Icma.az
close
up
RU
Şuşada “QHT lərin VI İnkişaf və Mübadilə Proqramı” başlayır

Şuşada “QHT lərin VI İnkişaf və Mübadilə Proqramı” başlayır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 18-20-də Şuşa Otel-Konqres Mərkəzi Kompleksində “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” keçiriləcək.

AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da bu Proqrama dair müvafiq elan verilib, iki həftə ərzində müraciətlər qəbul olunub. İndiyədək Agentlik tərəfindən təşkil edilmiş analoji proqramlarla müqayisədə bu il rekord sayda - 203 QHT təmsilçisindən proqrama qatılmaq üçün müraciət daxil olub. Müraciətlər respublikanın 28 şəhər və rayonunu əhatə edib. İştirakçılar seçim əsasında müəyyən olunub. Seçim zamanı ilk dəfə iştirak edənlərə, QHT-lərdə layihə yazılması üzrə məsul şəxslərə, QHT fəaliyyəti ilə yeni məşğul olanlara, regionlarda fəaliyyət göstərən QHT-lərə, xarici dil bilgisi olan təmsilçilərə üstünlük verilib. Nəticədə 100 QHT təmsilçisi uğurla Proqrama qəbul olunub.

Proqram çərçivəsində peşəkar ekspertlər QHT-lərə layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra mərhələlərinin planlaşdırılması, məlumatların toplanması və təhlili, qərarların qəbulu prosesi, hədəf qruplarının müəyyən edilməsi, tərəfdaşlarla iş və digər mühüm mövzularda bilik və bacarıqlar aşılayacaq. Sessiyalar zamanı iştirakçılar bu sahədə biliklərini möhkəmləndirmək üçün praktiki tapşırıqlar yerinə yetirəcəklər.

İndiyədək Agentlik tərəfindən 5 “İnkişaf və Mübadilə Proqramı” həyata keçirilib: 2022-ci ildə Mingəçevir şəhərində, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə isə Naxçıvan və Şamaxı şəhərlərində icra olunub. Ümumilikdə bu proqramlarda 500-dən çox QHT nümayəndəsi iştirak edib.

Bu proqramlar QHT müsabiqələrində son illər layihələrin yazılması və icrası keyfiyyətinin getdikcə yüksəlməsinə öz töhfəsini verib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bundan sonra da QHT-lərə konsultativ və metodiki dəstək göstərməkdə davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri