Icma.az
close
up
RU
Şuşanın Səsi Azərbaycanın Səsi” adlı III Beynəlxalq Elmi Praktik Konfrans keçirilib

Şuşanın Səsi Azərbaycanın Səsi” adlı III Beynəlxalq Elmi Praktik Konfrans keçirilib

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

18–19 aprel tarixlərində Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində, 16 aprel Ümumdünya Səs Günü münasibətilə  “Şuşanın Səsi – Azərbaycanın Səsi” adlı III Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib.

Tədbir çərçivəsində Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaş-zadə, elmi işlər üzrə prorektor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova, Muğam xanəndə kafedrasının müdiri, Xalq artisti, professor Mənsum İbrahimov, Azərbaycan Milli Konservatoriyası nəzdində “Səsin Tədqiqi” elmi laboratoriyasının rəhbəri, UNESCO nəzdində Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) “Voice Research Across Musical Traditions” tədqiqat qrupunun yaradıcısı və sədri Aleksandriya Sultan fon Brüseldorf, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Bəyimxanım Vəliyeva və digər konfrans iştirakçıları Qarabağa səfər ediblər.
Konfrans iştirakçıları ilk olaraq Qarabağ Universitetini ziyarət ediblər. Qonaqları universitetin rektoru, professor Şahin Bayramov qarşılayıb. Universitetin konfrans zalı, akt zalı və müasir elmi laboratoriyaları ilə tanış olublar. Rektor, qonaqlara ali təhsil müəssisəsinin strukturu, fəaliyyəti və son illərdə görülən işlər barədə ətraflı məlumat verib.

Görüş zamanı iştirakçılar Qarabağ Universitetinin İncəsənət fakültəsini də ziyarət ediblər. Orada yaradılmış rəssam və dizaynerlərin əsərlərindən ibarət sərgi salonunu görüb, yüksək qiymətləndiriblər. Görüşün sonunda Azərbaycan Milli Konservatoriyası tərəfindən Qarabağ Universitetinə xüsusi hədiyyələr və universitetin kitabxanasına dərs vəsaitləri təqdim olunub. Səfərin yekununda isə konsert zalında xüsusi hazırlanmış musiqi proqramı təqdim edilib.

Ardınca konfrans iştirakçıları Şuşa şəhərinə səfər edərək Üzeyir Hacıbəylinin ev muzeyini ziyarət ediblər.

19 aprel tarixində Şuşa Otelinin konfrans zalında Ümumdünya Səs Günü çərçivəsində, Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan “Şuşanın Səsi – Azərbaycanın Səsi” III Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib.

Konfrans iki əsas istiqamət üzrə – "Üzeyir Hacıbəylinin Azərbaycan akademik vokal məktəbinin formalaşmasında rolu" və "Vokal səs fənlərarası tədqiqatların obyekti kimi" mövzularında həyata keçirilib. 
Konfransı Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaş-zadə açıq elan edib. O, çıxışında bu ilki “Şuşanın Səsi – Azərbaycanın Səsi” adlı III Beynəlxalq Elmi-Praktik Konfransın özəlliyinin Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmasından ibarət olduğunu vurğulayıb. O, qeyd edib ki, konfransın proqramında bu aspektlə bir çox məruzələr öz əksini tapıb. Ümumilikdə, konfransın çox zəngin və rəngarəng proqramının olduğunu iştirakçıların nəzərinə çatdırıb. O, çıxışında ilk dəfə olaraq AMK-nın böyük dəstəyi ilə UNESCO nəzdində Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) “Voice Research Across Musical Traditions” tədqiqat qrupunun yaradılması münasibətilə tədqiqat qrupunun təşəbbüskarı və yaradıcısı, Azərbaycan Milli Konservatoriyası nəzdində “Səsin Tədqiqi” elmi laboratoriyasının rəhbəri, Aleksandriya Sultan fon Brüseldorfa, elmi işlər üzrə prorektor, konfransın moderatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynovaya xüsusi təşəkkürünü bildirib.  Çıxışında UNESCO nəzdində Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) “Voice Research Across Musical Traditions” tədqiqat qrupunun AMK-nın nəzdində Səsin tədqiqi laboratoriyasının son üç il ərzində yüksək fəaliyyətinin nəticəsində meydana gəlməsini vurğulayıb.Konfransla bağlı mülahizələrini dilə gətirib.

Sloveniyanın Lyublyana Universitetinin İncəsənət Fakültəsi "Musiqişünaslıq" kafedrasının professoru, "Etnomusiqişünaslıq" kafedrasının müdiri Svanibor Pettan və Türkiyədən Lokman Həkim Universitetinin Tibb Fakültəsinin professoru Haldun Oğuz onlayn şəkildə konfransa qoşularaq konfrans iştirakçılarını salamlayıblar.
AMK-nın elmi işlər üzrə prorektoru, Konfransın moderatoru, Əməkdar incəsənət xadimi Lalə Hüseynova  “Azərbaycanda milli opera ifaçılığının yaranması və təşəkkülündə Üzeyir Hacıbəylinin rolu” mövzusunda məruzə ilə çıxış edib.

AMK-nın "Muğam - xanəndə" kafedrasının müdiri, Xalq artisti, professor Mənsum İbrahimov “Muğam operaları və xanəndə sənəti: XXI əsrdən baxış” mövzusu ilə, C. Cahangirov adına xorun bədii rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Təranə Yusifova “Üzeyir Hacıbəylinin 'Leyli və Məcnun' operası əsasında müasir səhnə kompozisiyası” mövzusunda, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov “Şah Abbas və Xurşid Banu” operasının bərpasına dair çıxışı, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Sənubər Bağırova “Azərbaycanda xanəndə ifaçılığının tarixi və nəzəri qaynaqları” mövzusunda çıxışlar ediblər.
Muğam-xanəndə kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Bəyimxanım Vəliyeva “Xanəndə sənətinin tədrisi problemləri” mövzusunda çıxış etmiş və bu barədə yazdığı dərs vəsaitini təqdim edib.

Konfransın digər iştirakçıları Əməkdar artist, Qarabağ Universitetinin müəllimi Anar Şuşalı “Qəzəl-romans janrı: Üzeyir Hacıbəyli və Bülbül tandeminin bariz təzahürü kimi” mövzusunda, LOR Hospital Səs Mərkəzinin rəhbəri, dosent, tibb üzrə fəlsəfə doktoru, Ümumdünya Səs Gününün Azərbaycan üzrə milli koordinatoru Ramil Həşimli “Pedaqoji vokalogiya kurikulumunun vokal və xanəndəlik sənəti tədrisində önəmi” mövzusunda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Ü.Hacıbəylinin adına BMA-nın dosenti, Əməkdar artist Fəridə Məmmədova “Akademik kanon ilə ənənəvi ifaçılıq arasında: Azərbaycan vokal romansının interpretasiya xüsusiyyətləri” mövzusunda çıxışlar ediblər.

Azərbaycan Milli Konservatoriyasının nəzdindəki “Səsin Tədqiqi” elmi laboratoriyasının rəhbəri, Konfransın moderatoru  UNESCO-nun nəzdindəki Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) “Voice Research Across Musical Traditions” tədqiqat qrupunun yaradıcısı və sədri Aleksandriya Sultan fon Brüseldorf (Sevinc Sultan-Zadə) “Üzeyir Hacıbəylinin ‘Sevgili Canan’ qəzəl-romansının müxtəlif ifalarda akustik və vokal-fizioloji təhlili” mövzusunda çıxış edib.

Mövzu ətrafında nümayiş olunan bir-birindən maraqlı məruzəçilərə Türkiyə, Avstraliya, ABŞ, Braziliya, Qazaxıstan, İtaliya, Almaniya və İsveçdən olan konfrans iştirakçıları: Müğənni, bəstəkar Erika Biavati, fortepiano ifaçılığı üzrə musiqi sənəti doktoru Karina Joli, vokal pedaqogikası üzrə fəlsəfə doktoru Lori Şen, səsin akustikası üzrə tədqiqatçı, elmlər doktoru Yohan Sundberq, musiqişünas Kuat Baqisbekov da onlayn qatılıb. Konfransın mövzusu ilə bağlı video məruzələrini təqdim ediblər.Qeyd etməliyik ki, konfransda iştirak edən məruzəçilərin təqdim etdiyi məqalə və tezislər xüsusi konfrans toplusunda dərc ediləcək.

Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Şuşanın Səsi – Azərbaycanın Səsi” adlı elmi-praktik konfrans Şuşa və Xankəndi şəhərlərində yüksək təşkilatçılıqla və böyük uğurla həyata keçirilib.
Azərbaycan Milli Konservatoriyası adından bütün konfrans iştirakçılarını təbrik edirik və onların gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Aprel 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropa ölkələrinin yeraltı anbarlarında qazın həcmi 71 mlrd. kubmetri ötüb

22 İyul 2025 14:02see200

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see149

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see139

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see136

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see134

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see132

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see132

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see130

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

22 İyul 2025 16:09see130

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see130

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see128

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see128

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see128

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see126

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see125

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see125

Şimali Makedoniyada meşə yanğınları baş verib

22 İyul 2025 20:27see121

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see121

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see118

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri