Icma.az
close
up
RU
Şuşanın azad olunması Azərbaycanın hərbi strateji uğuru idi

Şuşanın azad olunması Azərbaycanın hərbi strateji uğuru idi

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Şuşanın azad olunması Azərbaycanın hərbi-strateji uğuru idi
5 il əvvəl, 2020-ci il noyabrın 8-də Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gələrək böyük Zəfər tarixi yazdı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat – Ermənistanın kapitulyasiya aktı Azərbaycan torpaqlarının 30 illik işğalına son qoydu. Noyabrın 8-i Şuşanın azad olunması böyük Qələbəmizin ən parlaq səhifəsi oldu. Bu, səbəbsiz deyil. Şuşanın azad edilməsi mümkünsüz hesab olunsa da, Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bu çətin missiyanı yerinə yetirdi.
Hətta erməni separatçı rejiminin rəhbərləri öz havadarlarına güvənərək, Azərbaycanın guya xunta rejimini tanıyacağına dair cəfəng iddialar səsləndirirdilər. Azəbaycan ordusu bu sərsəm iddiaların heç bir əsasının olmadığını real döyüş meydanında sübut etdi. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq tələb edirdi. Azərbaycan ordusu bu tapşırığı şərəflə, böyük qəhrəmanlıqla yerinə yetirdi. Azərbaycan bayrağı 28 ildən sonra Şuşada dalğalandı.
Vətən müharibəsi həm də xalqımızın birliyini göstərdi. Belə ki, istər Vətən müharibəsi ərəfəsində, istərsə də müharibə zamanı və sonrakı dövrdə siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının olmadığını təsdiqlədi. Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış Qələbə münasibətilə ölkə siyasilərinin birgə bəyanatında yalnız AXCP, Müsavat Partiyası və “Milli Şura” iştirak etmədilər. Halbuki ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların rəhbərləri birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır, həmçinin mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktının insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsini tələb edirdi.
Bu tarixi həmrəylik bəyanatında radikal düşərgənin iştirak etməməsi onların antimilli xislətini bir daha ifşa etdi.
Böyük Qələbədən sonra Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan vermək istəməyən qüvvələr regionda yeni “statuks-kvo” vəziyyəti yaratmağa çalışırdı. Onların məqsədi Azərbaycanı 2020-ci il 44 günlük müharibənin nəticələri ilə kifayətlənməyə məcbur etmək idi. Lakin Azərbaycanın növbəti hədəfi var idi – dövlət suverenliyinin bərpası. Bunun üçün isə təbii ki, Xankəndi şəhəri azad olunmalı idi. 44 günlük müharibədə Azərbaycan Ordusunun məhz Xankənidinin bir addımlığında dayanması da təsadüfi deyildi. Müzəffər Ali Baş Komandanın bəyan etdiyi kimi, bu, Azərbaycanın şüurlu seçimi idi.
Azərbaycan suverenlik, ərazi bütövlüyü məsələsində heç vaxt güzəştə getməyəcəyini bir daha sübut etdi.
Müharibənin başa çatmasından ötən 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər bizi növbəti hədəfimizə yaxınlaşdırdı. Belə ki, 2023-cü il aprelin 23-də Laçın sərhəd buraxılış məntəqəsi quruldu, 2023-cü il sentyabrın 20-də isə məsələ öz məntiqi sonluğuna çatdı. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Xankəndidə Azərbaycanın dövlət bayrağı ucaldı. 2023-cü il sentyabrın 20-də cəmi 23 saat ərzində Ermənistan Silahlı Qüvvələrinin birləşmələrinin təslim olmağa məcbur edilməsi, oktyabrın 15-də isə Xankəndində Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 noyabr Zəfər gününə bərabər növbəti parlaq Qələbə idi.
Artıq 5 ildir Zəfərimizin simvolu olan Şuşa azaddır. Qısa müddətdə Xarıbülbül festivalı, Vaqif poeziya günləri, ziyalılarımızın ev muzeylərinin, dini-mədəni abidələrin bərpası Şuşanın tarixi və milli simasını özünə qaytarıb. Şuşa mədəniyyət paytaxtı olmaqla yanaşı həm də beyin mərkəzinə çevrilməkdədir. Bu gün Şuşanın memarlıq ansamblı Azərbaycan memarlıq məktəbini təcəssüm etdirir. Şuşanın azad olunması hərbi-strateji uğur olmaqla yanaşı, həm də mənəvi qələbəmizdir. Bu illər ərzində Şuşa “Türk dünyasının”, eləcə də “İslam dünyasının” mədəniyyət paytaxtı elan edildi.
Beləliklə, istər hərbi, istərsə də beynəlxalq müstəvidə atılan addımlar, həmçinin güclü siyasi iradə sayəsində Azərbaycan öz məsələsini özü həll etdi.
Könül Nurullayeva, Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Noyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri