Icma.az
close
up
RU
Szinpin Putini sağına, Kimi soluna alıb, dünyaya şok mesaj verdi

Szinpin Putini sağına, Kimi soluna alıb, dünyaya şok mesaj verdi

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Senyabrın 3-də Çində Yaponiya və faşizm üzərində qələbinin 80 illiyi qeyd olunurdu. Dünyanın o başında yerləşən Paris adlı şəhərdə (aralarında 6 saatlıq vaxt fərqi var) isə avropalılar bir gün sonra keçiriləcək Ukrayna toplantısına hazırlaşırdılar.

Təqdim etdiyim şəkil də məhz bu kritik anda çəkilib dünya ictimai rəyinə təqdim olunmuşdu. Görünən bu idi ki, Çin lideri bu şəkillə Amerikaya və onun Qərb müttəfiqlərinə önəmli bir mesaj göndərirdi. Bəs, bu mesaj nə ehtiva edirdi?

Şəkildən də göründüyü kimi, parad zamanı Çin lideri Si Szinpin sağ yanına Putini, sol yanına Şimali Koreya lideri Kim Çen İni alıb irəliyirlər. Arxalarında da İran Prezidenti Məsud Pezeşkiyanın tam, digər liderlərin isə qısmən silik simaları görünür. Bu rəsmdə əslində Si Sinpinin dünyaya göndərdiyi mesajın tam ifadəsi gizlidir. Sanki Çin lideri açıq şəkildə dünyaya bəyan edirdi ki, bundan sonra Şimali Koreya da, Rusiya da mənim qanadlarım altındadır. Nəbadə onlarla bağlı siyasətlərinizi mənim iştirakım olmadan həyata keçərəsiniz. Əks halda, planlaşdırdığınız bütün siyasətlər göydən asılı vəziyyətdə qalacaq. Başqa sözlə, Putinin ağzı nədir, Ukraynada müharibəni dayandıra. Müharibəni ancaq mən dayandıra bilərəm.

Amma istəsəniz, arxama aldığım İranla istədiyiniz kimi davrana bilərsiniz. Çünki o, bir zamanlar Hindistanla birləşib, mənim İpək yolumu əngəlləməyə çalışırdı. Bu ölkəyə sizlər kimi, mən də çox etibar etmirəm.

Szinpin bu mesajını dünən keçirdiyi hərbi paradla bir daha möhkəmləndirdi. Paradda Çinin sahib olduğu ordunun nizam-intizamı, nüvə triadası və müasir silahlar nümayiş olunurdu. Hərbi ekspertlərin fikrincə, həqiqətən də bu silahların hər birinin mənzili ABŞ-a çatacaq səviyyədədir.

Məsələn, nümayiş etdirilən raketlərdən biri Dongfeng-61-dir. Rusiyanın “Yars” raketi ilə eyni sinifdən olan bu ballistik raketin bərk yanacaqla işlədiyi bildirilir. Çinin Dongfeng-41 raketinin modernləşdirilmiş formasıdır. Özü barədə təfsilatlı məlumatlar hələ sızdırılmasa da, sələfi Dongfeng-41-ın 10-12 min km. uça bildiyi məlumdur. Pekinlə Vaşinqton arasındakı quş uçuşu məsafənin 11,146 kilometr olduğunu nəzərə alsaq, eyni mənzilə sahib raketin ABŞ-ı hədələmək üçün nümayiş karvanına qoşulduğunu anlaya bilərik. Digər silahlar da təxminən eyni mənzilli olduğundan onlar üzərində dayanıb vaxtınızı çox almaq istəmirəm.

Maraqlıdır ki, Çinin Qərb dünyasına ünvanladığı mesajı ilk tutan da elə ABŞ Prezidenti Donald Tramp oldu. Ötən gün Çin bu silahlarını nümayiş etdirəndə özünün “Truth Social” şəbəkəsində bayram təbriki mesajı paylaşan Tramp Siyə və Çin vətəndaşlarına bu sualı ünvanladı: “Bu böyük qələbəni qeyd etdiyiniz zaman ABŞ-ın da sizə dəstəyini xatırlayacaqsınızmı?”

Ardınca isə çinli həmkarına ünvanladığı mesajında eynilə bunları bildirdi: “Amerika Birləşmiş Ştatlarına qarşı sui-qəsd hazırladığınız üçün Vladimir Putinə və Kim Çen İnə mənim ən səmimi salamlarımı çatdırın”. Qısası, yəni, cənab Si, mənə ünvanladığınız mesajı anladım.

Cənab Sinin də əslində ABŞ prezidentinə özünəməxsus mesajları vardı. O, paradda Çin xalqına müraciətində bunları bildirirdi: “Dünya sülh və ya müharibə, dialoq və ya qarşıdurma seçimi ilə üz-üzədir”. Yəqin razılaşarsınız ki, formal olaraq Çin xalqına ünvanlansa da, əsl həqiqətdə bu mesajlar Vaşinqtona və Brüsselə göndərilmişdi.

Şəkilə qayıdaq, göründüyü kimi, paradı qeyd edənlər arasında ümumiyyətlə Hindistan Baş naziri Narenda Modi nəzərə çarpmır. “Röyters”in dərc etdiyi parad iştirakçıları sırasında da onun adı yoxdur. Görünən budur ki, Pekində onun qulağına “həvəsdir, bəsdir, gəldin, özünü bizim yanımızda göstərib hava atdın, indi buyur, öz yuvana qayıt. Sənin bizim yanımızda nə ölümün var?” mesajı pıçıldanıb.

Deyə bilərsiniz ki, Türkiyə prezidenti də paradda iştirak etməyib, ona da eyni mesajı veriblər? Məncə, xeyr. Türkiyə hər şeydən əvvəl NATO üzvüdür. Özü də bu alyansın ikinci ən böyük qüdrəti sayılır. Sözsüz ki, Ərdoğan NATO-nun əleyhinə formalaşmağa başlayan yeni bir alyansın yanında olmazdı. Üstəlik, onun Çinlə aydınlaşdırmalı olduğu xeyli suallar var. Bunlardan ən başlıcası Türk dünyasına kimin nəzarət etməsidir. Ümid edirəm ki, yaxın zamanlarda NATO-nun taleyinə aydınlıq gətiriləndən sonra Türkiyə Çindən bu sualları açıq şəkildə sorğulayacaqdır. Suallarına müsbət cavab taparsa, yəqin ki, Türkiyə rəsmiləri bu cür şəkillərin hansı nahiyəsində dayanacağını müəyyənləşdirəcək.

Görünən budur ki, Si Szinpinin mesajını düzgün anlayan Donald Tramp ABŞ-ın hegemoniyasını təhdid edən Çinin həmlələrini Ukraynada dayandırmaq niyyətindədir.

Qeyd edək ki, Çin rəsmiləri də artıq Ukraynada savaşın bitməsində maraqlı olmadıqlarını açıq şəkildə dilə gətiriblər. Bilirsiniz ki, ŞƏT sammitindən bir müddət əvvəl Çinin xarici işlər naziri Van Yi Avropaya səfər etmiş və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla görüşmüşdü. Görüş zamanı Çinin Ukrayna savaşına münasibəti müzakirə olunmuşdu. Van Yi açıq şəkildə demişdi ki, biz Ukrayna savaşının bitməsində maraqlı deyilik. Çünki Ukrayna savaşı bitən kimi ABŞ Çinə hücum edəcək.

Belə görünür ki, Si Szinpin sağ tərəfinə Putini, sol tərəfinə Kim Çen İni alaraq öz xarici işlər nazirinin fikrini qüvvətləndirmək istəyib. Deyib ki, bundan sonra Ukrayna savaşında həlledici qərarı Putin yox, mən verəcəyəm. Müharibəni bitirmək istəyirsinizsə, Alyaskada Putini qəbul etməyin, mənə müraciət edin, mən sizinlə görüşə Çində münasib yer ayıra bilərəm.

P.S. Bu mesajın hərbi paradda verilməsi də təsadüfi deyil.

Heydər Oğuz


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Sentyabr 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri