Icma.az
close
up
RU
Tacikistan Azərbaycanın aqrar sahədə təcrübəsini öyrənməkdə maraqlıdır

Tacikistan Azərbaycanın aqrar sahədə təcrübəsini öyrənməkdə maraqlıdır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 13 may, AZƏRTAC

Tacikistanın paytaxtı Düşənbədə keçirilən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional Konfransının 35-ci sessiyası çərçivəsində kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Tacikistan kənd təsərrüfatı nazirinin müavini Anvari Nigina ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatında mövcud vəziyyətə toxunulub. Həmçinin tərəflər ölkələrimiz arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin inkişaf etdiyini vurğulayıblar.

Nazir müavini Elçin Zeynalov bildirib ki, iki ölkə arasında aqrar sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar var. Qeyd olunub ki, ölkələrimizin iş adamları arasında sıx əlaqələrin qurulması, birgə biznes-forumların keçirilməsi, hər iki ölkədə təşkil olunan müxtəlif beynəlxalq sərgilərdə iştirak ticarət əlaqələrini daha da şaxələndirməyə, ticarət dövriyyəsinin artmasına töhfə verəcək.

Tacikistan kənd təsərrüfatı nazirinin müavini Anvari Nigina Azərbaycanın aqrar sahədə təcrübəsini öyrənməkdə maraqlı olduqlarını deyib, gələcəkdə bu sahədə həm elmi, həm də təcrübə mübadiləsi baxımından iki ölkənin müvafiq dövlət və özəl qurumları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Səfər çərçivəsində Elçin Zeynalov Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Ahmet Bağcı ilə görüşüb. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, aqrar sığorta, üzümçülük sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri