Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Tarixi Zəfərdən tam suverenliyə ŞƏRH

Tarixi Zəfərdən tam suverenliyə ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın müasir tarixində hər zaman ən parlaq səhifə kimi xatırlanacaqdır. Bu əzmkar, möhtəşəm qələbənin çalınmasında ordumuzla bərabər qüdrətli Azərbaycan xalqının da payı vardır.
Ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Döyüşlər başlayandan son günə qədər Azərbaycan xalqı ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşərək ordumuzun qələbə çalması üçün əlindən gələni etdi. Əli silah tutan minlərlə Azərbaycan övladı könüllü şəkildə ordu sıralarına qatılaraq döyüşlərdə yaxından iştirak etdi. Düşmənin çirkin təxribatları zamanı evlərini tərk etməyən insanlar döyüşlərin sonuna qədər öz əzimini, ordumuza olan inamını nümayiş etdirdi. Dilindən, dinindən asılı olmadan hər bir Azərbaycan vətəndaşı daim ordumuzu dəstəklədi. Vətən azadlığı uğrunda günbəgün möhkəmlənən ümumxalq həmrəyliyi Azərbaycanı möhtəşəm qələbəyə qovuşdurdu. Azərbaycan xalqı düşmən hərbi təxribatlarına cavab verilməsi, işğal altında olan torpaqların azad edilməsi üçün ordumuzun əks-hücum əməliyyatlarını məmnunluqla qarşıladı, Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun yanında olduğunu nümayiş etdirdi.
“Xalq, dövlət orduya ümid edir, orduya güvənir. Ordu isə xalqın, dövlətin dəstəyinə güvənir”, - deyən Ümummilli liderimiz Heydər Əliyevin sözləri İkinci Qarabağ müharibəsində də öz əksini tapdı. Bu savaş zamanı ölkəmizdə milli birlik və siyasi həmrəylik öz qüdrətini göstərdi. Arxa cəhbədə sərfərbər olan xalq Ali Baş Komandanın əmrini gözləyərək hər an döyüşlərə hazır vəziyyətdə dayandı. 30 illik vətən həsrətinə son qoymaq üçün “Hər şey Vətən üçün!”, “Qarabağ Azərbaycandır!” şüarları altında sıx birləşən xalqımız səbirsizliklə ölkə prezidentinin müjdəli çıxışını gözləyir, hər kəndin, hər qəsəbənin işğaldan azad olunma xəbərini böyük sevinc və təntənə ilə qarşılayırdı.Qarabağ müharibəsində qazandığımız qələbənin əsasında xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın iradəsi, əzmi, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti dayanır. Hazırda ölkə Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iradəsi və qayğısı sayəsində Azərbaycan Ordusu güclü maddi-texniki bazaya malikdir və ən müasir silah-sursatla təmin olunmaqdadır. Belə ki, 2016-cı ilin aprelində baş verən hərbi əməliyyatlar həmçinin Vətən Müharibəsi zamanı, dövlətimizin, ordumuzun gücünü və qüdrətini düşmənə və bütün dünyaya nümayiş etdirdi.
Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Xalq orduya inanır, ordu xalqa güvənir. Hər bir əsgər dövlətin və xalqın dəstəyini hiss edir. Deməli, yaradılan nümunəvi xidməti şəraitin və hərbi xidmətin düzgün təşkilinin, hərbi qulluqçularımızın yüksək intizama və döyüş qabiliyyətinə malik olmasının, əldə olunan uğurların və ən nəhayət, qazanılan zəfərlərin əsasında xalq-ordu birliyi dayanır. Bu birlik eyni zamanda bütün dünya xalqlarına nümunədir.
Nəbi Hacıyev

YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyun 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see636

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see437

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see435

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see401

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see385

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see381

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see342

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see281

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see266

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see264

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see246

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see242

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see228

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see228

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see224

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see223

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see219

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see219

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see214

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri