Icma.az
close
up
RU
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün tanınmış polyak şair, nasir və publisist Tadeuş Borovskinin anım günüdür.

Kulis.az təqdimatında Malqojata Olşevskanın “Orta əsrlərdən XXI əsrə qədər Polşa poeziyası antologiyası” layihəsində dərc olunan yazısı əsasında hazırlanan materialı təqdim edir.

Tadeuş Borovski 1922-ci ildə SSRİ-nin Jitomir şəhərində anadan olub, 1951-ci ildə Varşavada faciəvi şəkildə dünyasını dəyişib. Nasistlərin Auşvits və Daxau düşərgələrinin məhbusu olub.

Kiçik yaşlarında Tadeuş Borovski kollektivləşmə və aclıq illərini yaşamışdı. Onun atası Stanislav Borovski 1926-cı ildə həbs edilərək Belomor–Baltik kanalının tikintisinə göndərilmiş, anası Teofila Borovska isə 1930-cu ildə həbs olunaraq Sibirə sürgün edilmişdi.

Tadeuşa xalasının himayəsində böyümək nəsib olur, böyük qardaşı Yuliyuş isə internata yerləşdirilir. 1932-ci ildə azadlığa çıxan ata Polşaya qayıdır, oğulları isə Kiyev və Moskvadan keçməklə təkbaşına səyahət edib onunla birləşirlər. Ailə Varşavada məskunlaşır, 1934-cü ildə azadlığa çıxan ana da onlara qoşulur.

Ailənin ağır maliyyə durumu Tadeuşun təhsilini dayandırmadı: o, Tadeuş Çatski adına gimnaziyada oxudu. İkinci Dünya müharibəsi başlayandan sonra isə gizli liseydə dərs aldı və 1940-cı ilin yazında imtahan verərək bitirdi. Elə həmin ilin payızında Varşava Universitetinin gizli "Polonistika" fakültəsinə daxil oldu və ən bacarıqlı tələbələrdən birinə çevrildi.

Eyni zamanda o, şeir yazmağa başladı və Varşavanın Praqa rayonundakı bir ticarət firmasının anbarında işləyirdi. Ədəbi mühitə qoşulmuş, “Yol” (“Droga”) adlı sol yönümlü aylıq dərginin ətrafında birləşən gənclərlə əməkdaşlıq edirdi. Həmin dövrdə tanış olduğu Mariya Rundo (Tuska) sonradan onun “Mariya ilə vidalaşma” adlı hekayələr toplusundakı qəhrəmanın prototipi oldu.

Tadeuş Borovski 1942-ci ildə gizli şəkildə nəşr olunan “Harada olursa-olsun, torpaq...” (“Gdziekolwiek ziemia...”) adlı poetik silsiləsi ilə ədəbiyyata gəlib. Bu şeirlər, dövrün məşhur katastrofizm cərəyanını davam etdirərək, dünyanı bürüyən məhvin və insanın bu məhvetmə qarşısında acizliyinin poetik mənzərəsini yaradırdı. Şair üçün fəlakət təsadüfi yox, dünyanın öz təbiətindən doğan qaçılmaz hal idi.

O, dünyanın sonunu “Apokalipsis” mövzuları ilə təsvir edir, “Apokalipsis atlıları” kimi bəşəri faciələrin rəmzi obrazlarını yaradırdı.

1944-cü ildə “Poetik vərəq № 2” adlı növbəti şeirlər toplusu “Yol” jurnalında dərc olundu. Buradakı altı erotik şeir klassik üslubda yazılmış və sevgini – dağılmış dünyada insanlığı qoruyan yeganə dayağı – tərənnüm edirdi.

Lakin 25 fevral 1943-cü ildə Borovskinin həyatı qəfil dəyişdi: o, dostunun evində gestapo tərəfindən həbs olundu. Əvvəlcə Pavyak həbsxanasına göndərildi (buradan o, Varşava gettosunun dağıdılmasını pəncərədən izləyirdi), sonra isə Auşvits ölüm düşərgəsinə yollandı. Bir gün əvvəl isə Mariya da tutulmuş, Birkkenau qadın düşərgəsinə salınmışdı.

Auşvitsdə Borovski sanitar işləyirdi, orada şeirlər, mahnılar və məhbuslar arasında yayılan “düşərgə ilahiləri" yazırdı. 1944-cü ilin yazından etibarən tapdığı Mariyaya məktublar yazdı – həmin məktublar sonradan “Biz Auşvitsdə idik” və “Bizdə, Auşvitsdə...” adlı əsərlərinin əsasına çevrildi.

1944-cü ilin avqustunda o, Daudmergen düşərgəsinə, oradan isə Daxauya köçürülür. 1945-ci ilin aprelində Daxau ABŞ ordusu tərəfindən azad ediləndə Borovski xilas olur və Münhen yaxınlığındakı məcburi köçkünlər düşərgəsində yaşayır. Sentyabrda azadlığa çıxaraq Polşa Qırmızı Xaçı yanında itkinlərin axtarışı bürosunda çalışır. O, sevdiyi Mariyanı da axtarırdı – Mariya Ravensbryk düşərgəsindən azad edilmiş və sonra İsveçdəki sanatoriyaya müalicəyə getmişdi.

Münhendə Borovski “Axının adları” adlı şeirlər kitabını nəşr etdirir (1945) və Yanuş Nel-Sedletski və Kristin Olşevski ilə birlikdə “Biz Auşvitsdə idik” adlı sənədli kitabı (1946) çap etdirir.

1946-cı ilin iyununda Borovski Varşavaya qayıtdı, həmin ilin noyabrında isə Mariya da vətənə döndü. Onlar evləndilər.

Tadeuş universiteti bitirib Korbutianum (Varşava Elmlər Cəmiyyətinin Filologiya şöbəsi) institutunda assistent işləməyə başladı. “Gənclər Dünyası” (“Świat Młodych”) və “Axın” (“Nurt”) jurnallarında redaktor kimi çalışdı.

“Nəsil” (“Pokolenie”) jurnalında Zofya Kossak-Şçutskanın “Uçurumdan” (“Z otchłani”) romanına həsr etdiyi “Alisa möcüzələr ölkəsində” (“Alicja w krainie czarów”, 1947, № 1) adlı pamfleti dərc etdirdi. Bu məqalədə yazıçı Kossakı Auşvitsin reallıqlarını təhrif etməkdə və “düşərgə mənəviyyatını” anlamamaqda tənqid edirdi. Yazı ədəbi mühitdə böyük rezonans doğurdu və həm də Borovskinin ünvanına hücumlara səbəb oldu.

Öz düşərgə təcrübəsini o, 1948-ci ildə yazdığı iki nəsr kitabında əbədiləşdirdi: “Mariya ilə vidalaşma” və “Daş dünya”.

Bu hekayələrdə o, düşərgə şəraitinin insan psixologiyasını necə deformasiyaya uğratdığını göstərirdi. “Mariya ilə vidalaşma” əsərinin baş qəhrəmanı Tadek adlı işçi məhbus idi. Tənqidçilər onu müəlliflə eyniləşdirsələr də, Borovski daha çox “düşərgələşmiş insan” obrazını təsvir edirdi: sağ qalmaq üçün mənəvi kompromislərə gedən, lakin daxilən dağılmış insan.

Borovskinin fikrincə, Auşvits Avropa sivilizasiyasının məntiqi nəticəsi idi — işğallar və terror üzərində qurulmuş “mükəmməl idarə olunan müəssisə”.

1948–1949-cu illərdə yazıçının dünyagörüşündə ciddi dəyişiklik baş verdi. 1948-ci ilin fevralında Borovski Polşa Fəhlə Partiyasına üzv oldu. 1949-cu ilin iyununda Berlinə göndərilərək on ay müddətində mətbuat attaşesi kimi və hərbi kəşfiyyat üçün çalışdı.
Polşaya qayıtdıqdan sonra o, sadiq kommunist kimi tanındı. Özünün əvvəlki əsərlərini tənqid edən “Söhbətlər” (“Rozmowy”) adlı məqaləsini “Dirçəliş” (“Odrodzenie”, 1950, № 8) jurnalında dərc etdirdi. Burada o, sosialist realizmi “yeni inanc” kimi qəbul edirdi.

Ömrünün son illərində o, əsasən publisistika ilə məşğul idi: “Yeni Mədəniyyət” (“Nowa Kultura”) və “Gənclərin bayrağı” (“Sztandar Młodych”) qəzetlərində yazır, Qərb mədəniyyəti və kilsəni sərt tənqid edirdi. Bununla belə, onun sonrakı novellalarında satira və ironiyanın gücü hələ də hiss olunurdu.

Tadeuş Borovski 3 iyul 1951-ci ildə, qızının doğulmasından bir neçə gün sonra, cəmi 28 yaşında Varşavada həyatına son qoydu. Rəsmi versiyaya görə, o, qazla zəhərlənərək intihar etmişdi. Yazıçının nəşi Povonzki Hərbi Qəbiristanlığında dəfn olunub.

Borovskinin poeziyası çox vaxt onun nəsrini kölgədə qoyur, halbuki şeirləri yazıçının sonrakı ədəbi ideyalarının ilkin forması idi. Onun poetik dünyası artıq “məhv olmuş bəşəriyyətin” və apokaliptik dünyanın mənzərəsini təqdim edirdi. İnsan burada kölə, tarix isə bitməz bir zorakılıq və nifrət dövrəsi idi.

Auşvits onun üçün insanlığın tam dehumanizasiyası idi: burada məhbus sadəcə bioloji varlığa çevrilirdi. Lakin Borovski üçün həyat və sevgi qorunmalı yeganə dəyərlər idi — o, sevgilisi Mariyaya həsr etdiyi erotik düşərgə şeirlərində (“Auşvitsin günəşini xatırlayırsanmı”, “Sənin siman gözlərimdə əriyir”) bunu tərənnüm edirdi.

Borovskinin poetik və nəsr yaradıcılığı bir-birindən ayrılmazdır. Onun ədəbi baxışı həm tarixi-fəlsəfi (istoriosofik), həm də etik səviyyədə XX əsr faciələrini dərk etməyin unikal nümunəsidir.

Tadeuş Borovskinin həyatı XX əsr Avropasının kəsişmə nöqtəsidir: Sovet repressiyaları və Sibir sürgünləri, nasist düşərgələrinin cəhənnəmi, müharibədən sonrakı ideoloji təzadlar və insanın mənəvi müqavimətinin sərhədləri.

Onun yazıları qəhrəmanlıqdan çox, insan təbiətinin sınaq anlarını göstərir.

Borovski “insanı olduğu kimi” təsvir edirdi – qorxuları, eqoizmi, sevgi və yaşamaq ehtirası ilə birlikdə...

"Oyuncaqların hekayəsi 5"in mahnısını Teylor Svift yazdı Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir? Dua Lipa qadağan olunmuş kitablardan kitabxana açdı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://kulis.az
archiveBu xəbər 01 İyul 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri