Icma.az
close
up
RU
Şuşada təbiət də Zəfər bayramını qeyd edir Şəhər SAKİNLƏRİ

Şuşada təbiət də Zəfər bayramını qeyd edir Şəhər SAKİNLƏRİ

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Bu gün Şuşa şəhərinin erməni işğalından azad edilməsindən 4 il ötür. Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr tarixi Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. 
Zəfər bayramı Şuşada necə yaşanır?

Modern.az-ın əməkdaşı mövzu ilə bağlı Şuşada yaşayan jurnalist Kərim Kərimli və rəssam Rövşən Bayramovla həmsöhbət olub.


Kərim Kərimli bildirib ki, builki Zəfər bayramı onun üçün xüsusilə əlamətdardır:


“2020-ci ildən bəri hər il bu gün qeyd olunur. Amma bu il mənim üçün xüsusi əhəmiyyətlidir. Çünki ilk dəfədir ki, bu günü Şuşada qeyd edirəm. 10 may 2024-cü ildə Şuşaya köçmüşük. Şuşanın işğaldan azad olunması böyük bir sevinc, xoşbəxtlik idi”.
 


K.Kərimli qeyd edib ki, bu gün sanki təbiət də bayramı qeyd edir:


“Bilirsiniz ki, Şuşada tez-tez yağış yağır, duman gəlir, çiskin olur. Bu gün isə hava günlük-günəşlikdir. Əhali saat 10-dan Zəfər parkına yığılıb. İndi isə şəhərin mərkəzi meydanına doğru yürüş edirik. Öndə ağsaqqallarımız olmaqla gənclərimiz əllərində Azərbaycan bayrağı ilə bayramı qeyd edirlər. Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəliyi və Dövlət Qoruq İdarəsinin yerləşdiyi binada da 12 dirəkdə dövlət bayraqlarımız dalğalanır. Tədbirlərimiz gün boyu davam edəcək”.
 

Rəssam Rövşən Bayramov isə bildirib ki, bu günlə bağlı təəssüratları çox yüksək səviyyədədir:


“32 ildən sonra ilk dəfədir ki, Şuşada Zəfər bayramını qeyd edirəm. Şəhərdə rəsm əsərlərimi nümayiş etdirmək üçün sərgi açmağa hazırlaşıram. Rəsmlərimi “Güllü Bağ”da sərgiləmək üçün hazırlayıram”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Noyabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri