Icma.az
close
up
RU
Şuşada TDT çərçivəsində inteqrasiya perspektivləri müzakirə olunub

Şuşada TDT çərçivəsində inteqrasiya perspektivləri müzakirə olunub

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu çərçivəsində "Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsi: TDT çərçivəsində inteqrasiya perspektivləri" mövzusunda panel sessiyası keçirilib.
Demokrat.az "Report"a istinadla xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc paneldə çıxışı zamanı dünyada hərbi-siyasi konfliktlərin, beynəlxalq təhlükəsizlik böhranının gücləndiyi, risklərin çoxaldığı dövrdə Azərbaycan-Türkiyə beyin mərkəzlərini birləşdirən vahid platformanın qlobal çağırışlara cavab verdiyini bildirib:
"Türk dünyasının intellektual gücünü birləşdirərək qlobal qeyri-müəyyənliklərə qarşı ortaq strateji güc yaratmaq mühüm vəzifədir. Ölkələrin gələcəyini kənardan idxal olunan ideyalar müəyyənləşdirməməlidir. İndi türk dünyası siyasi, iqtisadi, mədəni və hərbi birliyini Şuşa, Astana, Bişkek və Qarabağ bəyannamələri ilə möhkəmləndirir, gələcəyə dair yol xəritəsi imzalayır. Digər "dünya"lardan fərqli olaraq, türk dünyası xalqları vahid çətir altında toplamaq üçün yaradılan süni ideoloji-siyasi birlik deyil, ortaq tarixi və mədəni ruhun yeni minilliyə daşınmasıdır, türk geosiyasətinin - "türk qütbü"nün ifadəsidir".
İsmayıl Qaspıralı Xarici Siyasət İnstitutunun direktoru Esma Özdaşlı isə qeyd edib ki, Türkiyə Qərbin qərəzli yanaşması səbəbindən müdafiə sənayesinin milliləşdirilməsinə böyük investisiya qoyub:
"Hazırda Türkiyənin istehsal etdiyi müdafiə sənayesinin məhsullarının 81%-i millidir. Qlobal gərginliklər fonunda Türkiyənin müdafiə sənayesinin güclənməsi və müasir silah sistemlərinin inkişaf etdirilməsi bölgə üçün önəmli amilə çevrilib. Türkiyə pilotsuz uçuş aparatlarının bir çox münaqişə bölgəsində uğurlu tətbiqi bu sahədə Türkiyənin qlobal mövqeyini daha da artırıb. Türkiyə öz milli sənayesi hesabına bölgədə həyata keçirdiyi əməliyyatlar səbəbindən Qərbin sanksiyalarına məruz qalıb. Məsələn, 2019-cu ildə Suriyada "Sülh bulağı" əməliyyatı keçirdik, bundan sonra Almaniya başda olmaqla Qərb ölkələri Türkiyəyə sanksiya tətbiq etdilər. Ümumiyyətlə, Türkiyə bəzi silahlardan yararlandıqda sanksiya ilə üzləşdiyi halda, Ukraynada həmin hərbi avadanlıqlar istifadə olunanda rəğbət göstərilib. Bu isə Qərbin Türkiyəyə qarşı necə ikili standarlardan çıxış etdiyini göstərir".
İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Yaşar Sarı çıxışında türk dünyasında kollektiv təhlükəsizlik məsələsinə önəm verilməsindən danışıb:
"Türk dövlətlərinin problemlə üzləşdikdə dəstək ala biləcəkləri güc mərkəzinin olması önəmlidir. Bu ehtiyacı Qarabağ zəfərinin bir nəticəsi olaraq görə bilərik. Həmçinin TDT daxilində türk dövlətlərində yeni universitetlərin yaradılması, ali məktəblərarası mübadilələrin həyata keçirilməsi də vacib məsələdir".
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Noyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri