Icma.az
close
up
RU
Şuşamda səslənsin “Aşıqvarı” əsəri

Şuşamda səslənsin “Aşıqvarı” əsəri

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər ilin 20 yanvarında xalqımızın başına gələn müsibətlərlə “zəngin” ağrı-acılar yada düşür. Heç unutmaq olmur o amansız qanlı-qadalı qara günləri. Şəhidlər, göz yaşları, ayrılıqlar, itkinlər, fəlakətlər, ölümlər birər-birər kino lenti kimi gözümün önündən gəlib keçir...

Azərbaycanın Xalq artisti, Azərbaycan SSRİ Dövlət Mükafatçısı, “Şöhrət” ordenli, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, dəyərli insan, vətənpərvər ziyalımız, professor Süleyman Əyyub oğlu Ələsgərovun da haqq dünyasına qovuşması xəbəri 1999-cu ildə “Qara yanvar”ın qara xəbərinin davamı oldu bir gün sonra.  Dözə bilmədi bu ağrıya-acıya. Daha tab gətirə bilmədi bu haqsızlığa. “Vətənimdir” əsərininin, “Mən Süleyman səninəm, Sən də mənimsən Qarabağ” mahnısının müəllifini itirdik nə yazıq ki. Süleymansız Vətən, Şuşasız Süleyman Ələsgərov tifil qaldı... Xalq şairimiz Süleyman Rüstəmin misrası necə də yaraşırdı Vətənsevər, xalq aşiqi Süleyman Ələsgərova. Sanki bu əsər miras qaldı xalqımız üçün...

Hər dəfə bu matəm günü yaxınlaşanda xatirələrimə yenisi əlavə olunur, qeyri-iradi... Süleyman Ələsgərovun 2000-ci ilə kimi “Şuşa Konservatoriya”sının filialının müdiri olduğu mübarək dönəmdə onunla bir qurumda çalışmaq xoşbəxtliyi mənə də nəsib oldu. Bir neçə il öncə dövlətimiz tərəfindən Konservatoriyanın Şuşa filialı təsis olunmuşdu. Hələ Qarabağımız, Şuşamız işğal altında olduğu illərdə bu qurumun fəaliyyətə başlaması uyğun gəlmirdi. Fəqət ölkə rəhbərliyinin qəti inamı sayəsində zaman göstərdi ki, Qarabağ da, üzük qaşı Şuşa və ətraf rayonlarımız da bir gün xalqımıza qaytarılacaq, igid, qəhrəman övladlarımızın mübarizəsi, şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına. Haqq öz yerini tutacaq və ədalət bərpa olunacaq. İşğala son qoyulacaq.  Şükürlər olsun ki, belə də oldu...

Fəqət Süleyman bəy bu əlamətdar günü arzulasa da, nə yazır ki görə bilmədi. Qismət elə gətirdi ki, onun ailə üzvləri, nəvələri müşahidə etdilər gerçək həqiqəti. Şərəfli 44 günlük ölüm-qalım savaşında qalib gəlməyimiz, əldə etdiyimiz zəfər nəticəsində.

Bütün bu tarixi hadisələri xatırlayaraq qeyri-iradi xəyalım 1983-cü ilə gəşt etdi. Birgə çalışdığımız ülvi illəri dəyərli oxucularımızla paylaşmaq istərdim.

Azərbaycan Dövlət Konservatoriyasının “Xalq çalğı alətləri kafedrasının” müdiri olduğu günlərin birində, Süleyman bəy, bu sətirlərin müəllifinə bir saz havasını nota yazmağı tapşırdı. Ustad sözü mənim üçün əmr dəyərindədir, əziz oxucularımız. Və canla-başla bu kiçik işi az bir zamanda yerinə yetirdim. Klassik aşıq havaları içərisində “Misri” adlı qəhrəmanlıq ruhunu ifadə edə saz melodiyasını nota köçürüb ustada təqdim etdim. Məmnun qalıb dedi: “Həsən Həsənov məndən xahiş edib ki, tar, kamança, balaban, fortepiano üçün əsərlər yazmısınız. Saz havası üstə və ya saz aləti üçün xüsusi bir əsər yazsanız, ən böyük xidmət etmiş olarsınız musiqi mədəniyyətimizə”. Süleyman müəllimin xoş məramını öyrəndiyim və tapşırığı yerinə yetirdiyim üçün mənən özümdə bir xoş əhval-ruhiyyə yarandı.

Nəhayət, noyabr ayının bir günündə saz və fortepiano üçün “Aşıqvarı” adlı əsərin məşqlərinə Üzeyir bəyin otağında başladıq. Çünki “Xalq çalğı alətləri kafedrası”nın fəaliyyət göstərdiyi “kiçik məkan”, bir zaman dahi bəstəkarımız Üzeyir bəyin  çalışdığı otaq idi. Bu otağa daxil olduğum zaman sanki Üzeyir bəyin ruhunu hiss edirdim və bu, məndə xoş əhval yaradırdı. Fəxr edirdim ki, bu mübarək otağa daxil oluram, iclaslara qatılıram, tələbələrimin imtahanları bu otaqda keçirilir. Ruhumda bir müqəddəs hiss, munislik ovqatı yaranardı nədənsə.

Süleyman bəyin ifasında fortepianoda ilk dəfə bu ecazkar musiqini dinlədiyim zaman heyran qaldım. Birgə iş prosesində saz partiyasını aram-aram çaldığım zaman fortepiano müşayiətinin sazın bədii-texniki ifa imkanlarına və diapazonuna tamamən uyğun gəldiyi məni həddən ziyadə sevindirirdi. Bir müddət bu otaqda əsərin son halını gözdən keçirib bəzi ifa yerlərini redaktə etdiyim zaman  professional bir əsərin ortaya çıxdığına əmin oldum. Bu minvalla fortepiano müşayiəti üçün professor Sevda Əsgərova ilə mütəmadi məşqlərimizə davam edib, müəllifin yekun qərarını ala bilmək üçün son kəs otağında ilk təqdimatını gerçəkləşdirməyə nail olduq.

Bu məşqlərin davamı kimi daha sonra “S.Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri”nin müşayiəti ilə Azərbaycan Dövlət televiziyasında lentə alındı və  saz çalğım əsasında və Azərbaycan Respublikası Əməkdar artisti Faiq Sadığovun dirijorluğu ilə mavi ekrandan xalqımıza tanıdıldı. 

Bir müddət sonra, yəni 21 mart 1984-cü ildə “Azərbaycan Aşıqlarının IV Qurulyatı”nda professor Sevda xanım Əsgərovanın müşayiəti sayəsində, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ölkə rəhbərliyi başda olmaqla, dinləyicilərin ixtiyarına təqdim olundu. Etiraf etməliyəm ki, o dönəmdə ilk əsər kimi saz aləti millilik statusunda xalqımızın təqdirini qazandı.

Yeri gəlmişkən, Süleyman bəyin bu möhtəşəm əsəri  İraqda keçirilən “Beynəlxalq VI Babil Festivalı”nda da səsləndirildi. “İlham” kamera orkestrinin rəhbəri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi İsmayıl Hacıyevin dirijorluğu ilə, (Professor İlqar İmamverdiyev və dosent Mübariz Əliyevin birgə ifası ilə) 23 sentyabr 1993-cü ildə Babil Şəhərində uluslararası səviyyədə təqdim olundu.

Fəxarətlə qeyd etməliyik ki, hal-hazırda saz və fortepiano üçün bəstələnmiş “Aşıqvarı” əsəri respublika musiqi kolleclərində, musiqi təmayüllü məktəblərində, İncəsənət Universitetində və Milli Konservatoriyada tədris olunmaqla yanaşı, bu fərqli musiqi qurumlarında dərs alan tələbələrin ilhamla ifa etdiyi şah əsər statusunda repertuarlarda yer almaqla bəstəkarımızın adını yaşatmaqdadır.

1985-ci ildə Süleyman bəy məni “Aşıqvarı” əsərinin ilk ifaçısı kimi Azərbaycan Dövlət Filarmoniyasına dəvət etdi. Elə zənn etdim ki, bu əsəri yenə səsləndirəcəyəm. Buna görə sazımı da özümlə götürmüşdüm. Sonradan anladım ki, Süleyman bəy mənə sürpriz hazırlayıb. Bu dəfə simfonik orkestrin ifasında “Aşıqvari” əsəri ilk dəfə səslənən zaman, heyran qaldım. Bütün simli, nəfəsli, zərb musiqi alətləri bir cəm halında sanki sazlaşmışdılar. Ustad aşıqlarımızın repertuarında yer alan “Misri Koroğlu”nun cəngi xarakterini yansıdan əzəmətli melodiyası, milli motivlər əsasında yeni bir təfsirdə qəhrəmanlıq simfoniyası kimi möhtəşəm səslənirdi. Süleyman bəy Koroğlunun dəli nərəsindən yüksələn möcüzəli səslərin bir ahəngdə, uğurlu harmonik sədalarla yüksələn dramatik xarakterli himninə nail olmuşdu. Sanki zəfər nəğməsi kimi bütün orkestr xalqımızın mənəvi ruhunun birliyinin musiqidə təcəllisini çoşğulu ahəngdar səslərlə əks etdirirdi. İnanıram ki, yaxın zamanda saz üçün yazılmış “Aşıqvarı” adlı əsər Şuşamızda Qarabağ zəfərinin  simfoniyası kimi səslənəcək.

Yeri gəlmişkən bir məsələni də diqqətə çatdırmağı özümə mənəvi bir borc olaraq qəbul edirəm. Çünki Üzeyir Hacıbəyli adına Musiqi Akademiyası nəzdində bir zaman fəaliyyət göstərmiş “Şuşa konservatoriyasının filialı”nın  ilk rektoru kimi, bu qurumun Süleyman Ələsgərovun adı ilə Şuşa şəhərində yenidən fəaliyyət göstərəcəyinə canı-könüldən inanmaqla, “Aşıqvarı” adlı əsərin müəllifinin ruhunu şad etmiş olarıq.  

İlqar Cəmiloğlu İmamverdiyev

Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru

19.01.2025

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Yanvar 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see265

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see265

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see254

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see233

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see228

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see204

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see201

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see196

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see195

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see195

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see189

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see186

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see186

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see181

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see180

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see177

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see172

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see172

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see172

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri