Icma.az
close
up
RU
Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb FOTOLAR (YENİLƏNİB)

Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb FOTOLAR (YENİLƏNİB)

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 23-də Şuşada Xan qızı Natəvanın evinin qarşısında "Sözün hökmdarı" adlı teatr tamaşası nümayiş olunub.
Demokrat.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, ssenari müəllifi isə şair, yazıçı İlqar Fəhmidir. Səhnə əsərində vaxtilə hökmdar olmuş şəxslərin sözə, şeirə münasibəti və hökmdar olduqları halda belə ruhlarında daşıdıqları incəliklər əks olunub.
Beləliklə, Qarabağ torpağında yenidən şeir, qəzəl sədaları yayılıb. Qədim Azərbaycan torpağı Şuşa növbəti dəfə unudulmaz mədəniyyət tədbirinə ev sahibliyi edib. Bununla da, Vaqif Poeziya Günləri başa çatıb.
Qeyd edək ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir.

***
09:32
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə növbəti Vaqif Poeziya Günləri keçirilir.

Demokrat.az xəbər verir ki, görkəmli şairin yurdu Qazax rayonunda başlayan (14 iyul) poeziya bayramı Gəncə (15 iyul) və Ağdamdan (16 iyul) sonra 22-23 iyul tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində davam edir.
İyulun 22-də dahi şairin məqbərəsi önündə Vaqif Poeziya Günlərinin silsilə tədbirləri başlanıb.
Açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, AYB-nin sədri Xalq yazıçısı Anar, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, doğma yurda qayıtmış şuşalı poeziyasevərlər iştirak ediblər.
AYB-nin sədri Xalq yazıçısı Anar Molla Pənah Vaqifin milli ədəbiyyatın inkişafında xidmətlərindən söz açıb. Vaqif Poeziya Günlərinin əhəmiyyətini qeyd edən yazıçı deyib ki, xalqın varlığı onun ədəbiyyat və mədəniyyəti ilə təzahür edir.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qurumun Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə bağlı həyata keçirdiyi layihələrdən bəhs edib, Molla Pənah Vaqifə həsr olunan "Özü vəzir, sözü şah" (2023) adlı nəşrdən danışıb.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışında Şuşa şəhərini və Molla Pənah Vaqifi Azərbaycan intibahının nümunələri kimi səciyyələndirib. Alim Vaqifin özündən sonrakı ədəbi prosesə böyük təsir göstərdiyini də diqqətə çatdırıb.
Şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, əslən şuşalı olan Ramil Əhməd Şuşanın zəngin tarixinin və əsrarəngiz təbiətinin ilham mənbəyi olduğunu bildirib, şeirini səsləndirib.
Çıxışlardan sonra "Vaqifə məktub" esse müsabiqəsi qaliblərinin mükafatlandırması mərasimi olub.
Məlumat verilib ki, Mədəniyyət Nazirliyi tərəfindən bu ilin may ayında elan olunan müsabiqənin əsas məqsədi yaradıcı potensialı olan hər bir kəsin diqqətini bir daha görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin yaradıcılığına yönəltməklə mövzu baxımından yeni əsərlərin yazılmasına stimul verməkdir.
Müsabiqəyə ümumilikdə 175 esse təqdim olunub. Esselər tanınmış ədəbiyyatşünas və yazarlardan ibarət komissiya tərəfindən mövzuya yanaşma, mətnin bədii-estetik tutumu, dil və ifadə zənginliyi, həmçinin üslubun orijinallığı və kompozisiya strukturu baxımından dəyərləndirilib.
Komissiyanın yekun qərarına uyğun olaraq Təhminə Verdiyeva ("Ruhun və tarixin qovuşduğu Şuşa") I, Natəvan Bağırova ("Vaqifə müraciət") II, Elvin Əhməd ("Ömrün sıfır nöqtəsi və ya iki misraya sığan həyat") III yerlərə layiq görülüblər.
Birinci yerin qalibinə 2500 manat, II yerin qalibinə 1500 manat, III yeri qazanmış müəllifə isə 1000 manat verilib. Bütün qaliblərə eyni zamanda Mədəniyyət Nazirliyinin diplomları təqdim olunub.
Daha sonra "İgidlərin sözü" layihəsi təqdim olunub. Şairə Nigar Həsənzadənin "Söz" layihəsi çərçivəsində reallaşan
"İgidlərin sözü"nün məqsədi 44 günlük Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirməkdir.
Tədbirdə 44 günlük Vətən müharibəsi iştirakçıları olan şairlər öz şeirlərini səsləndiriblər.













Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 İyul 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri