Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Füzuli sakinləri Zəfər bayramını qürurla qeyd edirlər

Füzuli sakinləri Zəfər bayramını qürurla qeyd edirlər

Icma.az, Azertag saytına istinadən bildirir.

Füzuli, 8 noyabr, Aydın Yavərzadə AZƏRTAC

Qarabağ Zəfərindən beş il ötür. İşğaldan azad olunan Füzuli şəhərində həyat yenidən canlanır. Bir zamanlar dağıdılmış, viran qoyulmuş küçələrdə bu gün quruculuq işləri və yeni həyatın addımları eşidilir. Sakinlərin doğma yurda Böyük Qayıdışı, müasir şəhər infrastrukturunun qurulması, məktəblər, yollar, mədəniyyət mərkəzləri və digər inşaat layihələri Füzulinin dirçəlişinə nümunədir. Zəfər bayramını doğma torpaqda qeyd etmək bu torpağın hər daşını, hər nəfəsini Vətən bilən insanlar üçün, sözün əsl mənasında, böyük qürur hissidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Füzuli həm qəhrəmanlıq ünvanı, həm də Böyük Qayıdışın rəmzlərindən biridir. Hər iki müharibədə iştirak edən Əhmədov Taleh deyir ki, Füzuliyə qovuşmaq sanki yenidən dünyaya gəlmək kimidir: "Bu gün Zəfər bayramıdır. Bu bayramın sevincini yaşamaq bizim üçün böyük qürurdur. İki müharibənin iştirakçısı olmuş bir hərbçi kimi, ilk növbədə, səngərdə çiyin-çiyinə döyüşdüyüm bütün qardaşlarımı, həmçinin şəhid olmuş qəhrəmanlarımızın ailələrini Zəfər bayramı münasibətilə təbrik edirəm. Şəhidlərimiz canları ilə bu torpağı qorudular. Bir zamanlar işğal altında qalan Füzuli rayonunun bu gün azad və abad şəkildə yenidən dirçəlməsi bizim üçün böyük sevincdir. Mənim üçün çox qürurvericidir.”

Şəhid atası Bəhruz Mikayılov vurğulayır ki, Füzulidə yaşamaq böyük sevinc və qürur mənbəyidir: “Bu gün biz azad olunmuş Füzuli şəhərində yaşayırıq. Burada yaşamaq bizim üçün böyük sevinc və qürur mənbəyidir. Biz öz doğma, azad olunmuş torpaqlarımızda yaşayırıq. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Biz Ali Baş Komandanımızın rəhbərliyi altında yumruq kimi birləşdik və torpaqlarımızı yağı düşməndən azad etdik. Bu gün Füzuli şəhərində çox gözəl, müasir şəhər salınıb. Biz yenidən yurdumuzda yaşayırıq və bundan böyük fəxarət ola bilməz. Mən 1993-cü ildə Füzulidən çıxanda 4-cü sinif şagirdi idim. Bu gün isə şəhid atası kimi öz doğma torpağıma qayıtmışam. Oğlum Ağdərə istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid olub. O, mənə vəsiyyət etmişdi: “Əgər mən şəhid olsam, mütləq öz doğma torpağımızda yaşayın”. Və bu gün mən qürurla, başı uca öz yurdumda yaşayıram.”

Füzuli sakini Abbas Əliyev bildirir ki, 8 Noyabr – Zəfər Günü ən gözəl bayramdır. "30 ilə yaxın tək arzu ilə yaşadım: Füzuliyə, Vətənimə qayıdım. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin, Azərbaycanın qalib ordusu hər zaman var olsun. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz illərin həsrətinə son qoydu. Biz öz doğma yurdumuza qayıtdıq. Məcburi köçkünlük vaxtı Bakıda dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunmuşduq. Lakin Vətəndən uzaq olduğum üçün özümü narahat hiss edirdim. Füzuliyə qayıdanda sanki cənnətə gəldim. Bu yerdə dünyaya göz açmışam, burada böyüyüb boya-başa çatmışam. Bu yerlərin hər qarışı, hər daşı bizlər üçün müqəddəsdir. Füzulimiz yenidən dirçəlib, əsl sahiblərinə qucaq açıb, sakinlər üçün bütün şərait yaradılıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see464

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see433

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see307

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see304

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see258

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see247

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see241

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see236

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see230

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see224

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see216

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see214

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see213

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see212

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see210

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see198

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see195

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see193

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri