Icma.az
close
up
RU
Svetlananın aldığı dərs: Başqasının olan heç nə xoşbəxtlik gətirmir

Svetlananın aldığı dərs: Başqasının olan heç nə xoşbəxtlik gətirmir

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gördüyün erməni qadının adı Svetlana soyadı Arakelyandır. Gümrüdə anadan olub. Deməli bu axçi o vaxt- yəni 1992-1993-cü illərdə Rusiyanın dəstəyi və hərbi yardımı ilə Qarabağı işğal edən Ermənistanın terrorçu ordusunun qazandığı qələbədən necə xoşnud olubsa, ailəsi ilə birlikdə Gümrüdəki evlərini satıb köçüblər Qarabağa. Burada evindən çıxarıb qovduqları, və yaxud vəhşicəsinə öldürdükləri bir azərbaycanlının evinə yerləşiblər.

Svetlananın özünün erməni mediasına verdiyi məlumata görə , düz 35 il rahat o evdə yaşayıb. Məlum antiterror əməliyyatından sonra Azərbaycan ordusunun mərhəməti və humanizmi sayəsində yenidən sağ-salamat Ermənistana dönüb. Amma ki , evi olmadığına görə kirayələrdə qalır. Aylığı da bizim pulla 350 manata. İş yoxdur deyib, iş də vermirlər. Dünən İrəvanın meydanlarına yığışmış nankorlar - Qarabağı könüllü tərk etmiş ermənilər şikayətləniblər. Bu Svetlana da dəsmal götürüb ağlayıb ki, bəs bizi söyürsünüz, təhqir edirsiniz, yaxşı edirsiniz edin, amma Qarabağa dönənə qədər ya bir ev verin, yada xeyli pul verin ki, gedim özümə ev alım.
Onun bu çıxışı sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olublar. İrəvan erməniləri Svetlanaya nifrətlərini bildirməkdən çəkinməyiblər. Onu ərini - oğlunu müharibəyə göndərməməkdə, qorxaqlıqda suçlayıblar. Buna görə döyüşdə ən çox irəvanlıların öldüyünü vurğulayıblar.
Bir sözlə , ermənilərdən sonra Svetlanaya onu da bildirmək yerinə düşər ki, Qarabağa yaşamağa gedən günü həyatının səhvini edib.
Deyilənə görə, uzaq bir şəhərdə bir ər-arvad yaşayırmış. Həm çox kasıb imişlər, həm də övladları yox imiş. Bir yandan da yaşlanmağa doğru gedirmişlər. Qadın hər gün taleyindən gileylənər, ağlayıb-sızlayar, ərinin də gününü qara edərmiş. Günlərin bir günü kişi sevinə-sevinə evə gəlir, deyir: arvad, muştuluğumu ver, sənə xoş bir xəbər deyim. Arvad sevincək deyir ki, muştuluğun məndə, denən!
Kişi deyir ki, arvad bu gün bir kişi ilə bazarda rastlaşdıq, söhbətləşdik! Razılaşdıq ki, onun çox xoşbəxt olduğu və yaşadığı əraziyə köçək . Orda nə yemək dərdi , nə geymək dərdi çəkirsən .. Hər şey təmənnasız verirlir. Bütün günü də oranın sakinləri olan ozanlar çalır oxuyur, oynayır o ərazidəki insanlar da xoşbəxt yaşayır. Amma şərtləri var. Nəbadə, orda ağlayasan , sızlayasan, dərdli görünəsən!Həmin adamı qaynayan qazana yandırıb öldürürlər. Əgər bu şərtlə razısansansa, köçək ”Ozan”a.
Arvad razılaşır, köçürlər. Xoşbəxt yaşayırlar. Bir ay, beş ay beləcə keçir... Arvad günlərin bir günü yenə qəmə batır, taleyindən gileylənir... Əri ha yalvarır, ay arvad etmə-eləmə, şərti pozma...Ozanlar bilsə... Elə bu anda ozanlar görürlər ki, arvad ağlayır! Şərt pozulub! Götürürlər arvadı basırlar qaynayan qazana...arvad bişib ölür... Əri bilir ki, bu olaya ağlamağın, sızıldamağın yeri yoxdu...yoxsa onun da vəziyyəti arvadından fərqli olmayacaq, başlayır qazanın böyür-başına oynaya-oynaya fırlanmağa, və astadan oxumağa: Nə gəzirdin "Ozan”da, başın qaynasın qazanda....
Bədbəxt Gümrüdə oturmuşdun də , nə gəzirdin Qarabağda ki, indi də qalmısan çöllərdə...

Bilmirdin, o torpaqların, o evin  sahibi səni orda qoymayacaq?
Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 Aprel 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri