Icma.az
close
up
RU
Tahir Budaqov Braziliyaya səfər etdi FOTOLAR

Tahir Budaqov Braziliyaya səfər etdi FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov, partiyanın Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdiri Hülya Məmmədli və İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərovdan ibarət nümayəndə heyəti Mərkəzçi Demokrat İnternasionalının (IDC-CDI) dəvəti ilə 2025-ci il 20-23 noyabr tarixlərində Braziliya Federativ Respublikasında səfərdə olub.

"Unikal" xəbər verir ki, noyabrın 21-də nümayəndə heyəti San-Paulu şəhərində IDC-CDI, Braziliyanın Sosial Demokrat Partiyasının (PSD) Demokratik Məkan Fondu və Konrad Adenauer Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Demokratik müzakirə: sağ-mərkəzin siyasətdə körpülər qurması və həllər təklif etməsi” mövzusunda Forumda iştirak edib.

Forumun açılış mərasimində IDC-CDI-ın Prezidenti, Kolumbiyanın sabiq Prezidenti Andres Pastana, PSD Demokratik Məkan Fondunun Ali Məsləhət Şurasının Prezidenti, San-Paulu Ştatının Hökumət və İnstitusional əlaqələr üzrə katibi, San-Paulunun sabiq meri, Braziliyanın dövlət naziri Gilberto Kassab və Konrad Adenauer Fondunun Braziliyadakı nümayəndəsi Maksimilian Hedrix çıxış ediblər. Yeni dünya nizamına keçid prosesinin geniş vüsət aldığı müasir dövrdə qlobal kataklizmlərin hökm sürdüyü, bu səbəbdən də milli, regional və beynəlxalq təhlükəsizlik məsələlərinin aktual çağırış kimi xalqlar və dövlətlərin qarşısında dayandığı qeyd olunub. Bildirilib ki, hazırda bəşəriyyətin sağlam gələcəyi naminə intensiv dialoqa ehtiyac duyulur və bu kontekstdə sosial məsuliyyət daşıyıcısı kimi siyasi partiyaların da üzərinə mühüm vəzifələr düşür. Qarşılıqlı faydalı əməkdaşlıq şəraitində milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına riayət etməklə müxtəlif ölkələri təmsil edən siyasi partiyaların ümumbəşəri dəyərlər və ortaq maraqlar naminə səylərinin birləşdirilməsinin vacibliyi vurğulanıb.

“Dəyişikliklər dövründə ekstremal yanaşmalar arasında idarəetmə”, “Dəyişən dünyada sağ-mərkəz narrative”, “Mürəkkəb problemlərə realist həllər” mövzularında panel sessiyaları ilə öz işini davam etdirən Forumda, həmçinin müasir dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, demokratik institutların gücləndirilməsi, media və vətəndaş cəmiyyəti təsisatlarının dəstəklənməsi, eləcə də xalqlar arasında körpülərin qurulması üçün ideoloji qütbləşmənin azaldılması, etnik zəmində münaqişələrin qarşısının alınması və sivilizasiyalararası dialoqun təşviqində siyasi partiyaların rolu məsələləri müzakirə olunub.

Həmin gün Forum iştirakçıları San-Paulu İncəsənət Muzeyini də ziyarət ediblər.

Noyabrın 22-də isə YAP nümayəndə heyəti IDC-CDI İcra Komitəsinin iclası və Nizamnamə Baş Assambleyasında iştirak edib.

İcra Komitəsinin 2025-ci il 30 may tarixində Kot-d'İvuar Respublikasında keçirilmiş son iclasının protokolu təsdiq edildikdən sonra Andres Pastrana, Baş katib Antonio Lopez-İzturiz və digər rəsmilərin hesabat xarakterli çıxışları dinlənilib. İcra Komitəsinə yeni üzvlərin seçilməsi və qətnamə layihələrinin qəbulundan sonra isə xüsusi nümayəndələr regional hesabatlarını təqdim ediblər.

IDC-CDI Nizamnamə Baş Assambleyasında isə təşkilat rəhbərliyinin çıxışlarından sonra 2026-cı il üçün fəaliyyət planı təqdim olunub. Daha sonra təşkilatın 2026-cı il büdcəsi təsdiq edilib, səsvermə nəticəsində prezident və vitse-prezidentlər seçilib.

YAP nümayəndə heyəti noyabrın 22-də PSD Demokratik Məkan Fondu tərəfindən mədəni proqram çərçivəsində təşkil olunan tədbirə də qatılıb.

Səfər zamanı, həmçinin YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Kamboca Xalq Partiyası Xarici əlaqələr komissiyası sədrinin birinci müavini və Kamboca Krallığı Milli Assambleyasının Xarici işlər, beynəlxalq əməkdaşlıq və informasiya komitəsinin sədri Suos Yara və Macarıstanın hakim Fides partiyasının vitse-prezidenti, Avropa Parlamentinin üzvü Kinqa Qal ilə görüşüb. Görüşlər zamanı partiyalararası əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 Noyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri