Tağıyev filminin üçüncü hissəsinin yayım vaxtı məlum olub
Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Tağıyev" filminin üçüncü hissəsinin yayım vaxtı məlum olub.
Adalet.az xəbər verir ki, "Tağıyev: Sona" adlanan üçüncü hissə oktyabrın 2-dən etibarən kinoteatrlarda nümayiş ediləcək.
Məlumat üçün qeyd edək ki, filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir.
Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıb.
Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 16 Sentyabr 2025 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















