Icma.az
close
up
RU
Şuşanın azad olunması suverenliyimizin tam bərpasına da yol açdı ŞƏRH AZƏRTAC

Şuşanın azad olunması suverenliyimizin tam bərpasına da yol açdı ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 4 noyabr, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsinin ən mürəkkəb, riskli əməliyyatlarından olan Şuşanın azad olunması, təkcə hərbi deyil, tarixi və siyasi baxımdan da əhəmiyyətli hadisə oldu. Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmamışdı. Ölkəmizə qarşı 200 ildən çox davam edən düşmənçilik siyasətinə ən tutarlı cavabımız məhz Şuşada oldu. Xüsusi Təyinatlı Qüvvələrimiz, mərd oğullarımız əlçatmaz və alınmaz qala hesab olunan Şuşanın sıldırım qayalıqlarını dırmaşaraq yüngül silahlarla düşmənə qan uddurdu. Bütün dünyaya sübut etdik ki, Azərbaycanın güclü Ordusu var və bu Ordu ən çətin tapşırıqları uğurla yerinə yetirmək iqtidarındadır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili söyləyib.

O bildirib ki, Azərbaycanın son iki əsrdə üzləşdiyi bəlaların, faciələrin əsas icraçıları ermənilər olub: “Çar Rusiyasının təşəbbüsü ilə müxtəlif ölkələrdən Qarabağa köçürülən ermənilər onlara “hədiyyə” verilən torpaqlarla razılaşmadılar. Daha münbit, zəngin yerlərə iddia etdilər. Onlar İrəvanı, Qərbi Zəngəzuru, Naxçıvanı, Qarabağın dağlıq hissələrini də öz ərazilərinə qatmaq üçün gecə-gündüz çalışdılar, hiyləgər planlar qurdular. Erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirdilər. 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qaldı. Mart soyqırımı xalqımızın yaddaşına ən faciəli hadisə olaraq həkk olundu. Ermənilərin etnik təmizləmə siyasəti sonrakı illərdə də davam etdi. Belə ki, 1990-cı illərin sonuna qədər davam edən “Türksüz Ermənistan” siyasəti nəticəsində 500 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından qovuldu, didərgin salındı. “Dənizdən-dənizə Ermənistan” adlı sərsəm xülyalarını gerçəkləşdirmək üçün 1988-ci ildən başlayaraq Azərbaycana qarşı separatizm cinayətləri həyata keçirən ermənilər on minlərlə vətəndaşımızı qətlə yetirdi, 20 faiz torpaqlarımızı işğal etdi, şəhər, rayon və kəndlərimizi xarabaxanaya çevirdilər. Acınacaqlı vəziyyətə salınmış şəhər və kəndlərdə infrastruktur tamamilə məhv edildi, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vuruldu. 1992-ci ilin fevralında Xocalıda törədilən soyqırımı xalqımızı nə qədər sarsıtmışdısa, həmin ilin may ayında Şuşanın işğalı bizim psixologiyamızda, əhvalımızda bir o qədər sağalmaz izlər buraxdı. Biz uzun müddət o faciələrin təsiri altından çıxa bilmədik”.

Deputat deyib ki, Qarabağı Azərbaycanın ərazisi hesab etmələrinə baxmayaraq, beynəlxalq təşkilatların dişsiz siyasətləri bizim o torpaqlara qayıdacağımıza dair ümidlərimizi də puç edirdi. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərdilər. Keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk qrupu 29 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi. BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qaldı. Amma dövlətimiz bu müddət ərzində özünün iqtisadi, hərbi və diplomatik gücünü artırmaq üçün böyük səylər göstərdi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq ölkəmiz transmilli layihələrlə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region dövlətlərinin maraqlarını təmin edir. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi. Ermənistanın siyasi liderlərinin xarakterinə bələd olan ölkə rəhbərliyi çox gözəl bilirdi ki, İrəvan müharibəsiz torpaqlarımızı geri qaytarmayacaq. Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması barədə əmr verildi. Müharibə dövründə xalq öz “dəmir yumruğ”unu, birliyini və gücünü nümayiş etdirə bildi. Müharibə müddətində Azərbaycan Ordusu şəhərləri, kəndləri, qəsəbələri, yüksəklikləri azad edirdi. Savaş dövründə Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmadı. Ermənistan ordusunda isə 10 mindən çox fərari var idi. Hərbçilərimiz “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər. Qəhrəman hərbçilərimizin bir neçə istiqamətdə sıldırım qayalarla Şuşaya doğru irəliləməsi, yüngül silahlarla düşmənlə döyüşməsi, əlbəyaxa olması əməliyyatın mürəkkəbliyindən doğurdu. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər.

“Təbii olaraq, ictimaiyyət Şuşa şəhərinin azad olunması xəbərini, çaşqınlıqla, təəccüblə qarşıladı. Azərbaycan Prezidentinin xalqa çatdırdığı bu müjdənin, xoş xəbərin yaratdığı xoş əhvali-ruhiyyə bu gün də gözlərimizin qarşısından getmir. Prezident İlham Əliyev çıxışlarının birində qeyd etmişdi ki, “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq”. Şuşanın azad edilməsi Ermənistanı kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatdan sonra isə Azərbaycan işğal altındakı digər rayonları da azad etdi, Qarabağda separatizmə son qoydu”, - deyə T.Mirkişili vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see617

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see276

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see254

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see149

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see144

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see144

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see137

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see136

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see135

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see135

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see135

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see134

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see132

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see130

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see129

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see124

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see124

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see123

Hepatit C diaqnozu qoyulan qadının son halı: Müayinə düzgün aparılmayıb

24 İyul 2025 00:14see120

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri