Icma.az
close
up
RU
“Suveren dövlətin ekoloji dəyərləri” layihəsinə başlanılır

“Suveren dövlətin ekoloji dəyərləri” layihəsinə başlanılır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 15 may, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində “Suveren dövlətin ekoloji dəyərləri” layihəsinə start verilir.

İdarədən AZƏRTAC-a bildirilib ki, layihənin həyata keçirilməsində məqsəd məktəblilərin ekoloji maarifləndirilməsi, onların bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərin həllinə dəstək verilməsindən ibarətdir.

Layihə çərçivəsində məktəblərin həyətinin yaşıllaşdırılması və kiçik ölçülü oranjereyanın yaradılması nəzərdə tutulur. Həmçinin mövzu ilə bağlı maarifləndirici tamaşalar (səhnəciklər) hazırlanacaq, “Suveren dövlətin ekoloji dəyərləri” adlı tədbir, ekoloji konfranslar, aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində maarifləndirici görüşlər təşkil olunacaq, “Təbiətdən incəsənətə” mövzusunda yaradıcılıq işlərinin təqdimatı keçiriləcək.

Bundan əlavə, “Təbii sərvətlər bizim əlimizdədir” adlı təqdimatların hazırlanması, debatların təşkil edilməsi, ekoloji guşələrin və yaşıl siniflərin yaradılması da planlaşdırılır.

Eyni zamanda, sahibsiz heyvanlara qulluq və düzgün münasibətin formalaşdırılması məqsədilə ekskursiya və tədbirlər, açıq havada dərslər, yaşıl dövlət - ekoloji plakat və video müsabiqəsi təşkil olunacaq, o cümlədən müvafiq istiqamətdə şagird layihələri həyata keçiriləcək.

Həmçinin müstəqil Azərbaycanın təbii irsinə səyahət - virtual və real ekskursiyaların təşkili, istedadlı şagirdlər tərəfindən ətraf mühitin qorunması istiqamətində müxtəlif dillərdə materialların hazırlanması və internet resurslarında yerləşdirilməsi, layihə çərçivəsində ümumi təhsil məktəblərində həyata keçirilən tədbirlərdə fərqlənən şagirdlərin müxtəlif nominasiyalar üzrə təltif olunması nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri