Suverenlik strategiya kimi: Əliyevin Şuşadan mesajları VİDEO
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İşğaldan azad edilən və hazırda Azərbaycan bayrağını qürurla dalğalandıran Şuşa şəhəri bir daha yalnız cari hadisələrin qiymətləndirildiyi deyil, həm də regionun gələcəyi üçün strateji baxışın müəyyən edildiyi bir məkana çevrildi: 13-14 iyul tarixlərində keçirilən IV Şuşa Qlobal Media Forumu Azərbaycanın incisinin siyasi və intellektual platforma kimi xüsusi statusunu təsdiqlədi.
Moderator.az xəbər verir ki, bu barədə Caliber.Az "YouTube" kanalının növbəti buraxılışında danışılır.
"Azərbaycan Prezidenti İlham Əliyevin forumdakı çıxışı və iştirakçıların suallarına ətraflı cavabları danılmaz bir faktı bir daha təsdiqlədi: Rəsmi Bakı sadəcə davam edən dəyişikliklərə reaksiya vermir, həm də ardıcıl olaraq, bəzən hətta proaktiv şəkildə özünün uzunmüddətli gündəliyini formalaşdırır. Azərbaycan liderinin Şuşadakı çıxışında çatdırılan əsas mesaj aydın şəkildə ifadə edildi: 2020-ci ilin payızında Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra region öz inkişafının prinsipial olaraq yeni mərhələsinə qədəm qoydu", - deyə materialda bildirilir.
Daha ətraflı videosüjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 18 İyul 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















