Szinpin buna görə Putini şəxsən qarşılamadı
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünyanın heç bir yerində Rusiya supergüc kimi tanınmayıb. Özəlliklə də Çin Rusiyanı supergüc hesab etmir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Heydər Oğuz Çin Sədri Si Szinpinin ABŞ Prezidenti Donald Trampdan fərqli olaraq, Rusiya Prezidenti Vladimir Putini şəxsən qarşılamamasını şərh edərkən bildirib.
Ekspertin sözləribə görə, Putinin Tramp kimi qarşılanması doğru deyil:
“Əgər ölkə supergüc deyilsə, niyə onu ABŞ prezidenti kimi qarşılamalıdır? Buna bir səbəb yoxdur. Hər bir dövlətin başçısını o dövlətin statusuna görə qarşılayırlar”.
Heydər Oğuz əlavə edib ki, Çin lideri Si Szinpin bu sammitdə Rusiya Prezidenti Vladimir Putinin iştirakını arzulamırdı:
“Onu oraya ABŞ lideri Donald Tramp gətirdi. Məqsəd də o idi ki, Rusiyadan istifadə edərək Szinpinə təzyiq göstərə və dünyanın bölünməsi ideyasını ona qəbul elətdirə. Çünki Rusiya elə hesab edir ki, Çin onun yaxın müttəfiqidir.
Çin isə bununla razılaşmır. İndiki dünya düzəni və mövcud prinsiplər Çini daha çox qane edir və bunun sayəsində dünyanın ən böyük güclərindən birinə çevirilib. Trampın düşüncəsinə görə də dünya güc mərkəzləri tərəfindən biri Şərq, digər isə Qərb yarımkürəsi olmaqla iki hissəyə bölünməlidir. Çin bu prinsiplərlə razılaşmır və hansısa bir ölkənin başqa dövlətin nəzarəti altına keçməsini istəmir”.
Qeyd edək ki, Szinpin Çinə səfər edən ABŞ Prezidenti Donald Trampı şəxsən qarşılayıb. Lakin ölkəsinə gələn Rusiya Prezidenti Vladimir Putinə eyni münasibəti göstərməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 18 Noyabr 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















