivəsində baş tutub.
Azərbaycan Gənclər Təşkilatları Milli Assambleyasının (NAYORA) baş katibi Nərminə Hüseynzadə gənclərin sosial mədəniyyətin mühərriki rolunu oynadığını xatırladıb: "Gənclər təşkilatları ilə siyasət arasında körpü qurmağa çalışırıq. Məqsədimiz gənclərin bilik və bacarıqlarını düzgün istiqamətdə paylaşmağa yönəltməkdir".
İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov müsəlman dünyasında gənclərin rolunun artdığını qeyd edib: "Gənclərin sosial dəyişiklik uğrunda ortaya qoyduğu öhdəliklər onların fəallığını göstərir. Gənclərin siyasi icma yarada bilməsi üçün onlara fürsət yaradılmalıdır".
Panel müzakirələri mövzu barədə çıxışlarla davam edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 03 Dekabr 2024 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















