Icma.az
close
up
RU
Vaqif Poeziya Günləri başlandı

Vaqif Poeziya Günləri başlandı

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə növbəti Vaqif Poeziya Günləri başlanıb. Ənənəvi poeziya bayramı bu il də ölkəmizin bir neçə şəhər və rayonunu əhatə edəcək.

Vaqif Poeziya Günlərinin təməli ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz o zaman Ulu öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb və onun tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. Qarabağ münaqişəsindən əvvəl bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayaraq, ətrafa şeir işığı yayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı.

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin şanlı qələbəsi nəticəsində Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günləri yenidən keçirilməyə başlanıb.

Şeir təntənələri dünən Molla Pənah Vaqifin doğulduğu Qazax rayonundan start götürüb. Əvvəlcə iştirakçılar Yuxarı Salahlı kəndində şairin 300 illiyi ərəfəsində abadlaşdırılmış məkanda onun heykəlinin önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Ardınca Qazax Müəllimlər Seminariyası – ADA Universitetinin Qazax Mərkəzində unudulmaz Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunan konfrans keçirilib.

Axşamüstü Qazax şəhərindəki Mütəfəkkirlər Parkında, Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin qoşa abidələri önündə Poeziya Günlərinin açılış mərasimi xüsusilə yaddaqalan təsir bağışlayıb. Tədbirdə rayon rəsmiləri, AYB-nin rəhbər heyəti, yazar və alimlər, şəhid ailələri, ağsaqqallar, ziyalılar, gənclər və KİV nümayəndələri iştirak ediblər. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbirə toplaşanları salamlayıb, səmimi ürək sözlərini çatdırıb. O deyib ki, Vaqif Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb və orada dəfn edilib. Aparıcı Türk dünyasının böyük şairinin adına ənənəvi bayramın təşkilində əməyi keçənlərə qazaxlı ziyalılar adından minnətdarlığını bildirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, AYB katibi Səlim Babullaoğlu və başqaları çıxışlarında ölkə rəhbərliyinin mədəniyyətə, o cümlədən ədəbiyyata qayğısını yüksək dəyərləndirib, bu bayramın yaradıcı mühitə stimul və ilham verdiyini vurğulayıblar. Musiqili proqram, o cümlədən Səməd Vurğunun “Vaqif” dramından parça və yerli aşıqların ifaları böyük ruh yüksəkliyi yaradıb.

Poeziya Günlərinin iştirakçısı kimi Qazaxa gələn ədəbiyyatşünas alim Rüstəm Kamal XQ-yə açıqlamasında dedi:

– Qonşu Gürcüstanın Rustavi şəhərində anadan olsam da, Qazaxın İkinci Şıxlı kəndində orta təhsil almışam. Odur ki, bura hər gəlişimi, sözün əsl mənasında qənimət sayıram. Şərəfli ziyarətində bulunduğumuz Molla Pənah Vaqifə gəlincə isə deyim ki, o, yazılı ədəbiyyatımızın milli etnik kodlarla köklənməsində və poeziyamızda xalqımızın öz obrazının yaradılmasında müstəsna rolu olmuş şairdir. Vaqif başdan-ayağa işıq poeziyasıdır. Onun şeirlərində ən çox mənalanan, ən çox hallanan, ən çox diqqət çəkən nur, işıq, şölə sözləridir. Dövlətimizin başçısı İlham Əliyev və Heydər Əliyev Fondu bizim mədəniyyətimizi, ədəbiyyatımızı klassiklərimizi layiqincə himayə edir, onların yenidən milli yaddaşımıza qayıtmasında böyük rol oynayır. Bir ziyalı kimi, Vaqif Poeziya Günlərinin bərpasına görə ölkə rəhbərliyinə təşəkkür edirəm.

AYB-nin poeziya bölməsinin rəhbəri İbrahim İlyaslının ürək sözləri:

– Mən də əslən şairlər yurdu Qazaxdanam. Bura əliboş gəlməmişəm. Yenicə çapdan çıxmış “Salam sahibi haqqdı...” kitabımı dostlara ərməğan gətirmişəm. Bu topluda divani, təcnis, qoşma, gəraylı və müxəmməslərim toplanıb. Vaqifin başımız üstündəki ruhuna sığınaraq, bir neçə şeirimi səsləndirdim. İmkan olsa, Şuşada “Poeziya saatı”nda da oxuyacağam. Dediyim budur ki, belə bayramlar bizi ruhlandırır, ürəkləndirir, xalqımızın ədəbiyyata, poeziyaya bağlılığını görüb sevinirik. Ənənəvi Poeziya bayramları bir daha dünyaya göstərir ki, biz qılıncı da, qələmi də əlimizdə möhkəm tutan millətik.

Qeyd edək ki, Poeziya Günləri bu gün Gəncədə, sabah Ağdam rayonunda davam edəcək. Bayramın əsas və son akkordları isə iyulun 17–18-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində vurulacaq. Şuşada baş tutacaq tədbirlərdə tanınmış ədəbiyyat və incəsənət xadimləri, dövlət və hökumət nümayəndələri iştirak edəcəklər. Günlər çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında – o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Natəvanın evi, Qarabağ oteli və Mehmandarovlar malikanəsində poeziya saatları, kitab sərgiləri və təqdimatları, musiqili kompozisiyalar, elmi konfrans, teatr tamaşaları və müxtəlif ədəbi-bədii proqramlar təşkil ediləcək.

Bu il də Vaqif Poeziya Günləri poeziya, ədəbiyyat və mədəniyyət həvəskarlarına çox unudulmaz anlar yaşadacaq. Bayram çərçivəsində istiqlalçı Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi də qeyd olunacaq.

Əli NƏCƏFXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri