Icma.az
close
up
RU
Suyun qiymətində də limit tətbiq ediləcək Deputat detalları AÇIQLADI

Suyun qiymətində də limit tətbiq ediləcək Deputat detalları AÇIQLADI

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda kommunal xidmətlər sahəsində aparılan islahatlar çərçivəsində tarif siyasətinin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılır. Qaz və elektrik enerjisində olduğu kimi, su təchizatı xidmətlərində də diferensiallaşdırılmış tariflərin tətbiqi gündəmdədir. Bu dəyişikliklər resursların daha səmərəli idarə olunmasına, istehlak mədəniyyətinin formalaşmasına və su ehtiyatlarının qorunmasına xidmət etməyi hədəfləyir. Elə bu kontekstdə həmin diferensial tariflərin nə zaman qüvvəyə minəcəyi məsələsi də aktuallaşır.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov qeyd edib ki, əgər biz su sahəsində diferensial qiymətləndirməyə keçsək, bu müsbət nəticə verər. Onun sözlərinə görə, hələlik bu barədə konkret qərar olmasa da, hazırda bununla bağlı təhlillər aparılır.

“Bildiyiniz kimi, qaz və elektrik enerjisi üzrə artıq sabit tarif mexanizmi qüvvəyə minib. Bu istiqamətdə qanunvericilikdə də dəyişikliklər edilib. Orada keçid müddətləri nəzərdə tutulub. Suda da eyni qaydada diferensial qiymət mexanizminin tətbiqi məsələsi gündəmdədir.

Hazırda qaz üçün limit 1200 kubmetrdir və bu nəzərdə tutulan illik limitdir. Elektrik enerjisində isə aylıq minimal limit 300 kVt/saat təşkil edir. İçməli suyun 1 kubmetri əhali üçün 70 qəpik, kanalizasiya xidməti isə 30 qəpikdir. Yəni, kanalizasiya sistemi olan ev təsərrüfatlarında suyun hər kubmetrinə görə 1 manat ödəniş edilir. Mən hesab edirəm ki, su üçün də belə bir diferensial sistemin tətbiqi məqsədəuyğundur”.

Deputat bildirib ki, Azərbaycan ümumilikdə içməli su ilə yüksək təminata malik ölkə deyil:

“Bizim su ehtiyatlarımız məhduddur, buna görə də bu milli sərvətdən səmərəli istifadə etmək vacibdir. Məhz bu baxımdan əhalini sudan qənaətlə istifadə etməyə təşviq edirik, maarifləndiririk ki, suyu israf etməsinlər. Bu, yalnız əhali üçün deyil, təşkilatlar və biznes strukturları üçün də keçərlidir, məsələn, avtomobil yuyucu məntəqələrdə də su çox israf olunur. Bu isə səmərəli hesab edilmir”.

R.Muradovun sözlərinə görə, burada da limit sistemi tətbiq edilməlidir:

“Yuxarı, orta və aşağı limitlər müəyyənləşdirilməlidir. Qeyd etmək vacibdir ki, tarif artımı hamıya eyni dərəcədə təsir etməyəcək. Aşağı limitdə artım daha az olacaq.

Məsələn, ən aşağı əhali qrupu üçün gələcəkdə nəzərdə tutulan limitin 70 qəpik qalması mümkündür və bu, illik 30-40 ton su sərfiyyatına hesablanacaq. Hazırda adam başına orta hesabla aylıq 5 ton su istifadə olunur. Sayğacla ödəyən insanlar isə sudan daha qənaətlə istifadə edirlər”.

O, həmçinin vurğulayıb ki, diferensial tariflər insanları qənaətə sövq edəcək:

“Sudan az istifadə edən az, çox istifadə edən isə daha çox ödəyəcək. Bu da sosial ədaləti təmin edən yanaşmadır. Məsələn, həyət evləri və bağ evlərində su sərfiyyatı çox olur. Belə evlərdə bir neçə sanitar qovşağı, hovuz, ya da geniş yaşıllıq sahələri olur. Ədalətli yanaşma isə ondan ibarətdir ki, belə evlərdə yaşayanlar daha artıq su istifadəsinə görə daha çox ödəniş etsinlər.

Qazda da eyni sistem tətbiq olunur. Əhali çalışır ki, 1200 kubmetrlik illik limiti keçməsin, çünki bu həddə qədər hər kubmetr 12.5 qəpikdir. Limiti keçənlər isə artıq daha yüksək 25 qəpik tariflə ödəyirlər”.

Deputat onu da diqqətə çatdırıb ki, suda da diferensial qiymətin tətbiqi, həm sahibkarlar, həm də vətəndaşların sudan daha məsuliyyətlə istifadəsinə gətirib çıxaracaq. Onun fikrincə, bu həm ədalətli, həm də qənaətcil sistem olacaq:

“Limitlərin ləğv edilməsinin tərəfdarı deyiləm, çünki limitlər insanların təbii sərvətlərdən düzgün və səmərəli istifadəsini təmin edir.

Doğrudur, belə bir layihə üzərində işlər görülür, ancaq düşünmürəm ki, ilin sonuna qədər konkret addım atılsın. Lakin gələn il bu tariflərin tətbiqi məsələsi gündəmə gələ bilər.

Minimal tarifə gəlincə isə, 1 kubmetr su üçün 70 qəpik dövlət tərəfindən saxlanıla bilər. Amma orta və yuxarı limitlərdə tarifin artması gözləniləndir. Qazda da oxşar hal olub. Hansı ki, əəvvəl 12 qəpik olan qiymət 12,5 qəpiyə qalxmışdı. Su üçün də belə cüzi artım mümkündür”.

O, eyni zamanda əlavə edib ki, içməli suyun qazonların, bağların sulanması kimi məqsədlərlə istifadəsi düzgün deyil:

“Çünki içməli suyun evlərə paylanması üçün dövlət böyük xərclər çəkir, belə ki, su təmizlənir, kimyəvi maddələrlə işlənir və sağlam vəziyyətdə əhaliyə paylanır. Buna görə də ondan qənaətlə istifadə olunmalıdır”.

Yekun olaraq R.Muradov bildirib ki, tariflərlə bağlı qərarlar da yalnız ADSEA deyil, həmçinin Tarif Şurası, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlar da təmsil olunurlar və bu onların kollegial qərarlarına əsasən qəbul edilir:

“Son dövrlərdə ADSEA-nın açıqlamalarında da vurğulanır ki, 100 mindən çox abunəçi su haqqını ödəmir. Üstəlik, su xətlərində qanunsuz müdaxilələr və itkilər var. Bütün bunlar ümumi su ehtiyatlarımıza mənfi təsir göstərir. Məhz bu səbəbdən də diferensial qiymət sisteminin tətbiqi həm əhali, həm sahibkarlar arasında səmərəli və ədalətli su istifadəsinə gətirib çıxaracaq”,- deyə deputat fikrini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Oktyabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see285

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see226

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see210

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see200

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see183

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see169

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see163

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see157

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see135

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see134

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri