Icma.az
close
up
RU
Mükəmməl insan obrazı

Mükəmməl insan obrazı

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Heydər Əliyev olduğu kimi

Dr. Aysel Sadak

İLTAŞ-ın “İnsan yüregi ile Haydar baba” kitabı haqqında qısa düşüncələr

Heydər Əliyev barəsində sağlığında və ölümündən sonra çoxlu sayda kitablar qələmə alınıb, unudulmaz xatirəsinə mahnılar, şeirlər ithaf olunub, filmlər çəkilib. Bu sənət əsərlərində Heydər Əliyev oxucuya, tamaşaçıya, dinləyiciyə əsasən siyasətçi obrazında təqdim edilib. Onun barəsində yazılan və 2024-cü ildə Ankarada nəfis tərtibatla çap olunan daha bir kitab isə “İnsan yüregi ile Haydar baba” adlanır. Kitab Dr. Aysel Sadak İLTAŞ tərəfindən ərsəyə gətirilərək oxuculara təqdim olunub.

Kitabda müəllifin, Azərbaycan və Türkiyədən olan tanınmış ictimai-siyasi xadimlərin Heydər Əliyev barəsində xatirələrinə yer verilib. Heydər Əliyevin heç bir cərçivəyə sığmayan şəxsiyyəti və  müəllifin qəhrəmanını təmtəraqlı deyil, xalqa, sadə insanlara yaxın obrazda təqdim etməsi kitabın oxucu cəlbediciliyini artırır. Kitabı mütaliə edən oxucu onu birnəfəsə oxuyur və bu zaman onun gözləri önündə mavi ekranlardan, tribunalardan, müxtəlif yığıncaqlardan, tədbirlərdən adətən ciddi və nüfuzedici görkəmdə tanıdığı Heydər Əliyevin xarakterinin insanlıq tərəfləri də canlanır.

Bəli, Heydər Əliyev böyük siyasətçi idi, dövlət, xalq, milli maraqlar naminə həmişə zəruri olan qərarlar  verirdi, müxtəlif məsələlərlə əlaqədar strateji baxışlar və yanaşmalar ortaya qoyurdu. Müəlliflə həmsöhbət olanların xatirələrində Heydər Əliyevin bir siyasət nəhəngi olduğu, Azərbaycanın keçmişi, bu günü və gələcəyi üçün müstəsna xidmətlər göstərdiyi oxucunun diqqətinə çatdırılır. Bununla bərabər, geniş oxucu kütləsinin mühakiməsinə verilən xatirələrdə həm də Heydər Əliyev xarakterinin insanlıq, mənəviyyat tərəfinə diqqət çəkilir. Xatirələrini bölüşən insanlar həyəcansız danışa bilmirlər.

Heydər Əliyev baş tutan hər təmasda onları sözün yaxşı mənasında təəccübləndrib. İnsanlar Heydər Əliyevlə görüşə gələndə narahatlıq keçiriblər, özlərini çərçivəyə salmağa çalışıblar, çox danışmağa cəsarət etməyiblər. Ancaq siyasət nəhəngi olan Heydər Əliyev həm də insan sərrafı idi. Kitabda bölüşülən xatirələrdən də görünür ki, o, həmsöhbət olduğu insanların qəlbini üz cizgilərindən, baxışlarından, davranışlarından oxuyub. Reaksiyası da adekvat olub. Qarşısındakının sevincinə şərik çıxıb, səmim-qəlbdən təbriklərini çatdırıb, hədiyyələrini verməyi də yaddan çıxarmayıb. Eyni zamanda, müsahibinin kədərinə də biganə qalmayıb, həmən təsəlli verib, nə ilə kömək edə biləcəyini soruşub. Siyasət, şöhrət zirvəsinə yüksələn Heydər Əliyev və son dərəcə səmimi, duyğulu, həssas, sadə bir insan! Bu portretdəki təzadlı şrtrixlər heyrət doğurur. Öz-özünə sual edirsən: Bir insanda bu qədər fərqli cəhətlər necə biləşə və unikal vəhdət yarada bilər? Heydər Əliyevi bir siyasətçi kimi digərlərindən fərqləndirən, onu insanların, xalqın sevimlisinə çevirən əsas məqam da elə budur. Heydər Əliyevə xas olan bu təkrarsız ştrixlərə ahəngdar keçidlərlə vurğu etməsi, bununla da dahi siyasətçinin mükəmməl insan obrazını yaratması  müəllifin yüksək peşəşarlığının, müşahidələrinin, ümumiləşdirmə qabiliyyətinin bəhrəsidir.

Və əbəttə ki, Dr. Aysel Sadak İLTAŞ-ın Heydər Əliyev şəxiyyətinə olan olan böyük hörmət və sevgi kitabın əsas məziyyətidir. Bu qırmızı xətt kitabın hər sətrindən keçir. Deyə bilərik ki, əgər müəllifin Heydər Əliyevə bu qədər səmimi münasibəti olmasaydı, kitab belə uğurlu alınmazdı. Ən duyğulu məqam isə ondan ibarətdir ki, müəllif böyük zəhmət hesabına ərsəyə kətirdiyi və Heydər Əliyevin xatirələrdə anıldığı kitabını valideynlərinə - atası Şirzat Turan Sadaka və anası Pəri Sadaka ithaf edib. Buradan o məna hasil olur ki, müəllif üçün Heydər Əliyevin xatirəsi ona ata-anasının xatirəsi qədər əzizdir. Və əlavə şərhə ehtiyac yoxdur...

MÜBARİZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Dekabr 2024 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see422

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see346

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see280

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see270

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see240

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see225

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see220

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see210

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see205

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see188

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see188

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see184

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see171

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see168

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see167

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see165

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see150

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see147

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see147

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri