Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Tahir Əmiraslanov: Novruz məşhur yumurta əvvəl yaranıb, yoxsa toyuq? sualına cavab verib

Tahir Əmiraslanov: Novruz məşhur yumurta əvvəl yaranıb, yoxsa toyuq? sualına cavab verib

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Novruz bayramında hər bir yeməyin, hər bir şirniyyatın öz xüsusi mənası var. Süfrəyə mənasız heç nə qoyulmur. Bunun üçün də əvvəlcə bu bayramı başa düşmək lazımdır. Bu nədir, nə bayramıdır, niyə bu bayram yaranıb və s. Bu bayram dinlə bağlı deyil. Səma cisimlərinin, astronomiyanın yerdə olan əksidir və eyni zamanda, bizim həyat tərzimizlə bağlıdır".

Bunu Oxu.Az-a videomüsahibəsində "Azərbaycan Milli Kulinariya Assosiasiyası" İctimai Birliyinin sədri Tahir Əmiraslanov deyib.

Tahir Əmiraslanov: "Novruz məşhur "yumurta əvvəl yaranıb, yoxsa toyuq?" sualına cavab verib"

Videomüsahibədən bəzi hissələri təqdim edirik:

- Tahir müəllim, Novruzda mütləq süfrədə olmalı yeməklər hansılardır?

- Plovlar həmişə olub. Məsələ ondadır ki, əvvəllər plovların bir çoxu düyüdən hazırlanmırdı. Düyü gələnə kimi bizdə fırıq var idi, ütmə var idi, bu gün türklərin daha çox istifadə etdikləri bulqur var idi. Yəni müxtəlif dənlərdən bişirilirdi. Texnologiya var idi. Bizdə aşsüzənlərin tarixi gedib çıxır Neolit dövrünə. Ondan da əvvəl həmin texnologiya xəngəldə idi. Baxın, xəngəlin özü ayrıca bişirilir, qarası ayrıca. Sonra üstünə əlavə olunur və qoyulur masaya. Eyni texnologiyadır. Plovlar xəngəlin davamıdır. O dövrdə yaz vaxtı, artıq havalar isinəndə xəmir xörəkləri verilmirdi, buna görə də dənli bitkilərdən bişirilən yeməklər və şirniyyat ortaya qoyulurdu. İndi də bizdə Od çərşənbəsində daha çox paxlalı bitkilərdən yemək verilir. Amma Su çərşənbəsində həm də qalac bişirilirdi. Qalac balaca, duzlu çörəkdir, mənası "ac qal", "qal ac" deməkdir. Su çərşənbəsində ona o qədər duz vururdular ki, yeyən susayırdı. Onu da gecə saat 12-dən sonra cavanlar yeyib yatırdılar və inanırdılar ki, yuxuda kim onlara su versə, onun nişanlısı, qisməti o olacaq. Yeməklərlə bağlı bu cür inanclar, falabaxmalar bu gün də var.

- Birdən su verən olmasa, dilxor olurdular, yəqin.

- (gülür) Yuxu elədir ki, onsuz da, duzlu yeyən adamın ürəyi mütləq su istəyəcək. Buna görə də Su çərşənbəsində məhz su tələb edən şeylər, qalac və turşulu yeməklər bişirilirdi.

- Bəs Od çərşənbəsində?

- Od çərşənbəsində paxlalı bitkilərdən olan yeməklər verilirdi süfrəyə. Yer çərşənbəsində torpaqla bağlı, torpaqdan çıxmağı simvolizə edən şüyüdlü plov, yaxud da buna oxşar göyərtilərdən, bitkilərdən hazırlanan çilovlar, plovlar verilirdi. Şirniyyat isə bütün süfrələrdə vardı.

Axır-uxur (İlaxır - red.) çərşənbə ilə Novruz bayramının üst-üstə düşdüyü illər ən xoşbəxt illər hesab olunur. Ayrı-ayrı olanda da süfrəyə yalnız südlü plov, şirin plov, meyvəli plov, yəni şirin şeylərlə bağlı plovlar və yenə də şirniyyat verilirdi. Yalnız cənub rayonlarımızda, onların əsas yeməyi olduğu üçün, süfrəyə balıq verilirdi. Çünki digər yerlərdə, məsələn, Tovuzda, Qazaxda balıq ancaq məzə kimi istifadə olunurdu. Ona görə cənub bölgəmizdə bir quru kütüm balığının, adına ziyad balığı da deyirlər, duzlusu və ya hisə verilmişi mütləq süfrədə olmalı idi. Deyim sizə ki, bu balıq südlü plovla da çox gözəl tutur. Novruzda süfrəyə verilən hər şeyin bir mənası var.

- Hətta yumurtanın da?

- Əlbəttə. Bilirsiniz yumurtanı niyə döyüşdürürdülər? Bizim dini təsəvvürlərimizə görə, Allah-taala əvvəlcə işığı yaradıb. İşıqdan bərk materiya yaranıb, sonra ondan fiziki maddə, torpaq və bundan sonra canlılar - heyvanlar, insanlar yaranıb. İndi materialistlər də deyirlər ki, əvvəl materiya olub, sonra canlılar. Amma canlı ilə cansızın arasında bir keçid olmalıdır və bu keçid də yumurtadır. Yumurta həm canlıdır, həm də cansız. Yumurtanı ona görə döyüşdürürdülər ki, içinə baxsınlar, görək içindəki canlıdır, yoxsa cansız? Həmin o çıkqıltı odur. (gülür) Bu mənada Novruz o məşhur "yumurta əvvəl yaranıb, yoxsa toyuq?" sualına cavab verib.

- İndi birinci yaranan hansı oldu - yumurta, yoxsa toyuq?

- Yumurta, əlbəttə ki. Əvvəlcə materiya yaranıb, sonra keçib yumurtaya, sonra canlıya. Yumurta olmasa, toyuq olmaz ki. Bir keçid forması olmalıdır, o da yumurtadır. Hətta Darvin də deyirdi ki, materiyadan canlıya bir keçid forması indiyə qədər tapılmayıb, amma o olmalıdır.

Təkamül nəticəsində insan əmələ gəlmir. Ona görə canlı ilə cansız arasında bir forma olmalıdır. Cansızdan necə canlı əmələ gələ bilər? Bu təsəvvürün özü insanlara necə verilib? Baxıblar ki, cansız yumurtadır, amma ondan canlı əmələ gəlir. Buradan da yarana bilər deyə bir düşüncə formalaşıb və bu, ancaq bizdə deyil. Dünyanın bütün xalqlarında kosmoqonik miflərin əsasında duran yumurtadır.

- Maraqlıdır, bəs niyə Novruzda yumurtanı boyayırıq?

- Çünki rəng dünyanın ifadə olunmasında çox vacib bir element idi. Hələ atəşpərəstlikdən qabaq kahinlərimiz ağ işığa sitayiş edirdilər. Çünki hər şey nurdan yaranıb. Ağ işıq hətta bizim adlarımızda da keçir. İşığın bir sıra adları var: biri "al"dır - alov yəni, biri "ağ"dır - "dodaq", "damaq" deyirik, "yanaraq" - sifətə deyirik, yəni yanaq, "gülağ" deyirik, yəni qulaq - gül kimi çıxıb bədəndən və s. Yəni başımızda olan üzvlərin hamısının adı işıqla bağlıdır. Ən zəif işıq Ayın işığıdır, ona görə ayaq üşüyəndir.

İşığın parçalanmasından yeddi rəng yaranır - göy qurşağı. Yumurtanın sarısına baxaq. Bizdə sarı gəlin "saf arı" deməkdir, "bakirə" mənasını verir. "Sarı donlu Selcan xatun eşqinə", "Qonşuda bir qız var, sarıköynəkdir" və s. Ona görə də qızlar ərə gedəndə birinci gün sarı, ikinci gün ağ, kəfən rəngi geyinirdilər - yəni bakirəlik öldü. Üçüncü gün isə qırmızı rəngdə geyinirdilər. Yəni Günəş kimi bir qadın doğuldu dünyada. Günəş həyat verəcək deyə sonrakı gün qadın yaşıl geyinirdi. Artıq həyatvericilik var. Həyat verən kimdir? Tanrıdır. Tanrı haradadır? Göylərdədir. Ona görə növbəti gün göy rəngdə libas geyinərdilər.

Diqqət edin, çox vaxt plovlara "süfrənin gəlini" deyirik, çünki yazı ifadə edir. Yəni hava isindisə, demək, yeni həyat başlayacaq, daha çox bitkiləri yeyəcəyik. Bunlar hamısı qadınlıqla bağlıdır. Kişilik heç nə yoxdur - kişi nə yeməkləri bişirə bilər, nə səməni qoya bilər, nə şirniyyat hazırlaya bilər. Bunların hamısı qadınlıqla, yasamla bağlıdır. Qadınlar da heyvan kəsməzlər heç vaxt. Çünki qadın öldürücü deyil, həyat vericidir.

- Novruz şirniyyatlarının da bağları var, demək ki.

- Bəli. Paxlava kosmik analığın simvoludur. Günəşin simvoludur həyatvericilik və analıqla bağlı olan qat-qat təbəqələrinin olması. Şirin olması həyatverici qadının başlanğıcıdır. Paxlava dilimlərinin ortasına qoyduğumuz qoz, fındıq və ya badam isə girişi, çıxışı göstərir. Şəkərburanın da, qoğalın da öz mənaları var.

Əzizə İsmayılova

Video: Cavid Mehdiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Mart 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see184

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see183

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see155

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see153

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see138

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see134

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see128

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see128

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see128

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see127

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see125

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see124

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see123

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see123

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see122

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see122

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri