Icma.az
close
up
RU
Suverenliyə hörmət, tarixi həqiqətlərə sədaqət ŞƏRH

Suverenliyə hörmət, tarixi həqiqətlərə sədaqət ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin səfəri ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə əsaslanan təbii prosesdir. Bu səfərə Ermənistan cəmiyyətinin bəzi dairələri tərəfindən göstərilən qəbuledilməz reaksiya isə regionda formalaşmış yeni reallıqlara münasibətdə hələ də köhnə yanaşmaların mövcudluğunu göstərir.

Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan dövləti öz suveren ərazisində bərpa-quruculuq işləri aparır, yeni yaşayış məntəqələri salır, sosial və iqtisadi infrastrukturu yeniləyir, insanların doğma yurdlarına qayıdışını təmin edir. Xarici diplomatların bu ərazilərə səfəri Azərbaycanın daxili işidir və buna qarşı etirazların səsləndirilməsi ölkəmizin suveren hüquqlarına hörmətsizlikdir. Ermənistan cəmiyyətində müəyyən qüvvələrin diplomatik korpusun nümayəndələrinə qarşı təzyiq xarakterli çağırışları sülh və qarşılıqlı etimad mühitinin formalaşmasına xidmət etmir.

Təəssüf doğuran məqamlardan biri də tarixi-mədəni irs məsələsinin siyasi məqsədlərlə gündəmə gətirilməsidir. Gəncəsər və Xudavəng kimi tarixi abidələrin təqdimatında birtərəfli yanaşmaların nümayiş etdirilməsi, eyni zamanda, indiki Ermənistan ərazisində Azərbaycan xalqına məxsus tarixi-mədəni irsin mövcudluğunun inkar olunması qəbuledilməzdir. Qafqaz Albaniyası irsi Azərbaycan tarixinin mühüm tərkib hissəsidir və bu irslə bağlı məsələlər siyasi iddialar deyil, elmi faktlar əsasında araşdırılmalıdır. Tarixə münasibətdə ikili standartlara yol verilməsi xalqlar arasında qarşılıqlı anlaşmaya zərər vurur.

Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki tarixi irsi də xüsusi diqqətə layiqdir. Əsrlər boyu həmin ərazilərdə yaradılmış məscidlər, qəbiristanlıqlar, yaşayış məntəqələri və digər mədəni irs nümunələrinin dağıdılması, tarixi izlərin silinməsi ilə bağlı narahatlıqlar beynəlxalq hüquq və mədəni irsin qorunması prinsipləri əsasında araşdırılmalıdır. Hər bir xalqın tarixi və mədəni irsinə hörmət göstərilməsi ümumbəşəri dəyərdir. Bu məsələdə 1954-cü il Haaqa Konvensiyası və mədəni irsin qorunmasına dair beynəlxalq prinsiplər əsas götürülməlidir.

Ermənistan cəmiyyətində səsləndirilən bəzi revanşist fikirlər, eləcə də Ermənistan parlamentinin sədri Ruben Rubinyanın açıqlamaları regionda sülh gündəliyinin möhkəmləndirilməsi baxımından narahatlıq doğurur. 14 sentyabr tarixində Ermənistan parlamentində 2022-ci ilin sentyabr döyüşlərində həlak olmuş hərbçilərin xatirəsinin yad edilməsi ilə bağlı tədbirə münasibətdə də siyasi ritorikanın hansı istiqamətdə formalaşdırıldığı mühüm məsələdir. Həlak olan insanların xatirəsinə hörmət insani dəyərdir. Lakin bu cür tədbirlərdən revanşist çağırışlar üçün istifadə olunması sülh prosesinə mənfi təsir göstərə bilər.

Azərbaycan hər zaman regionda sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı olub. Bununla belə, davamlı sülh yalnız qarşılıqlı hörmət, dövlətlərin suverenliyinin tanınması və tarixi həqiqətlərə obyektiv yanaşma əsasında mümkündür. Ermənistan hakimiyyətinin sülh prosesində səsləndirdiyi bəyanatlarla bəzi siyasi dairələrin ritorikası arasında ziddiyyətlərin yaranması bu prosesin səmimiyyəti ilə bağlı suallar doğurur.

Azərbaycan xalqı müharibənin ağır nəticələrini yaşamış xalqdır və sülhün əhəmiyyətini yaxşı anlayır. Bu gün ölkəmiz Qarabağ və Şərqi Zəngəzurda quruculuq və inkişaf mərhələsini yaşayır. Bu reallığa hörmət etmək, Azərbaycanın suveren hüquqlarını tanımaq və tarixi-mədəni irs məsələlərində obyektiv mövqe nümayiş etdirmək regionun gələcəyi üçün mühüm şərtdir.

Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan qarşıdakı dövrdə də yeni nailiyyətlər əldə edəcək, ölkəmizin ərazi bütövlüyü və suverenliyi əsasında formalaşmış reallıqlar daha da möhkəmlənəcək. Azərbaycanın mövqeyi aydındır: sülh, qarşılıqlı hörmət və tarixi həqiqətlərə sədaqət regionun gələcəyinin əsas təminatıdır.

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri