Icma.az
close
up
RU
Suyun içindəki “göy” sirr

Suyun içindəki “göy” sirr

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir stəkan suya baxanda biz onu şəffaf görürük. Amma niyə okeanlar mavi, göllər yaşıl, buzlaqlar isə süd rəngindədir? Axı su rəngsiz deyildimi? İlk baxışdan adi görünən bu sual, əslində, təbiətin ən zərif sirrlərindən birinə toxunur. Çünki suyun rəngi – təkcə səmanın əksi deyil, özünün daxili fiziki və optik xüsusiyyətlərinin nəticəsidir.

Təmiz su, əslində, zəif göyümtül rəngə malikdir. Bu rəng, ilk növbədə, işığın su tərəfindən necə udulması və yayılması ilə bağlıdır. Günəş işığı müxtəlif rənglərdən ibarət bir spektrdir: Qırmızıdan bənövşəyiyə qədər. Suyun molekulları bu rəngləri eyni cür qəbul etmir. Qırmızı, narıncı və sarı tonlar suya daxil olduqda tez udulur və dərinliyə getdikcə yox olur. Əvəzində mavi və yaşıl işıq dalğaları daha dərin qatlara qədər nüfuz edə bilir – məhz buna görə də su göy görünür.

Lakin su həmişə mavi olmur. Onun rəngi həm də tərkibindən asılı olaraq dəyişə bilər. Məsələn, yaşılımtıl su – fitoplankton və yosunların çox olduğu yerlərdə müşahidə olunur. Bu canlılar yaşıl piqmentlərə malikdir və işığın yaşıl dalğalarını əks etdirirlər.

Qəhvəyi su-meşə göllərində və ya torflu bataqlıqlarda olur. Burada suya üzvi maddələr qarışır və onun rəngi torpaq tonuna çevrilir.

Süd kimi bulanıqlıq – bu, adətən, buzlaqların əriməsi zamanı yaranan suda olur. Buzların daşıdığı mikroskopik gil və mineral hissəciklər işığı səpələyərək suya süd rəngi verir.

Hər bir rəng suyun həyatına və tarixçəsinə dair ipucu verir: Tərkibi, mənşəyi, yaşadığı ekosistem barədə. Suyun rəngi yalnız fizikaya yox, həm də bizim onu necə qəbul etdiyimizə bağlıdır. Günəşin bucağı, havanın şəffaflığı, fon səthi – bütün bunlar insan gözünün suyun rəngini necə gördüyünə təsir edir. Bəzən eyni su bəzən yaşıl, bəzən göy, bəzən isə boz görünə bilər. Rəng burada həm də emosional bir təəssürat yaradır.

Suyun rəngi - onun sadəcə fiziki xassəsi deyil, həm də təbiətin incə poetikasıdır. Biz onun şəffaflığında rəng axtarırıq və unuduruq ki, şəffaf olan belə rəngsiz deyil. Elmdə olduğu kimi, həyatda da: Bəzən görünməz olan ən gözəl rəngə malikdir.

Hazırladı: 
P.ƏMİRCANOV 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Avqust 2025 06:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri