Icma.az
close
up
RU
“TABIA Group” və “FlyKhiva” arasında əməkdaşlıq memorandumu imzalandı Fotolar

“TABIA Group” və “FlyKhiva” arasında əməkdaşlıq memorandumu imzalandı Fotolar

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın  qonaqpərvərlik,  sağlamlıq  turizmi  və  hotelçilik  sektorunda  fəaliyyət  göstərən  aparıcı  şirkətlər  qruplarından  biri  olan “TABIA Group” ilə Özbəkistanın turizm və aviasiya sahəsində tanınmış şirkəti “FlyKhiva” arasında strateji əməkdaşlığa dair memorandum imzalanıb.

“Hilton  Garden  Inn  Baku” hotelində  keçirilən  mərasimdə hər  iki  şirkətin  rəhbər  heyəti,  Azərbaycan Turizm Bürosunun rəhbər  və nümayəndə heyəti, eyni zamanda media təmsilçiləri iştirak ediblər.

Memorandumun əsas məqsədi Naftalanın beynəlxalq bazarlarda tanıdılmasını gücləndirmək və Özbəkistandan Azərbaycana
turist axınının artırılmasına dəstək verməkdir.

Əməkdaşlıq çərçivəsində həyata keçirilən çarter proqramı Naftalan neftinin müalicə xidmətlərindən yararlanmaq istəyən qonaqların
regiona birbaşa və rahat şəkildə səfər etməsinə imkan yaradır. Bu təşəbbüs qonaqların səyahət təcrübəsinin yaxşılaşdırılmasına və
Naftalanın beynəlxalq turistlər üçün daha əlçatan istiqamətə çevrilməsinə xidmət edir.

Tərəfdaşlığın ilk nəticələri artıq uğurla özünü göstərib. “FlyKhiva” tərəfindən Özbəkistandan Gəncə şəhərinə təşkil olunan ilk çarter reysi böyük  maraqla  qarşılanıb  və  uğurla  həyata  keçirilib.  Artan  maraq  və  yüksək  tələbi  nəzərə  alaraq,  tərəflər  hazırda  həftədə  bir  dəfə həyata keçirilən uçuşların gələcəkdə daha da artırılması imkanlarını nəzərdən keçirirlər. Bu təşəbbüsün Azərbaycan və Özbəkistan arasında  turizm  əlaqələrinin  inkişafına,  eyni  zamanda  regionun  iqtisadi  və  mədəni  əməkdaşlığının  güclənməsinə  töhfə  verəcəyi gözlənilir.

“TABIA Group”un Baş İcraçı Direktoru Uygar Koçaş bildirib:

“Naftalan Azərbaycanın sağlamlıq turizmi sahəsində ən dəyərli istiqamətlərindən biridir. FlyKhiva ilə əməkdaşlığımız bu potensialın
daha geniş auditoriyaya çatdırılmasına və ölkəmizə yeni turist axınının cəlb edilməsinə xidmət edəcək. İlk çarter proqramının uğuru
bu istiqamətdə böyük imkanların mövcud olduğunu göstərir”.

“FlyKhiva”nın təsisçisi İmran Nəzərov isə qeyd edib:

“Naftalan  Özbəkistan  bazarında  böyük  maraq  doğuran  istiqamətlərdən  biridir. Biz  bu  əməkdaşlıq  vasitəsilə  Azərbaycanla  turizm əlaqələrinin daha da inkişafına töhfə verməyi hədəfləyirik”.

İmzalanan memorandum iki  ölkə  arasında  turizm  əməkdaşlığının  inkişafına, Naftalanın  beynəlxalq  tanıtımına  və  Azərbaycanın sağlamlıq turizmi sektorunun mövqeyinin daha da güclənməsinə xidmət edəcək.

Onu da qeyd edək ki, Naftalan dünyada analoqu olmayan müalicəvi nefti ilə tanınan və Azərbaycanın ən mühüm sağlamlıq turizmi
mərkəzlərindən biri hesab olunan kurort şəhəridir. Tərkibinə görə digər neft növlərindən fərqlənən Naftalan nefti uzun illərdir dayaq-
hərəkət sistemi, dəri və periferik sinir sistemi ilə bağlı problemlərin müalicəsində effektiv təsir göstərən əvəzolunmaz vasitədir. Məhz
bu  unikal  təbii  resurs  sayəsində  Naftalan  hər il dünyanın  müxtəlif  ölkələrindən  minlərlə  qonağı qəbul edir  və  regionun  aparıcı müalicəvi turizm istiqamətlərindən biri kimi tanınır.

“TABIA Group”un  Naftalandakı  portfelinə  daxil  olan  Garabagh  Resort  &  Spa,  Chinar  Health  Hotel  və  Gashalti  Health  Hotel  kimi sağlamlıq hotelləri qonaqlara beynəlxalq standartlara uyğun yerləşmə, peşəkar tibbi xidmətlər, fərdiləşdirilmiş müalicə proqramları və  spa  imkanları  təqdim  edir.  Müasir  qonaqpərvərlik  standartlarını  Naftalanın  əsrlər  boyu  formalaşmış  müalicə  ənənələri  ilə birləşdirən bu hotellər regionun sağlamlıq turizmi potensialının inkişafında mühüm rol oynayır və hər il dünyanın müxtəlif ölkələrindən gələn minlərlə qonağa yüksək səviyyəli xidmət göstərir.

https://tabia.az/

https://garabaghotel.az/

https://chinarhotel.az/

https://gashalti.az/










Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 İyun 2026 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri