Icma.az
close
up
RU
Hadrut zəfəri Şuşaya açılan qapı

Hadrut zəfəri Şuşaya açılan qapı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Həmin gün Qalib Komandan qələbə sevincini xalqla bölüşmüşdü

2020-ci il oktyabr ayının 9-u Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa müraciətində Hadrut qəsəbəsinin və ona bitişik bir sıra yaşayış məntəqələrinin – Çaylı, Yuxarı Güzdək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndlərinin işğaldan azad olunduğunu elan etdi. Bu xəbər təkcə cəbhə xəttində qazanılmış növbəti uğur deyildi, Hadrutun azadlığı, eyni zamanda, Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı strateji və mənəvi üstünlüyün parlaq təcəssümü idi.

Belə bir tarixi qələbə ilə Azərbaycan ordusu 30 ildən artıq işğal altında qalmış torpaqlarımızın xilasında növbəti böyük mərhələni keçdi. Hadrut istiqamətində aparılmış əməliyyatlar düşmənin dağlıq ərazilərdə qurduğu dərin müdafiə xəttini yarmaqla müharibənin sonrakı gedişatında ciddi üstünlük qazandırdı. Adıçəkilən yaşayış sahəsinin strateji əhəmiyyəti həm coğrafi mövqeyindən, həm də regiondakı nəqliyyat və logistika xətlərinə nəzarət imkanlarından qaynaqlanırdı. Bu istiqamətdə qazanılmış qələbə Azərbaycanın cənub-qərb cinahında vəziyyəti tam dəyişdirdi, Füzuli və Şuşa istiqamətlərinə gedən yolun açılmasına zəmin yaratdı. 44 günlük Vətən müharibəsinin hər günü Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və strateji düşüncəsinin real təcəssümü idi. Hadrutun azad olunması ilə bağlı xəbərin xalqa çatdırılması isə təkcə hərbi qələbəni deyil, həm də milli ruhun yüksəlişini ifadə edirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən savaşında planlaşdırılan hərbi əməliyyatlar peşəkarlıq, dəqiqlik və ardıcıllıqla icra edilirdi. Ali Baş Komandan döyüş meydanındakı vəziyyəti şəxsən nəzarətdə saxlayır, siyasi və diplomatik müstəvilərdə paralel təşəbbüslərlə Azərbaycanın mövqeyini möhkəmləndirirdi. Hadrut istiqamətində həyata keçirilən əməliyyatlar da bu planlı və kompleks yanaşmanın məntiqi nəticəsi idi.

Azərbaycan liderinin 9 oktyabr müraciətindəki ifadələr həm ordunun qəhrəmanlığına, həm də xalqın sarsılmaz iradəsinə dərin inamı əks etdirirdi. Ölkə rəhbəri ayrı-ayrı çıxışlarında, müsahibələrində də Azərbaycan Ordusunun öz torpağında döyüşdüyünü, ədalət naminə mübarizə apardığını və bu yolda onu heç kim dayandıra bilməyəcəyini dönə-dönə vurğulayırdı. Uğurlu Hadrut əməliyyatının həmin inamın təsdiqinə çevrilməsi də bunun parlaq ifadəsi idi.

Bir sözlə, Hadrut qəsəbəsinin işğaldan azad olunması Vətən müharibəsinin operativ planında mühüm strateji mərhələ idi. Bu yaşayış sahəsinin coğrafi baxımdan Şuşa istiqamətinə çıxış nöqtəsi dağlıq relyefi və təbii baryerləri ilə mühüm mövqe sayılırdı. Ermənistan tərəfi bu istiqamətdə uzun illər ərzində çoxsaylı istehkamlar qurmuşdu. Lakin Azərbaycan Ordusunun yüksək hazırlığı, taktiki çevikliyi və döyüş ruhu bu istehkamları qısa müddətdə darmadağın etdi.

Hadrut əməliyyatının uğuru həm də göstərdi ki, Azərbaycan Ordusu dağlıq ərazilərdə, mürəkkəb relyef şəraitində döyüş aparmaq qabiliyyətinə tam malikdir. Bu əməliyyatın ardınca Şuşa istiqamətində strateji yüksəkliklərin ələ keçirilməsi artıq qaçılmaz idi. Beləliklə, Hadrutun azad olunması Şuşa qəhrəmanlarına yol açan həlledici addımlardan biri oldu.

Hadrut zəfəri 2020-ci ilin payızında Azərbaycan xalqının vahid amal – torpaqların azadlığı ideyası ətrafında sıx birləşdiyini bir daha nümayiş etdirdi. Cəbhə bölgəsində vuruşan əsgərlərimizin arxasında milyonlarla vətəndaş dayanmışdı. Xalqın dəstəyi, duaları və sarsılmaz inamı ordunun gücünü daha da artırırdı. Prezident İlham Əliyev bu birliyin mühüm rəmzi idi. Dövlət başçısı həm diplomatik müstəvidə Azərbaycanın haqq səsini dünyaya çatdırır, həm də cəbhə bölgəsində qazanılan hər qələbədən xalqı xəbərdar edərək mənəvi güc yaradırdı. Hadrutun azad olunması münasibətilə müraciət də məhz bu ruhun parlaq ifadəsi idi. Hadrutun azadlığı, eyni zamanda, beynəlxalq aləmə mühüm mesaj idi. Belə ki, Azərbaycan 30 il çəkən status-kvonun pozulmaz olmadığını, beynəlxalq hüququn bərpasının real güc və siyasi iradə tələb etdiyini göstərdi. Bu hadisə regionda qüvvələr balansını dəyişdirərək yeni geosiyasi reallıqların formalaşmasına yol açdı.

Dövlət başçısının müharibə dövründə apardığı informasiya və diplomatik mübarizə də bu mərhələdə öz bəhrəsini verdi. Hadrut əməliyyatı Azərbaycanın həm hərbi, həm də informasiya üstünlüyünü nümayiş etdirdi. Düşmənin təbliğat vasitələri uzun müddət Hadrutun guya onların nəzarətində olduğunu bildirsə də, Ali Baş Komandanın qəti mövqeyi və sübutlarla dolu çıxışı bu yalanları ifşa etdi.

Xatırladaq ki, Hadrut təkcə coğrafi məkan deyil, həm də Azərbaycan xalqının yaddaşında mühüm yer tutan tarixi yurd yeridir. 1990-cı illərin əvvəllərində bu bölgənin işğalı nəticəsində minlərlə sakin didərgin düşmüş, mədəni irs yer üzündən silinmişdi. Buna görə də Hadrutun işğaldan azad olunması hərbi qələbə ilə bərabər, həm də tarixi ədalətin bərpası idi. Bu qələbə, eyni zamanda, şəhidlərimizin qanının yerdə qalmadığını sübuta yetirdi. Hadrutun azadlığı zamanı göstərilən qəhrəmanlıq nümunələri isə Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun ən ali ifadəsi kimi tarixə düşdü.

V.BAYRAMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri