Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

AzMİU da beynəlxalq elmi praktik konfrans keçirilib FOTOLAR

AzMİU da beynəlxalq elmi praktik konfrans keçirilib FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi çərçivəsində “İnnovativ kommunikasiya kontekstində dilçilik, ədəbiyyat və tədris metodikası” mövzusunda onlayn formatda beynəlxalq elmi-praktik konfrans keçirilib. 

"Unikal" xəbər verir ki, konfransın açılış mərasimində AzMİU-nun rektoru, memarlıq doktoru, professor, əməkdar memar Gülçöhrə Məmmədova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı ili Azərbaycan dili ilə bağlı elan etdiyi mühüm təşəbbüs və sərəncamları xüsusi vurğulayıb. Rektor qeyd edib ki, dövlət başçısının ana dilimizin qorunması, zənginləşdirilməsi və elmi müstəvidə inkişafı istiqamətində müəyyən etdiyi strateji xətt ali təhsil müəssisələri qarşısında mühüm vəzifələr müəyyənləşdirir.

Professor Gülçöhrə Məmmədova bildirib ki, məhz bu dövlət siyasətinə uyğun olaraq təşkil olunan beynəlxalq elmi-praktik konfrans dilçilik, ədəbiyyat və dil tədrisi sahəsində milli dəyərlərin qorunması ilə yanaşı, innovativ yanaşmaların təşviqinə xidmət edir. O vurğulayıb ki, qloballaşan dünyada innovativ kommunikasiya bacarıqları mühəndislik, memarlıq və texniki ixtisaslar üzrə təhsil alan gənclər üçün strateji əhəmiyyət daşıyır.

Rektor diqqətə çatdırıb ki, AzMİU-da dil tədrisinə xüsusi önəm verilir və universitetdə tədris Azərbaycan, ingilis və rus dillərində aparılır. Bununla yanaşı, ingilis, rus, alman, fransız və italyan dilləri də tədris olunur. Bu yanaşma tələbələrin beynəlxalq akademik mühitə inteqrasiyasını asanlaşdırır, onların qlobal əmək bazarında rəqabət qabiliyyətini artırır. Eyni zamanda həm tələbələrin, həm də müəllim heyətinin ana dili və xarici dillər üzrə bilik və bacarıqlarının mütəmadi olaraq təkmilləşdirildiyi qeyd olunub. Çıxışda AzMİU-nun beynəlxalq tərəfdaş universitetlərlə, eləcə də British Council Azərbaycan ilə əməkdaşlıq çərçivəsində dil tədrisi sahəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb.

Konfransda AzMİU-nun Əcnəbi dillər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Məmmədova çıxış edərək kafedranın kadr potensialı, elmi-pedaqoji fəaliyyəti və tətbiq etdiyi innovativ tədris metodikası barədə ətraflı məlumat verib. O, dil tədrisində kommunikativ yanaşma, rəqəmsal resurslardan istifadə və tələbəyönümlü metodların üstünlüklərini önə çəkib.

Dosent Aygün Məmmədova konfransın əsas məqsədinin alimlərin elmi fəaliyyətinin tanıdılması, fikir və təcrübə mübadiləsinin aparılması, multidissiplinar yanaşmaların genişləndirilməsi, müasir dilçilik və dil tədrisinin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi olduğunu bildirib. Qeyd olunub ki, konfrans toplusuna ümumilikdə 78 məqalə təqdim edilib. Onlardan 27-si dilçilik və ədəbiyyat, 51-i isə tədris metodikası sahəsini əhatə edir. Dosent Aygün Məmmədova qeyd edib ki, məruzələrdə Azərbaycan dilinin saflığının qorunması, müasir informasiya mühitində dil normalarının pozulması, ekran və efir nitqində dil mədəniyyəti kimi məsələlər xüsusi diqqət mərkəzində olacaq. Bu baxımdan təqdim olunan məruzələr Azərbaycan dili ilə bağlı dövlət səviyyəsində aparılan siyasətə elmi yanaşmaların təqdim edilməsi baxımından aktual xarakter daşıyır.

Daha sonra AzMİU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Nigar Aslanova, Azərbaycan Dillər Universitetinin elm və innovasiyalar üzrə prorektoru professor Həmidə Əliyeva, AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Süni intellekt və kompüter dilçiliyi” şöbəsinin baş elmi işçisi dosent Nərmin Əliyeva, Azərbaycan Dillər Universitetinin İngilis dilinin tədrisi metodikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, dosent Günay Şirəliyeva, Bakı Dövlət Universitetinin İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mənsurə Ağayeva və Milli Aviasiya Akademiyasının İngilis dili kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Günay Mirzəyeva çıxış edərək müasir dilçilik, süni intellektin dil tədrisinə təsiri və əcnəbi dillərin tədrisində aktual metodoloji yanaşmalarla bağlı fikirlərini bölüşüblər.

Plenar iclasdan sonra konfrans öz işini iki bölmə üzrə davam etdirib. Birinci bölmədə “Müasir dilçilik və ədəbiyyatşünaslığın aktual problemləri” mövzusu üzrə 8, ikinci bölmədə isə “Əcnəbi dillərin müasir tədris metodikasının aktual problemləri” mövzusu üzrə 15 məruzə dinlənilib. Birinci bölmədə müasir dilçilik elminin aktual nəzəri problemləri – diskurs və funksional linqvistik təhlil, akademik kommunikasiya, terminoloji sistemlərin formalaşması və tərcümə nəzəriyyəsi elmi-nəzəri baxımdan şərh olunub.

Konfransın ikinci bölməsində isə əcnəbi dillərin müasir tədris metodikasının aktual problemləri – pedaqoji və fərdi yanaşmaların praktik tətbiqi, rəqəmsal texnologiyaların rolu, kommunikativ bacarıqların inkişafı, mədəniyyətlərarası və peşəkar kommunikativ kompetensiyalar, eləcə də süni intellektin elm və təhsildə rolu prioritet istiqamətlər kimi müzakirə edilib.

Konfransda Azərbaycanla yanaşı, Türkiyə, İngiltərə, Fransa, Niderland, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müxtəlif ali təhsil müəssisələrindən olan alimlər və dilçi mütəxəssislər iştirak edərək dəyirmi masa formatında mövzular ətrafında elmi müzakirələr aparıblar.

Beynəlxalq elmi-praktik konfrans dilçilik, ədəbiyyat və tədris metodikası sahəsində aktual problemlərin müzakirəsi, elmi əməkdaşlığın genişləndirilməsi və innovativ yanaşmaların təşviqi baxımından mühüm elmi platforma kimi dəyərləndirilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Fevral 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri