Icma.az
close
up
RU
Uşaq ədəbiyyatı mövzusunda müzakirə aparılıb

Uşaq ədəbiyyatı mövzusunda müzakirə aparılıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 9 oktyabr, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında müasir uşaq ədəbiyyatının tanınmış simaları ilə gənclər arasında ədəbi müzakirə təşkil olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən direktor Şəhla Qəmbərova uşaq ədəbiyyatının inkişafında belə görüşlərin önəmini vurğulayıb.

Yazıçı Aygün Bağırlı uşaq ədəbiyyatının təbliğində müəlliflərin məsuliyyətindən, uşaqlara yönəlik əsərlərin tərbiyəvi və mənəvi dəyərlər aşılamasından danışıb. A.Bağırlı, həmçinin gənclərin ideya və təkliflərinə diqqət yetirərək müzakirəyə interaktiv ruh qatıb.

Tədbir çərçivəsində “Ədəbiyyat və onun insan həyatında rolu nədir?” və “Ədəbiyyat olmasaydı, həyat necə olardı?” kimi maraqlı suallar auditoriyaya ünvanlanıb.

Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Zahid Xəlil ədəbiyyatın insan təfəkkürünün formalaşmasında mühüm rolunu qeyd edib. Onun sözlərinə görə, kəşfləri doğuran intuisiya, intuisiyanı formalaşdıran isə ədəbiyyatdır.

Müzakirədə iştirak edən tələbə gənclər ədəbiyyatın insanın mənəvi aləmini zənginləşdirdiyini, dil və empatiya bacarıqlarını inkişaf etdirdiyini, həmçinin təsəvvür dünyasını genişləndirdiyini vurğulayıblar.

Tanınmış pedaqoq-şair İbrahim Yusifoğlu çıxışında uşaq ədəbiyyatının təbliğində dövri mətbuatın əhəmiyyətindən danışaraq “Azərbaycan pioneri”, “Savalan”, “Göyərçin” kimi qəzet və jurnalların rolunu qeyd edib. Yazıçılar Mehriban Nağıyeva, Gülzar İbrahimova və Nurlana İşıq isə uşaq ədəbiyyatı nümunələrinin nəşri, mövcud problemlər və bu istiqamətdə nəşriyyatların fəaliyyəti haqqında fikirlərini bölüşüblər. Gülzar İbrahimova çıxışında uşaq ədəbiyyatının ilk təbliğatçılarının valideynlər olduğunu diqqətə çatdırıb.

Müzakirə zamanı, həmçinin Respublika Uşaq Kitabxanasının bu sahədə həyata keçirdiyi layihələr, o cümlədən kitabların süni intellekt texnologiyalarına əsaslanan video icmalları barədə məlumat təqdim olunub. Tədbirin sonunda yazıçılar öz əsərlərindən seçilmiş nüsxələri gənc oxuculara hədiyyə ediblər. Tədbirin əsas məqsədi gənclərdə ədəbiyyata marağı artırmaq, müasir uşaq ədəbiyyatının inkişaf istiqamətlərini müzakirə etmək və yeni nəsil oxucularla yazıçıları bir araya gətirmək olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri