“Qarabağ”ın müdafiəçisi: “Çempionatda ən yaxşı oyunlarımızdan birini keçirdik” ə AÇIQLAMA
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”ın macar müdafiəçisi Bense Varkonyi Misli Premyer Liqasının səkkizinci turunda “Neftçi” ilə 3:3 hesablı heç-heçəni şərh edib.
Futbolçu İdman.Biz-ə açıqlamasında oyunda üç qol buraxmalarına baxmayaraq, komandasının çempionatda ən yaxşı oyunlarından birini keçirdiyini bildirib:
“Yekunda istədiyimizə nail ola bildik. Amma oyuna bütövlükdə baxsaq, üç asan qol buraxdıq. Buna görə də bir xalla kifayətlənməyimizə sevinməliyik. Bununla belə, hesab edirəm ki, çempionatda ən yaxşı oyunlarımızdan birini keçirdik. Eyni zamanda, belə qollar buraxmamaq üçün səhvlərimiz üzərində işləməliyik. Amma bir daha deyirəm, nəticədən razı qalmalıyıq”.
Varkonyi növbəti turda “Sabah”la keçiriləcək qarşılaşmadan da danışıb:
“Neftçi”dən sonra “Sabah”la oynayacağıq. Onlar Çempionlar Liqasında da iştirak edirlər, iki cəbhədə mübarizə aparırlar. Görək, qalib gələ biləcəyikmi. Səfərdə oynayacağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 17 Oktyabr 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















