Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri ilə seçilir. Lakin süni şəkildə nəmləndirilmiş qozun saxlanma müddəti qısalır. Yüksək rütubət isə maya və kif göbələklərinin inkişafına şərait yaradır.
"Qoz alırsan, evə gətirirsən, görürsən ki, içərisindən kiflənmiş qoz çıxır. Deməli, nəm yerdə saxlanılıb və ya qəsdən suya salınıb", - alıcılardan biri deyib.
"Alarkən hiss edirdim ki, qoz yaşdır. Çəkisinə təsir etdiyini də başa düşürdüm", - digər alıcı qeyd edib.
Qax rayonunun sakinləri bildirirlər ki, bu il qoz ağaclarında məhsuldarlıq aşağı olub. Bununla belə, keyfiyyətli, təbii yaş qozu süni şəkildə nəmləndirilmiş məhsuldan fərqləndirməyin yolları var.
Mütəxəssislərin sözlərinə görə, qozun həddindən artıq nəmləndirilməsi onun keyfiyyətinə mənfi təsir göstərir. Məhsul vaxtında qurudulmadıqda, xüsusilə kisələrdə və havasız mühitdə saxlanıldıqda, kiflənmə riski artır.
Mövzu ilə bağlı Mikrobiologiya İnstitutunun baş direktoru Pənah Muradov bildirib ki, suda saxlanılan qozda müxtəlif mikroorqanizmlər, o cümlədən maya və kif göbələkləri inkişaf edə bilər.
"Bu mikroorqanizmlər məhsulun qida dəyərini azaltmaqla yanaşı, bəzi hallarda insan sağlamlığı üçün təhlükəli maddələrin yaranmasına da səbəb olur. Kif göbələklərinin müəyyən növləri toksik və kanserogen təsirə malik mikotoksinlər əmələ gətirə bilər", - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 16 Oktyabr 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















