Susuz qalma (dehidrasiya): İlk əlamətlər və nə vaxt təhlükəlidir?
Icma.az xəbər verir, Medicina saytına əsaslanaraq.
Dehidrasiya orqanizmin qəbul etdiyindən daha çox maye itirməsi nəticəsində yaranır.
Medicina.az xəbər verir ki, xüsusilə isti havalarda, yüksək qızdırma, ishal və qusma zamanı daha tez inkişaf edə bilər.
Əlamətləri:
Güclü susuzluq hissi
Ağız və dodaqlarda quruluq
Tünd rəngli və az miqdarda sidik
Başgicəllənmə və halsızlıq
Uşaqlarda göz yaşı olmadan ağlama, batıq gözlər və fontanelin çökməsi (körpələrdə)
Nə etmək lazımdır?
Az-az, tez-tez su qəbul edin.
İshal və ya qusma zamanı oral rehidratasiya məhlullarından istifadə edin.
İsti havada maye qəbulunu artırın.
Nə vaxt təcili həkimə müraciət etmək lazımdır?
Sidik ifrazının xeyli azalması və ya olmaması
Huşun bulanması və ya yuxululuq
Davamlı qusma və ya ağır ishal
Körpə və ya azyaşlı uşaqda ciddi susuzlaşma əlamətləri
Dehidrasiya vaxtında müalicə olunmadıqda ciddi fəsadlara səbəb ola bilər. Erkən əlamətləri tanımaq və maye itkisini vaxtında bərpa etmək çox vacibdir.
Aygün
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 14 İyul 2026 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















