Icma.az
close
up
RU
Konstitusiyanınali hüquqi qüvvəsi və suveren dəyərləri

Konstitusiyanınali hüquqi qüvvəsi və suveren dəyərləri

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü ölkədə hüquqi dövlət quruculuğu, humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin növbəti parlaq nümunəsi kimi dəyərləndirilir. Bu təşəbbüs milli dövlətçilik tariximizdə Konstitusiyanın ali hüquqi qüvvəyə malik sənəd kimi rolunu, eyni zamanda müstəqil və suveren dövlətin möhkəmləndirilməsi istiqamətində əldə olunmuş fundamental nailiyyətləri bir daha ön plana çıxarır. Prezidentin bu addımı hüquqi islahatların yalnız normativ bazanın təkmilləşdirilməsi ilə məhdudlaşmadığını, eyni zamanda insan amilinin ön planda saxlanıldığını nümayiş etdirir.

Azərbaycan Konstitusiyası ölkənin müstəqilliyinin, ərazi bütövlüyünün və xalqın suveren iradəsinin hüquqi ifadəsi olmaqla, cəmiyyətin bütün sahələrində əsas yolgöstərici rolunu oynayır. Suverenliyin tam bərpa edilməsi ilə yeni tarixi mərhələyə qədəm qoyan dövlətimiz üçün “Konstitusiya və Suverenlik İli” yalnız rəmzi xarakter daşımır, eyni zamanda hüquqi, siyasi və mənəvi dəyərlərin real həyatda tətbiqinin təşviq edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə amnistiya təşəbbüsü cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən, sosial ədalət və mərhəmət prinsiplərinə söykənən mühüm sosial-humanist addım kimi çıxış edir. Amnistiya aktları Azərbaycan dövlətçiliyində uzun illərdir ki, humanizm və bağışlama ənənələrinə əsaslanır. Müxtəlif dövrlərdə qəbul edilmiş amnistiya qərarları minlərlə məhkumun vaxtından əvvəl azadlığa çıxmasına, cəmiyyətə reinteqrasiyasına, ailə münasibətlərinin bərpasına və sosial harmoniyanın qorunmasına mühüm töhfələr verib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən bu təşəbbüs də məhz həmin ardıcıl və məqsədyönlü siyasətin məntiqi davamı kimi qiymətləndirilə bilər. Burada əsas məqsəd cəzanın yalnız cəzalandırıcı mahiyyət daşımadığını, eyni zamanda islah, tərbiyə və yenidən cəmiyyətə qazandırma funksiyasını ön plana çəkməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı hüquqi islahatlar məhkəmə-hüquq sisteminin müasirləşdirilməsini, şəffaflığın artırılmasını və insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin olunmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Amnistiya təşəbbüsü bu islahatların tərkib hissəsi olaraq, Konstitusiyada təsbit edilmiş insan ləyaqətinin qorunması, qanun qarşısında bərabərlik və ədalət prinsiplərinin praktik müstəvidə tətbiqinə xidmət edir.
Bu da hüquqi dövlət anlayışının real məzmunla zənginləşdirilməsinə şərait yaradır. Eyni zamanda, amnistiyanın elan edilməsi dövlətlə vətəndaş arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə mühüm təsir göstərir. Azadlığa buraxılan şəxslərin sosial adaptasiyası, peşə bacarıqlarının artırılması, əmək bazarına inteqrasiyası və cəmiyyətin faydalı üzvünə çevrilməsi üçün yeni imkanlar formalaşır. Bu isə təkcə fərdi səviyyədə deyil, ümumilikdə cəmiyyətin sosial rifahına, sabitliyinə və ictimai təhlükəsizliyin güclənməsinə uzunmüddətli müsbət təsir göstərir.
“Konstitusiya və Suverenlik İli”nin ideoloji məzmunu bir daha sübut edir ki, dövlət suverenliyi yalnız siyasi və hərbi güclə məhdudlaşmır, eyni zamanda hüquqi mükəmməllik, sosial ədalət və mənəvi dəyərlər üzərində qurulur. Amnistiya təşəbbüsü bu dəyərlərin vəhdətini təmin edən, Konstitusiyanın ruhuna və mahiyyətinə uyğun bir qərar kimi cəmiyyət tərəfindən rəğbətlə qarşılanır və geniş dəstək qazanır. Nəticə etibarilə, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətinin gücünü, özünə inamını və humanist dəyərlərə sadiqliyini aydın şəkildə nümayiş etdirir. Bu addım ölkədə hüquqi dövlət quruculuğu prosesini daha da möhkəmləndirir, güclü və sağlam cəmiyyətin formalaşdırılması yolunda mühüm siyasi və mənəvi mesaj verir. İstər hüquqi, istərsə də sosial baxımdan bu təşəbbüs müasir Azərbaycan dövlətçiliyinin mahiyyətini dolğun şəkildə əks etdirən əhəmiyyətli bir hadisə kimi tarixdə öz yerini tutur.

Məhəmməd Balaqadaşov
YAP Xaçmaz rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:29
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Dekabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see308

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see196

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see164

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see150

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see146

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see144

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see142

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see131

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see131

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri