Icma.az
close
up
RU
Ailə Məcəlləsi niyə dəyişir? Deputat detalları AÇIQLADI

Ailə Məcəlləsi niyə dəyişir? Deputat detalları AÇIQLADI

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ailə Məcəlləsi və daha 7 qanun layihəsinə təklif edilən dəyişikliklər müvafiq komitə iclaslarında, o cümlədən Əmək və sosial-siyasət komitəsində birinci oxunuşda müzakirəyə çıxarılmışdır və mən layihənin sosial üstünlüklərinə diqqət çəkmək istərdim. Xüsusilə “Sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət proqramı”nı qeyd etmək istərdim.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Nigar Məmmədova parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, məhz bu proqramda da stasionar tipli qayğının tədricən alternativ xidmətlərə transformasiyasını müəyyən edən mexanizmin tətbiqi, habelə ölkədə himayədar ailə institutunun inkişafının zəruriliyi əksini tapıb. Artıq qeyd olunduğu kimi, dəyişikliklərin təklif olunduğu qanunlarda uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına bir sıra səlahiyyətlər verilir.

"Mən bu xüsusda elektron idarəetmənin qazandırdığı dividendlərə nəzər salmaq istərdim. Təcrübə göstərir ki, elektron hökumət sistemi hökumət və vətəndaşlar arasında etimadın qurulmasına, nəticə etibarı ilə isə şəffaflığın və hesabatlılığın təmin olunmasına zəmin yaradır. Elektron hökumətin üstünlüklərinə nəzər yetirsək, bu sistem xidmətləri optimallaşdırmaq üçün uğurlu kommunikasiyanın qurulmasına imkan yaradır. Həmçinin inzibati prosesləri sadələşdirir, sənədləşmə işlərini minimuma endirir.

Sözügedən dəyişikliklər də bu sahədə fəaliyyətin elektron informasiya sistemi üzərindən daha operativ həyata keçirilməsinə yönəlmişdir.  Burada həmçinin vaxta və maddi xərclərə qənaətdən söhbət gedir ki, bu da prosesin sürətlənməsini təmin edir, vətəndaş məmnunluğuna zəmin yaradır. Həmçinin zəruri dövlət orqanları arasında müvafiq proseslərin sadələşdirilməsi bəzi mümkün risklərin qarşısını almış olacaq.
Belə ki, gecikmə halları minimuma endiriləcək, eyni zamanda elektron bazadan sənədlərin əldə edilməsi sayəsində uşaq hüquqlarının müdafiəsilə bağlı aidiyyatı qurumların vaxtında müdaxiləsi müvafiq riskləri ortadan qaldıracaq.

Xüsusilə vurğulamalıyam ki, yeni dəyişikliklər etimadın artmasını təmin edəcək, qəyyumluq prosesinə müsbət təsir göstərəcək. Bununla yanaşı, təklif olunan dəyişikliklər dövlət tərəfindən monitorinq və nəzarət funksiyalarının gücləndirilməsinə töhfə verərək,  övladlığa götürən ailələrin məsuliyyətini artıracaq. Beləliklə, normativ hüquqi baza daha da möhkəmlənir, aidiyyatı orqanların iş keyfiyyəti daha da artmış olur. Nəticə etibarı ilə sui-istifadə hallarının da qarşısı alınacaq, həmçinin gələcəkdə bu sahədə yeni layihələrin icrası üçün təhlil aparmaq imkanı yaranacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Aprel 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri