Icma.az
close
up
RU
Şuşadan dünyaya mesaj Heç kim və heç nə əvvəlki deyil!

Şuşadan dünyaya mesaj Heç kim və heç nə əvvəlki deyil!

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyev dünyanı maraqlandıran suallara cavab verdi

"Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilən 4-cü Qlobal Media Forumu dünyəvi əhəmiyyətə malikdir. Forumda dünyanın müxtəlif ölkələrindən media rəhbərləri, ekspertləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Bu baxımdan, Şuşa Qlobal Media Forumu ölkəmizin açıq dialoqa, obyektiv informasiya mühitinin formalaşdırılmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir". "Olaylar" xəbər verir ki, bunu "Olaylar" qəzeti və "Olaylar" informasiya Agentliyinin baş redaktoru Yunus Oğuz deyib:  

"Tədbirin  bir   gözəlliyi  də  ondadır ki, verilən hər bir açıq suala  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsən cavab verir və kimi hansı məsələ  maraqlandırırsa, onun da cavabını alır. Əslində Forumda səslənən bütün sual və cavablar üstündə dayanmaq olar. Amma mən iki məsələnin üstündə daha diqqətlə dayanmaq istərdim. Bunlardan biri  Azərbaycanın Rusiya ilə münasibətlərinə verilən cavab idi. Təbiidir ki,  cavab çox professional və güclü oldu. Cavabdan da belə aydın oldu ki,  nə  Azərbaycan əvvəlki Azərbaycan, nə  də  Rusiya  əvvəlki Rusiya deyil. Birmənalı şəkildə bildirildi ki, indi daha hansısa dövlətdən asılılıq olmamalıdır. Qarşılıqlı hörmət və bərabər hüquqlu əməkdaşlıq olmalı, iqtisadi münasibətlər genişlənməli, dostluq və qardaşlıq münasibətləri inkişaf etməlidir. Bu isə o deməkdir ki, Rusiyanın "Azərbaycan bizim arxa baxçamızdır"  kimi iddiaları artıq arxa plandadır. Və gələcək münasibətlər yalnız qarşılıqlı əlaqələrin möhkəmlənməsindən keçir. Hesab edirəm ki, bu çox vacib bir cavabdır.
İkinci cavab isə dünyada Azərbaycanın orta güc olması məsələsinin yenidən gündəmə gətirilməsi idi. Əslində bu orta güc məsələsi çox vacib bir məsələdir. Məlumdur ki, 44 günlük Vətən müharibəsindən və 2023-cü ildə antiterror əməliyyatından sonra  Azərbaycanın gücü daha da artıb. Bu gücə güc qatan 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında tarixi Şuşa Bəyannaməsidir. 

Azərbaycanla Türkiyənin münasibətlərinə dair verilən suala cavab olaraq cənab prezident açıq şəkildə vurğuladı ki, əgər Türkiyəyə hər hansı bir dövlət müdaxilə edərsə,  Azərbaycan onunla münasibətinə baxmayaraq Türkiyənin yanında olacaqdır. Bu cavab əslində həm Türkiyəyə, həm də dünyaya   mesajdır.
Çünki bunu bir dəfə Pakistanın baş naziri də demişdir ki, əgər Türkiyəyə hər hansı bir müdaxilə olarsa, Pakistan Türkiyənin yanında duracaqdır. Əgər sual verilsəydi ki, bəs Pakistanın yanında siz dura biləcəksinizmi? Cənab prezident o cavabı da verəcəkdi ki, bəli, Pakistanla da biz strateji müttəfiqik və onun yanında da duracağıq.

Bəli, dövlət başçısına çox suallar verildilər. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda suallara  cavabı   zamanı incə  yumorla   bildirdi ki, Mixail Qusman uzun illər xidmət etdiyi agentlikdən məhz forumda Azərbaycanla bağlı müsbət mövqe sərgilədiyinə və sual ünvanladığına görə uzaqlaşdırılıb. Təbiidir ki, o qayıtdı yerinə və hətta bildirdi ki, mən burdan ezam olunmuş adam idim Moskvaya, İTAR-TASS-da işləməyə. Prezident hətta zarafatla dedi ki, elə sual verin ki, geri dönəndə sizi də çıxartmasınlar işdən. Əsas odur ki, Prezident İlham Əliyev bütövlükdə dünyanı maraqlandıran suallara cavab verdi, mesajlarını da dünyaya ötürdü.

Forumun ildən-ilə daha geniş iştirakçı coğrafiyasını əhatə etməsi, dünyanın müxtəlif ölkələrindən media rəhbərləri, ekspertləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirməsi onun beynəlxalq nüfuzunun davamlı şəkildə artdığını göstərir".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 İyul 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri