SVR Rusiyanın Avropada agent şəbəkəsini necə yenidən qurduğunu izah edir
Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Rusiyanın kəşfiyyat şəbəkəsi Avropada 700-dən çox agentini itirib. Buna görə də, ruslar indi fəal şəkildə “birdəfəlik casuslar” adlandırılanları cəlb edirlər.
Bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin bəyanatında məlumat yayıb.
SVR xatırladıb ki, 2022-ci ilin fevralından Rusiyanın Avropadakı kəşfiyyat şəbəkəsi məhv edilib. Avropanın kəşfiyyat agentlikləri əksər hallarda Rusiya diplomatik missiyalarının pərdəsi altında fəaliyyət göstərən təxminən 700 rus casusunu ölkədən çıxarıb.
“Ən böyük təmizləmələr Bolqarıstanda aparılıb, orada Rusiya diplomatik missiyalarının 82 nümayəndəsinə “persona non-qrata” statusu verilib. Almaniyada 65 nəfər, Polşada 58, Rumıniyada 52, Slovakiyada 39, Hollandiya və Sloveniyada hər birində 34 nəfər və s.
Bu kəşfiyyat şəbəkəsini itirəndən sonra Rusiya kəşfiyyat orqanları diqqətlərini Avropa ölkələrində mülki şəxslərin işə cəlb edilməsinə yönəldiblər.
“Avropanın 12 ölkəsində ümumilikdə 130 nəfər Rusiyaya işləməkdə şübhəli bilinib”, - SVR bildirib.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 19 Oktyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















