Icma.az
close
up
RU
Paşinyan Rusiyanın köhnə şəbəkəsini dağıdır

Paşinyan Rusiyanın köhnə şəbəkəsini dağıdır

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Rusiya Vaşinqtonda elan edilən “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” adlı erməni-amerikan layihəsi ətrafındakı inkişafları diqqətlə izləyir”. 

“Cebheinfo.az” xəbər verir ki, Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin “Noev Kovçeq” qəzetinə verdiyi müsahibədə bildirib.

“İndiyə qədər yalnız bu ucadan səslənən adı eşidirik. Bildiyimiz qədəri ilə onun tətbiqi ilə bağlı praktiki işlər hələ başlamayıb. Bu təşəbbüs konkret forma aldıqdan sonra mövqeyimiz formalaşdırılacaq.

Eyni zamanda, “Tramp marşrutu” Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünə təsir göstərə bilər. Çünki respublika ərazisindən malların keçməsi, digər məsələlərlə yanaşı, Avrasiya İttifaqı qanunu ilə tənzimlənir.

Bu mövzuda erməni tərəfdaşlarımızla əsaslı məsləhətləşmələrə hazırıq. Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını daim müdafiə edir, Xüsusilə də bu sahədə irəliləyiş əvvəlcə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə imzalanmış üçtərəfli sazişlərə əsaslanırdı. 

Biz bundan çıxış edirik ki, müvafiq proseslər regiondakı bütün maraqlı ölkələrin və onların qonşularının maraqlarını nəzərə almalıdır”, - Kopırkin belə deyib.

Qeyd edək ki, “Tramp marşrutu”nun açılmasına qarşı Rusiya rəsmilərinin son vaxtlar xəbərdarlıq mesajlarının artması müşahidə olunur.

Xüsusilə, Azərbaycan üzərindən nəqliyyat-tranzit əlaqələrinin bərpası və bir sıra məhsulların Ermənistana tədarükü fonunda Rusiyanın narahatlığı artmağa başlayıb. Noyabr ayında Qazaxıstan taxılının göndərilməsindən sonra Azərbaycanın Ermənistana neft məhsullarının ixracı regionda vəziyyəti dəyişməyə başlayıb.

Artıq Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycanla dəmir yollarının bərpası və açılması təşəbbüsü ilə çıxış edib. 

İqtisadi naziri Gevork Papyon isə Ermənistanın Azərbaycana alüminium, kənd təsərrüfatı, bəzi içki məhsulları ixrac etməyə hazır olduğunu deyib.

30 ildən Azərbaycanla nəqliyyat-ticarət əlaqələrinin bərpası Ermənistanı Rusiyanın həm iqtisadi, həm də geosiyasi təsir dairəsindən çıxara bilər. Zəngəzur dəhlizninin açılması və ABŞ-nin regionun əsas nəqliyyat dəhlizlərindən birinə nəzarət etməsi isə Rusiyanın bölgədən sıxışdırılması deməkdir. Moskvanın  narahatlığının başlıca səbəblərindən biri bununla bağlıdır.

Bundan başqa, Rusiya “Tramp marşrutu”nun açılmasını Avrasiya İqtisadi İttifaqı üçün təhlükə hesab edir. Ermənistan Aİİ-nın üzvü olduğuna görə, bu ölkənin bütün ərazisində birliyin iqtisadi qanunları tətbiq olunur. Rusiya bildirir ki, Ermənistanın şimalında və “TRIPP layihəsi”nin keçdiyi cənub hissəsində iki müxtəlif gömrük qaydaları tətbiq edilə bilməz. 

Ermənistan Gömrük İttifaqının üzvü kimi ümumi öhdəliklərə əməl etməlidir. Qeyd edək ki, dekabrın 16-da Rusiya XİN-in MDB Dövlətləri üzrə 4-cü Departamentinin direktoru Mixail Kalugin Ermənistanın Aİİ-ə üzvlüyünə diqqət çəkərək hədələyici bəyanat verib. 

O bildirib ki, Rusiyanın iştirakı olmadan təşəbbüsün həyata keçirilməsi çətin olacaq. Yəni diplomat Moskvanın icazəsi olmadan Aİİ-nin ərazisi və Rusiyanın təsir zonası olan bölgədə ABŞ-nin nəqliyyat dəhlizi layihəsini həyata keçirə bilməyəcəyinə dair xəbərdarlıq edib.

Həm Kalugin, həm də Kopırkin Zəngəzurdan keçən dəmir yolunun 2020-2022-ci illərdə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində mövcud olmuş işçi qrup çərçivəsində əldə edilmiş razılaşmalar əsasında açılmasını tələb edir.

Belə olan təqdirdə, Kreml qarşıya çıxan bir suala cavab verməkdən yayınır:

“Nə üçün Rusiya Zəngəzir dəhlizindən dəmir yolunun açılmasına dair razılaşmanın icrasını Ermənistandan indiyə qədər tələb etməyib?” Çünki Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlı olmayıb. Sadəcə olraq, Moskva indi bu məsələni gündəmə gətirməklə manipulyasiya edir və ABŞ-nin regiona gəlişinin qarşısını almağa çalışır. 

Lakin Ermənistan hakimiyyəti Rusiyanın iddiaları ilə razılaşmır və avqustun 8-də Vaşinqtonda imzalanmış müqaviləyə uyğun olaraq autsorsinq prinsipi əsasında ABŞ-yə verilməsində israr edir. 

Rusiya diplomatlarının son açıqlamaları Moskvanın da birgə yaradılacaq konsorsiumda pay sahibi olmaq istəyi kimi şərh edilir.

Buna baxmayaraq, investor kimi layihəyə üçüncü cəlb ediləcək tərəfin Avropa İttifaqı olacağı ehtimal edilir. Rusiya isə ABŞ-nin və Avropa İttifaqının Avrasiya İqtisadi İttifaqı məkanına daxil olmasını istəmir.

Ona görə də Moskva Nikol Paşinyan hökumətini konkret seçim etməyə çağırır. Rusiya “Tramp marşrutu” layihəsinin reallaşmasına Aİİ məkanının parçalanması üçün təhlükə kimi baxır. Bu halda, Ermənistan ittifaqdan çıxarıla bilər.

Ermənistanın qurumu tərk etməsi isə Aİİ-nın dağılmasına yol açmış olar. Səfir Kopırkin  ““Tramp marşrutu” Ermənistanın Aİİ üzvlüyünə təsir göstərə bilər”, - deyərkən məhz bunu nəzərdə tutur.      

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan Rusiya

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Dekabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri