Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Şuşaya yol açan Hadrut əməliyyatı

Şuşaya yol açan Hadrut əməliyyatı

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Vətən müharibəsinin hər günündə Müzəffər Ordumuz bir qəhrəmanlıq dastanı yazıb. “Arxada Vətən torpağıdır!” deyib döyüşlərə atılan igid əsgər və zabitlərimiz hər gün irəliləyiblər, yeni-yeni yaşayış məntəqələrimizi işğaldan azad ediblər. Tarixin bu günündə - 7 oktyabr 2020-ci ildə isə Silahlı Qüvvələrimiz Hadrut uğrunda döyüşlərə başlayıblar. Bu döyüşlərdə də hərbçilərimiz misilsiz şücaətlər göstərməklə oktyabrın 9-da Hadrutu işğaldan azad etməyə nail olublar.

Tarixə qısa baxış

Ermənilər Azərbaycanın bir sıra yaşayış məntəqələri kimi, Hadruta da sahiblənməyə və bu toponimi özününküləşdirməyə çalışıblar. Halbuki Hadrutun ermənilərlə hər hansı bir tarixi bağlılığı yoxdur.

1923-cü ildə Hadrut kəndi Azərbaycan SSR-də qanunsuz təşkil olunan  Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə verilib, 1930-cu ildə isə yeni yaradılmış Dizaq rayonunun inzibati mərkəzi seçilib. Qəsəbənin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrut kəndi olaraq keçir. Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində olub. Bura 1847-ci ildən Poltava atlı kazak alayının qərargahı idi. 26 noyabr 1991-ci ildə ləğv edilərək ərazisi Xocavənd rayonunun tərkibinə verilib. Hadrut 1992-ci il oktyabrın 2-də  Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Vətən müharibəsinin ən ağır döyüşlərindən biri

Hadrutun coğrafi yerləşməsinin strateji önəmini anlayan ermənilər qəsəbənin müdafiəsini möhkəm təşkil etmişdilər. Bura çoxlu texnika və canlı qüvvə cəm olunmuşdu. Ətraf yüksəkliklərin ermənilərin əlində olması, işğal illərində yaradılan istehkamlar onlara üstünlüklər qazandırırdı. Buna görə də Hadrut uğrunda döyüşlər Vətən müharibəsinin ən ağır döyüşlərindən biri sayılır.

Lakin nə qədər çətin olsa da, qəsəbə götürülməli idi. Oktyabrın 7-də düşmən Azərbaycan Silahlı Qüvvələrinin hücumunu fərqli istiqamətdən gözləyirdi. Ancaq ordumuz manevr işlədərək hücum istiqamətini Hadruta tərəf dəyişdi. Əvvəllcə  ağır artilleriya atəşləri ilə qarşı tərəfin qüvvələrinə intensiv zərbələr endirldi və bunun ardınca xüsusi təyinatlı qüvvələrimiz qəsəbəyə sızmağa nail oldular. Digər qruplar isə Hadruta cənub istiqamətindən gələn yolları (Cəbrayıl və Xocavənd istiqamətindən) nəzarətə götürmüşdü. Həmin ərəfədə Ermənistan mətbuatı ətraf təpələrin ermənilərin nəzarətində olduğunu əsas gətirməklə Hadrutun Azərbaycan ordusu tərəfindən götürülmədiyi barədə məlumatlar tirajlayırdı. Yaşayış məntəqəsini içəridən nəzarətə götürməyə nail olan hərbiçilərimiz sonradan ətraf təpələrin də ermənilərdən təmizlənməsinə nail oldular.

Vətən müharibəsinin 13-cü günü, oktyabrın 9-da xalq Prezident İlham Əliyevdən növbəti müjdə xəbəri aldı. Ali Baş Komandan xalqa müraciət edərək vurğulayıb: “Əziz həmvətənlər. Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istərdim: “Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi”.

Hadrutu azad edəndən sonra Azərbaycan Ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladılar. Halbuki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını gözləmirdi. Ermənilər Şuşaya hücumun Laçın dəhlizi və Qırmızı Bazar istiqamətindən olacağı qənaətində idilər. “Uğurlu əməliyyatlardan sonra yolumuz Şuşaya açıldı. Yolumuz deyəndə, o yol yox idi. Uğurlu Hadrut əməliyyatından sonra, - hansı ki, Ermənistanda fərarilərin sayını kəskin artırmışdır, - onlar inanmırdılar ki, biz o istiqamətdə gedəcəyik. Onlar bizi başqa yerlərdən gözləyirdilər. Amma bizim aslanlarımız, igidlərimiz olmayan yerdə yol açdılar, öz əlləri ilə, öz ayaqları ilə, öz sinələri ilə”, - deyə Prezident İlham Əliyev bildirib.

Hadrut döyüşləri xarici ekspertlərin gözü ilə

2025-ci ilin mart ayında ABŞ-nin “Modern War Institute”nun (Müasir Müharibə İnstitutu) qurucu direktoru, ehtiyatda olan polkovnik Liam Kollinz və institutun Şəhər Müharibələri Araşdırmaları şöbəsinin müdiri Con Spenser Azərbaycana, o cümlədən Bakı şəhərinə və işğaldan azad edilmiş ərazilərə səfər ediblər.

Məlumata görə, səfərin nəticəsi olaraq 2020-ci il oktyabr ayında baş vermiş Hadrut döyüşünün gedişatı və əhəmiyyətinə dair ətraflı analitik hesabat hazırlanıb. Bu hesabat Azərbaycan hərbçiləri ilə müsahibələrə, ərazinin birbaşa öyrənilməsinə və döyüş əməliyyatlarının diqqətlə təhlilinə əsaslanır.

Qeyd olunur ki, amerikalılar Hadrut döyüşünü 44 günlük müharibənin dönüş nöqtəsi hesab edirlər.

Hadrutda Azərbaycan Bayrağının ucaldılması

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva 2021-ci il martın 15-də  Füzuli və Xocavənd rayonlarında səfərdə olublar. Səfər çərçivəsində dövlətimizin başçısı Hadrut qəsəbəsində Azərbaycan  Bayrağını qaldırıb və çıxış edib. Çıxışında qəsəbənin işğaldan azad edilməsinin önəminə diqqət çəkən Prezident İlham Əliyev “Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi”, - deyə vurğulayıb.

2021-ci il dekabrın 24-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Hadrut qəsəbəsinə növbəti dəfə səfər edib və burada hərbi hissənin açılışına qatılıblar.

2021-ci ilin iyununda işğaldan azad edilmiş Hadrut qəsəbəsində “Dəmir yumruq” abidəsi ucaldılıb. “Dəmir yumruq” abidəsinin üzərində Vətən müharibəsində düşmənin qorxulu yuxusuna çevrilən qəhrəman Azərbaycan əsgəri və dronlar da təsvir edilib.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Oktyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri