Icma.az
close
up
RU
Şuşadan Xankəndiyə KANAT Qarabağın turizmində yeni ERA

Şuşadan Xankəndiyə KANAT Qarabağın turizmində yeni ERA

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Qarabağ təkcə tarixi və mədəni irsi ilə deyil, həm də turizm potensialı ilə diqqət çəkir. Bu bölgədə xüsusilə dağ turizmi üçün geniş imkanlar mövcuddur. Şuşa şəhəri və onun ətrafındakı əzəmətli dağlar, Xankəndi, Laçın, Kəlbəcər və digər rayonlar turizm baxımından unikal məkanlardır.

Xüsusilə Kəlbəcər, isti suları, füsunkar dağ mənzərələri və meşələri ilə seçilir. Bu bölgə yaxın gələcəkdə dünyanın əsas turizm məkanlarından birinə çevrilmək potensialına malikdir. Bir müddət əvvəl Kəlbəcərin turizm və rekreasiya resurslarının mövcud vəziyyətinin öyrənilməsi, resurslarının qiymətləndirilməsi, turizm dəhlizləri, turizm inkişaf potensialı və prioritet turizm məhsulları sahələri üzrə araşdırılma işləri aparılıb.

Məsələ ilə əlaqədar müvafiq hesabatlar və “Kəlbəcər Turizm İnkişaf Konsepsiya” sənədi hazırlanıb. “Sənəddə Kəlbəcərin 2040-cı ilədək il boyu turizm fəaliyyətlərinin təşkili və Cənubi Qafqaz regionunda ən çox səfər edilən turizm destinasiyalarından birinə çevrilməsi hədəflənir.

Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş quruculuq və abadlıq işləri davam edir. Yeni yollar, tunellər, elektrik stansiyaları, hava limanları və digər infrastruktur layihələri icra olunur, bunlar Qarabağın tam bərpasına xidmət edir.

Xankəndi də öz tarixi simasını və təyinatını bərpa etməkdədir. Burada Qarabağ Universitetinin təsis edilməsi, insanların doğma yurdlarına qayıdışı, sosial və iqtisadi layihələrin icrası şəhərin yenidən dirçəlməsinə töhfə verir.

Eyni zamanda, Xankəndi və ətraf ərazilər turistlərin xüsusi marağını çəkir. Yol və nəqliyyat infrastrukturunun sürətlə inkişafı, Füzuli Beynəlxalq Hava Limanının fəaliyyət göstərməsi və yaxın gələcəkdə digər nəqliyyat xətlərinin genişləndirilməsi bu bölgənin turizm potensialını artırır.

Yeni layihələr fonunda Şuşa ilə Xankəndini birləşdirəcək kanat yolunun çəkilməsi təklif olunub. Modern.az-ın məlumatına görə, layihə hələ ilkin mərhələdə olsa da, bu ideyanın reallaşması Qarabağ turizminə böyük töhfə verə bilər. Kanat yolu həm yerli sakinlər, həm də turistlər üçün yeni turizm vasitəsi olacaq. Şuşadan Xankəndiyə doğru uzanan kanat yolu bölgənin gözəlliklərini havadan izləməyə imkan yaradacaq və Qarabağın turizm cəlbediciliyini artıracaq.

Turizm eksperti Ceyhun Aşurov da Şuşadan Xankəndiyə kanat çəkilməsi maraqlı təklif hesab edir. O qeyd edib ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, mürəkkəb relyef quruluşuna malikdir.

"Şuşa daha hündür, dağlıq ərazidə yerləşir. Əlbəttə ki, kanatların ilk növbədə təsiri ondan ibarət olacaq ki, belə mürəkkbə relyefli dağlıq ərazidə daha rahat nəqliyyat rolunu oynayacaq. Eyni zamanda insanların bir yerdən başqa yerə hərəkət etməsini rahatlaşdıracaq. Ondan başqa bu turistlər üçün cəlbedici faktor rolunu oynaya bilər. Kanat panoramaya, yüksəklikdən görünən təbiət görüntüsünə malikdir. Həmçinin ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitəsi hesab olunur. Bu kanatların yanında digər infrastrukturların da inkişafına töhfə verə bilər. Əlavə olaraq restoranlar və iaşə obyektlərinin tikilməsi vətəndaşların gəlişini daha da asanlaşdıra bilər”.

C.Aşurov bildirib ki, bu kimi layihələrin keçirilməsində ərazinin imkanları nəzərə alınmalıdır:

“Dövlət və özəl sektor əməkdaşlığı çərçivəsində dünyada bir sıra belə layihələr var. Qarşılıqlı faydalı şəkildə dövlət-özəl əməkdaşlığı çərçivəsində  bu cür layihələrin həyata keçirilməsi həm də sosial-iqtisadi töhfə vermiş olacaq. Ümumiyyətlə Qarabağda infrastrukturu getdikcə inkişaf etdirilməsi, gələcəkdə bu kimi vasitələrlə turislərin cəlb olunması turizmin inkişafını daha da artırmış olacaq”.

Qeyd edək ki, Azərbaycanda artıq bir neçə bölgədə kanat yolları fəaliyyət göstərir. Qəbələdə, Şahdağ və Tufandağ turizm mərkəzlərində yerləşən kanat yolları hər il minlərlə turist cəlb edir. Kanat yolları dağlıq ərazilərdə turizmin inkişafı üçün vacib infrastruktur elementlərindən biridir. Bu, nəqliyyat baxımından əlverişli olmaqla yanaşı, həm də insanlara təbiətin gözəlliklərini daha yaxından görmək imkanı yaradır.

Şuşadan Xankəndiyə uzanan kanat layihəsi həm turizm baxımından, həm də regionun inkişafı üçün əhəmiyyətli olacaq. Bu, yeni iş yerlərinin açılmasına, bölgənin turizm potensialının artmasına və Qarabağın təbii gözəlliklərinin daha çox tanınmasına səbəb olacaq. Kanat yolu həm də Şuşanı və Xankəndini daha əlçatan edəcək, bu iki şəhər arasında rahat və unikal bir nəqliyyat vasitəsi yaradacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Mart 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri