Icma.az
close
up
RU
TABIA Group və Hilton Azərbaycanda strateji memorandum imzaladı

TABIA Group və Hilton Azərbaycanda strateji memorandum imzaladı

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın aparıcı qonaqpərvərlik aktivlərinin idarəetmə şirkəti olan TABIA Group və dünya üzrə tanınmış hotellər brendi Hilton ölkənin qonaqpərvərlik sənayesində yeni bir səhifə açan mühüm əməkdaşlıq memorandumunu imzalayıb. Memorandum TABIA Group-un Baş İcraçı Direktoru və  İdarə Heyətinin Sədri  Uygar Koçaş və Hilton-un Mərkəzi, Şərqi Avropa və Almaniya üzrə İnkişaf üzrə Vitse-Prezidenti Mike Collini tərəfindən TABIA Group tərəfindən idarə olunan  və yeni açılmış Hilton Garden Inn Baku hotelində imzalanıb.

Bu strateji əməkdaşlıq çərçivəsində TABIA Group Azərbaycanın qonaqpərvərlik sənayesində  mövqeyini daha da gücləndirmək öhdəliyini bir daha təsdiqləyir. Razılaşmaya əsasən, TABIA Group-un idarəçiliyində olan iki şəhər mehmanxanası tezliklə Curio Collection by Hilton və DoubleTree by Hilton brendləri altında bazara təqdim olunacaq. Bu genişlənmə Azərbaycanda beynəlxalq mehmanxana standartlarını daha da yüksəltməklə yanaşı, ölkənin turizm potensialının inkişafına töhfə verəcək və daha geniş qonaq auditoriyasını cəlb edəcək.

TABIA Group-un Baş İcraçı Direktoru və İdarə Heyətinin Sədri Uygar Koçaş bu tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib:

"Hilton ilə əməkdaşlığımız, Azərbaycanın qonaqpərvərlik sənayesində keyfiyyət və müxtəlifliyi artırmaq istiqamətində uzunmüddətli strategiyamızın əsas mərhələlərindən biridir. Curio Collection və DoubleTree kimi qlobal brendlərin portfelimizə əlavə olunması ilə biz bazara unikal xidmətlər, fərqli qonaq təcrübələri və həm yerli, həm də beynəlxalq səyahətçilər üçün yeni imkanlar təqdim edirik."

Hilton-un Mərkəzi, Şərqi Avropa və Almaniya üzrə İnkişaf üzrə Vitse-Prezidenti Mike Collini isə bu əməkdaşlıqdan məmnunluğunu ifadə edərək deyib:

"Hilton dinamik bazarlarda, o cümlədən Azərbaycanda inkişafını genişləndirməyə uzunmüddətli sadiqliyini davam etdirir. Qonaqpərvərlik sahəsində uğurlu təcrübəyə malik TABIA Group ilə tərəfdaşlıq bizə Curio Collection və DoubleTree kimi tanınmış qlobal brendlərimizi bu inkişaf edən bazara gətirmək imkanı yaradır. Biz qonaqlarımızı bu yeni mehmanxanalarda qarşılamaq üçün səbirsizliklə gözləyirik."

Bu əməkdaşlıq çərçivəsində TABIA Group-un idarəçiliyində olan Hilton mehmanxanalarında qonaqlayanlar Hilton Honors – Hilton-un fərqli imtiyazlar qazandıran sadiqlik proqramının üstünlüklərindən yararlana biləcəklər. Bu proqram üzvlərə eksklüziv təkliflər və fərdiləşdirilmiş təcrübələr təqdim edərək, onların hotelərə səfərlərini daha da yaddaqalan edəcək.

TABIA Group haqqında

2016-cı ildə PMD Hospitality adı ilə təsis edilən və sonradan yenidən brendləşdirilən TABIA Group, Azərbaycanın qonaqpərvərlik aktivlərinin idarə edilməsi şirkətidir. Şirkət şəhər mehmanxanaları, kurortlar və sağlamlıq hotellərini əhatə edən geniş portfeli ilə qonaq təcrübəsini, rifahı və dayanıqlı inkişafı ön planda tutan innovativ həllər təqdim edir. TABIA Group, strateji tərəfdaşlıqlar sayəsində Azərbaycanın qonaqpərvərlik sənayesində yeni standartlar müəyyən etməyə davam edir.

Bu memorandumun imzalanması Azərbaycanın turizm sektorunun inkişafı üçün mühüm addım olmaqla yanaşı, ölkənin beynəlxalq qonaqpərvərlik sahəsində güclənən mövqeyini bir daha təsdiqləyir.

Qalereya

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:584
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Mart 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri