Icma.az
close
up
RU
Suya əl vura bilmir: Allergiya həyatını kabusa çevirib

Suya əl vura bilmir: Allergiya həyatını kabusa çevirib

Icma.az bildirir, Sherg.az portalına istinadən.

İngiltərədə yaşayan 19 yaşlı Kloe Ramsay həyatını kabusa çevirən 40 fərqli allergiya ilə mübarizə aparır. Onlardan biri də sudur! Su bədəni ilə təmasda olduqda, dərisində dözülməz qaşınma hiss edir. O, bu vəziyyəti “sanki dərimi bıçaqla sürtmək istəyirəm”, sözləri ilə ifadə edib. 

Kloe illər ərzində dəfələrlə həyatı üçün təhlükə yaradan allergik reaksiyalara məruz qalıb və bəzi hallarda xəstəxanaya yerləşdirilməli olub. Allergiya tətikləyicilərinə banan, kartof, bəzi şirniyyatlar, ev heyvanları və şamlar daxildir. Bu maddələr gənc qızın boğazının şişməsinə və dərisinin şiddətli pətəklərin yaranmasına səbəb ola bilər. Kloe bir dəfə qatar gözləyərkən yağışa tutulduğunu və içəri girəndə dayanmadan qaşındığını söyləyib: "O anda mən narkotik aludəçisi kimi görünürdüm", deyən qız əlavə edib ki, hərdən anasına “daha ​​buna dözə bilmirəm”, söyləyir. Altı aylıqkən onda allergiya əlamətləri görünməyə başlayıb. Amma bu yaxınlarda ona “polen qida sindromu” diaqnozu qoyulub. Bu sindroma şirniyyat, meyvə və hətta ətir kimi polendən əldə edilən maddələrə qarşı allergiya daxildir. Ən qeyri-adi allergiya tibdə "sudan qaynaqlanan ürtiker" kimi tanınan su allergiyasıdır. Kloenin su içməyinin heç bir zərəri yoxdur, ancaq dərisinə toxunduqda onu çox incidir: "Bu, qarışqaların dərimdə sürünməsi kimi qaşınan, ağrılı bir hissdir". Suya qarşı həssaslığı birdən ortaya çıxdı. Əvvəlcə duş qəbul edərkən heç bir problem yaşamadığı halda, bir gün qaşınmanın başladığını və hər duşda daha da pisləşdiyini gördü. O, şampunu, kondisionerini, bədən losyonunu və hətta suyun temperaturunu dəyişməyə çalışdığını, lakin heç bir nəticə vermədiyini deyib. Yeni allergiya daim baş verə bilər və onların şiddəti dəyişə bilər. Kloe allergiyasını izləmək üçün rəng kodlu "Excel" cədvəlindən istifadə edir. İlk allergiyasının körpə ikən anası tərəfindən fərq edildiyini deyən Kloe, kartof və ya banan yeyəndə bənövşəyi rəngə çevrildiyini və huşunu itirdiyini bildirir. Xoşbəxtlikdən, zaman keçdikcə bu reaksiyalar azaldı, lakin o, hələ də çiyələk, kivi, meyvə şirəsi istehlak edə, ətirli şampunlar və bədən losyonlarından istifadə edə bilmir. Hazırda o, ayda iki dəfə iynə vurmaqla allergik reaksiyalarını nəzarətdə saxlamağa çalışır. Ancaq bu inyeksiyanın təsirinin nə qədər davam edəcəyi bəlli deyil. O, prosesin qeyri-müəyyənliyinə diqqət çəkərək, "Heç kim bu iynədən ömürlük istifadə etməyib. Mən bu müalicəyə tam cavab verməyən bəxtsiz üç faizdəyəm" deyir.

Universitet tələbəsi olan Kloe, allergiyası səbəbindən sosial həyatında bir çox çətinliklə üzləşir: "Məktəbdə bufetdə xüsusi qrupum var idi və yeməklərim də xüsusi hazırlanırdı. Amma indi universitetdə hər menyuya baxmalı oluram və bəzən dostlarımın yeyə biləcəyi yeməklərin yanında oturmaq məni narahat edir". İngiltərədə hər beş nəfərdən birinin allergiyadan əziyyət çəkdiyi təxmin edilir. Ən çox görülən qida allergiyası qoz-fındıq, süd, balıq və dəniz məhsullarıdır. Allergik reaksiyaların ən təhlükəlisi olan anafilaksi hər il İngiltərədə 5000-ə yaxın insanın xəstəxanaya müraciət etməsinə səbəb olur. Bu vəziyyət dildə, boğazda və ağızda qəfil şişkinliyə, tənəffüs yollarının tıxanmasına səbəb ola bilər. Böyük Britaniya Milli Səhiyyə Xidməti (NHS) adrenalin avtomatik injektorundan (EpiPen) istifadə etməyi və belə bir vəziyyətdə dərhal təcili yardım çağırmağı tövsiyə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Fevral 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri