Tahir Baxşıyev: Bu mövsüm çempionatda ən yaxşı oyunumuzu keçirdik
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
Bu mövsüm çempionatda ən yaxşı oyunumuzu keçirdik.
“Report” xəbər verir ki, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının XII turunda “Naxçıvan”la qarşılaşmadan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis qələbəyə baxmayaraq komandanın hələ tələblərin 60 faizini yerinə yetirdiyini vurğulayıb:
“Bu mövsüm çempionatda ən yaxşı oyunumuzu keçirdik. Amma inanıram ki, qarşıda bizi daha da yaxşı oyunlar gözləyir. “Naxçıvan” güclü komandadır. Turnir cədvəlində ikinci yerdədirlər. Amma bu qələbəyə çox ehtiyacımız var idi. Uşaqlar yalnız qələbə üçün oynadılar. İlk hissə çətin keçdi, hesab tez-tez dəyişirdi. Amma üçüncü periodda uşaqlar müdafiədə çox yaxşı oynadılar. Bizim üçün bu vacib idi və qələbəni qazana bildik. Oyun keyfiyyətindən razı qaldım. Amma deyə bilərəm ki, hələ komanda tələblərimin yalnız 60%-ni yerinə yetirir. Hələ inkişaf edəcəyik. Hazırda bizim üçün hər oyun vacibdir. Çempionata çox pis başladıq. Yaxşı ki, hələ qabaqda çox oyun var”.
Baş məşqçi qarşıdan gələn kubok matçı ilə bağlı da danışıb:
“Qarşıda kubok oyunu var və burada legioner limiti fərqlidir. Heyətdə ən azı iki yerli oyunçu olmalıdır. Bu tərkibdə demək olar ki, oynamamışıq. Murad Babayev bizə kömək edəcəkmi, bilmirəm. Amma gənc oyunçularımız var. Düşünürəm ki, “Lənkəran”a qarşı yaxşı oyun göstərə biləcəyik”.
Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən A qrupunun “Naxçıvan” - NTD görüşündə qonaqlar 95:70 hesablı qələbə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 25 Yanvar 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















