“Xarıbülbül” festivalı çərçivəsində Şuşada teatr tamaşası Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşanın gözəl memarlıq incilərindən biri – Xan qızı Natəvanın sarayının qarşısında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında “Üzeyir bəy belə deyərdi: “Babalı Sərvərin boynuna” adlı teatr tamaşası nümayiş olunub.
“Qafqazinfo” xəbər verir ki, tamaşa Üzeyir Hacıbəylinin felyetonlarından ilhamlanaraq hazırlanıb.
Əsərdə müəllifin yumor və satira ilə qələmə aldığı sosial mövzulara yaradıcı və fərqli yanaşma nümayiş etdirilib.
Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, musiqi dizaynı Azər Hacıəsgərlidir.
Tədbir iştirakçıları belə layihələrin Şuşanın mədəni həyatına rəng qatdığını, milli irsin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Tamaşa eyni zamanda, gənc istedadların dəstəklənməsi və səhnə təcrübəsinin artırılması baxımından da uğurlu təşəbbüs kimi dəyərləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 24 May 2025 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















