Icma.az
close
up
RU
Tacikistanda “Nizami və dünya ədəbiyyatı” mövzusunda tədbir keçirilib

Tacikistanda “Nizami və dünya ədəbiyyatı” mövzusunda tədbir keçirilib

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tacikistanda “Nizami və dünya ədəbiyyatı” mövzusunda tədbir təşkil olunub.

"Report" xəbər verir ki, Tacikistan Aqrar Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov ilk olaraq tədbir iştirakçılarına dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyatı və yaradıcılığı barədə ətraflı məlumat verib.

Nizaminin əsərlərinin Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində özünəməxsus yer tutduğunu qeyd edən səfir Nizami dühasının hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olduğunu qeyd edib.

Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar Azərbaycan Prezidentinin Sərəncamına əsasən, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsinə diqqət çəkən diplomat Azərbaycan şairinin Tacikistanda da sevildiyini və ona ehtiram bəsləndiyini söyləyib.

Daha sonra Tacikistanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədr müavini, tacik dili və ədəbiyyatı kafedrasının müdiri, Lomonosov adına Moskva Dövlət Universitetinin Tacikistandakı filialının müəllimi və başqaları çıxış ediblər.

Səfirlik tərəfindən tacik dilinə tərcümə edilmiş Nizami Gəncəvinin “Xəmsə”si, həmçinin Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev və Şuşaya həsr olunmuş kitablar səfir tərəfindən universitetin kitabxanasına hədiyyə edilib.

Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://report.az
archiveBu xəbər 13 Dekabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri