Icma.az
close
up
RU
Tahir Budaqov Heydər Əliyevə həsr olunmuş konfransda çıxış etdi FOTOLAR

Tahir Budaqov Heydər Əliyevə həsr olunmuş konfransda çıxış etdi FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin siyasi irsi: qüdrətli dövlətin əsasları” mövzusunda konfrans keçirilib.

"Unikal" xəbər verir ki, vəlcə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb. 

Konfans iştirakçıları BDU-nun Heydər Əliyev muzeyi və Heydər Əliyev lektoriyasını da ziyarət ediblər.

Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu və zəngin dövlətçilik irsindən bəhs edən videosüjet nümayiş olunub.

BDU rektoru Elçin Babayev konfransın Azərbaycan Respublikasının Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu ilk Konstitusiyasının 30, tariximizə qızıl hərflərlə yazılmış böyük Qələbəmizin 5 illiyi münasibətilə, “Konstitusiya və Suverenlik İli”ndə keçirilməsinin xüsusi rəmzi məna daşıdığını bildirib. Konfrans Ulu Öndər Heydər Əliyevin tükənməyən siyasi irsinin, qüdrətli Azərbaycan dövlətinin qurulması üçün Ümummilli Lider tərəfindən formalaşdırılan əsasların öyrənilməsi və tədqiqi istiqamətində əldə edilən nəticələrin müzakirəsi baxımından xüsusi önəm daşıyır: “Xalqımız hələ ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanın taleyində yeni mərhələnin başlanğıcını qoyduğunu, müstəqilliyə gedən yolun təməllərini formalaşdırdığını, soy-kökümüzə, milli adət-ənənələrimizə qayıdış prosesinin böyük çətinliklə ilk cığırlarını açdığını çox yaxşı dərk edir və qiymətləndirir. Məhz ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan Ulu Öndərin inanılmaz səyləri ilə keçmiş sovetlər birliyinin geridə qalmış respublikasından sənayenin inkişaf etdiyi bir respublikaya çevrildi. İqtisadiyyat, sənaye, elm, təhsil, mədəniyyət sahələrində inanılmaz uğurlara imza atıldı. Sonralar - SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə də Ulu Öndər bu vəzifənin ona verdiyi imkanları doğma xalqının rifahı və tərəqqisinə yönəltdi. Ölkəmiz parçalanmaq, bölünmək təhlükəsi ilə üzləşdiyi illərdə Ulu Öndər Heydər Əliyev xalqımızın yenidən nicatı oldu. Xalqın tələbi ilə yenidən və bu dəfə daha böyük əzm və inamla Azərbaycana rəhbərliyə qayıdaraq, xilaskarlıq missiyasını davam etdirdi. Ulu Öndər tərəfindən tez bir zamanda qüdrətli Azərbaycan dövlətinin inkişaf strategiyası müəyyən edildi. Bu strategiyanın siyasi, iqtisadi, hərbi, sosial sferalarda uğurla gerçəkləşdirlməsi üçün böyük layihələr həyata keçirildi. Azərbaycan etibarlı tərəfdaş kimi dünyada qəbul olundu. Ölkəyə yatırılan investisiyalar, həyata keçirilən beynəlxalq layihələr, misilsiz neft strategiyası dövlətimizi qüdrətləndirdi. Yenidən əldə edilən müstəqilliyimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi istiqamətində titanik işlər görüldü. İllər sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanacağımız tarixi qələbənin təməlləri həmin dövrdə atıldı. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazıldı. Azərbaycanın bir dövlət kimi prioritetlərini, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyasını müəyyənləşdirən Ulu Öndər Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi isə, heç şübhəsiz ki, bu gün dünya siyasətinin fenomeni olan İlham Əliyev kimi siyasi varisini yetişdirməsi oldu. 2003-cü ildə xalqımızın birmənalı dəstəyi ilə Prezident seçilən İlham Əliyev ötən illər ərzində sarsılmaz təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətini əzmlə inkişaf etdirərək, ölkəmizi dünyanın modern və qüdrətli dövlətlərindən birinə çevirdi, müqəddəs ata vəsiyyətini, xalqımızın ən ülvi arzusunu şərəflə yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam bərpa etdi”.

Rektor diqqətə çatdırıb ki, Ulu Öndərin hər zaman sonsuz diqqət və qayğı ilə yanaşdığı, “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, eyni zamanda “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinin kollektivi də bütün xalqımız kimi, hər zaman Ümummilli Liderin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edir, onun zəngin siyasi irsinin tədqiqi və gənc nəslə ötürülməsi istiqamətində əlindən gələni əsirgəmir. BDU-da Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində hərtərəfli fəaliyyət aparılır. Ulu Öndər Heydər Əliyevin anadan olmasınının 102-ci ilində Universitetin 102 əməkdaşı və 100-dən çox tələbəsi YAP sıralarına qəbul edilib.

YAP Sədrinin  müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov isə bildirib ki, Ümummilli Lider Heydər Əliyev zəngin dövlətçilik irsi və mütərəqqi ideyaları ilə əbədiyaşarlıq qazanıb. Onun sözlərinə görə, müdrik dövlət xadimi sovet dövründə Azərbaycan SSR-in rəhbəri kimi respublikamızın intibahına nail olub, gələcək müstəqilliyinin əsaslarını formalaşdırıb: “Heydər Əliyevin həmin dövrdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində böyük siyasi-ideoloji əhəmiyyətə malik fəaliyyəti, o cümlədən Azərbaycan dilinin respublika Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olması və azərbaycançılıq ideologiyasının təşviqini daim diqqətdə saxlaması bu baxımdan xüsusi qeyd edilməlidir”.

Tahir Budaqov qeyd edib ki, 1992-ci ilin noyabrın 21-də Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması və xalqın öz liderinin ətrafında sıx birləşməsi isə dövlətçilik tariximizin dönüş nöqtəsi – mühüm bir taleyüklü mərhələnin başlanğıcı olub. O bildirib ki, ölkədə xaos və anarxiyanın hökm sürdüyü, qonşu Ermənistanın ozamankı geosiyasi şəraitdən və respublikanın ağır vəziyyətdə olmasından istifadə edərək torpaqlarımızı işğal etdiyi bir vaxtda xalqın çağırışı ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan və 15-də Ali Məclisin Sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev Azərbaycanı ciddi siyasi və iqtisadi problemlərdən, böhran vəziyyətindən xilas edərək inkişaf yoluna çıxarıb və ölkəmizə real müstəqillik qazandırıb: “İctimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, milli birliyin təmini, ardıcıl sosial-iqtisadi və siyasi-hüquqi islahatların reallaşdırılması, müstəqillik dövründə ilk parlament seçkilərinin keçirilməsi və müstəqillik dönəminin ilk Konstitusiyasının qəbul edilməsi Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edib. Bununla yanaşı, milli maraqlara əsaslanan uğurlu xarici siyasət kursu dünya birliyindən təcrid olunmuş Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsini və etibarlı tərəfdaş kimi tanınmasını şərtləndirib”.

YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, siyasi varisliyin təmin olunması Ulu Öndərimizin uzaqgörənliyinin ən böyük təzahürüdür: “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Heydər Əliyev yolunu tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlət maraqlarına və çağdaş reallıqlara uyğun davam etdirməsi nəticəsində misilsiz nailiyyətlər əldə edildi, xalq-iqtidar birliyi daha da möhkəmləndi, Azərbaycan regionda lider dövlətə çevrilərək dünyada önəmli tərəfdaş kimi tanındı, nəhayət, öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməklə Zəfər zirvəsinə yüksəldi”.

Tahir Budaqov vurğulayıb ki, cəmiyyətin bütün təbəqələrini təmsil edən vətənpərvər insanlar kimi, Bakı Dövlət Universitetində çalışan qabaqcıl elm xadimləri, ziyalılar da Ulu Öndərin ideyalarının reallaşmasında mühüm rol oynayıb, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinə qətiyyətli dəstək ifadə ediblər: “Ümummilli Liderimiz məzunu olduğu Bakı Dövlət Universitetinin fəaliyyətinə hər zaman böyük önəm verib, BDU-nun 50, 60, 75 və 80 illik yubileylərində iştirak edərək, bu ali təhsil ocağını “Azərbaycan xalqının milli sərvəti” adlandırıb. Tarixi ənənələrə və zəngin elmi nailiyyətlərə malik olan Bakı Dövlət Universitetinin elm və təhsil sahəsi ilə yanaşı, siyasi proseslərdə də fəal rol oynayan, prinsipial mövqeyi və sağlam əqidəsi ilə fərqlənən, milli məsələlərdə və tarixi-siyasi məsuliyyət anlarında öz sözünü deyən nüfuzlu alimləri partiyamızın sıralarında təmsil olunurlar. Yeni Azərbaycan Partiyasının üzvü olan elm xadimlərinin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik prinsipləri əsasında çalışmaları, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələri Heydər Əliyev irsinə və ideyalarına sədaqət nümunəsi olmaqla yanaşı, Azərbaycanın inkişafına, qarşıda duran hədəflərin reallaşmasına önəmli töhfədir”.

Sonra YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Daha sonra YAP sıralarına yeni qəbul olunmuş BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin müəllimi Arzu Orucova və Tarix fakültəsinin II kurs tələbəsi Ayan İsmayılova çıxış ediblər.

Yeni Azərbaycan Partiyasının Himni səsləndiriləndən sonra tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə ilə davam edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 May 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see185

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see128

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri