Tağıyevin həyatından bəhs edən Tağıyev filminin üçüncü hissəsinin təqdimat mərasimi keçirilib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Nizami Kino Mərkəzində Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Tağıyev” filminin üçüncü hissəsinin təqdimat mərasimi baş tutub.
APA xəbər verir ki, təqdimatda Bakı Media Mərkəzin rəhbəri Arzu Əliyeva, prezidentin köməkçisi Anar Ələkbərov, Mədəniyyət Naziri Adil Kərimli ölkənin mədəni-ictimai və siyasi xadimləri, tanınmış kino xadimləri və media nümayəndələri iştirak ediblər.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı isə Etibar Əsədlidir.
Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 03 Oktyabr 2025 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















