Icma.az
close
up
RU
Tahir Əmiraslanov: "Turizm Agentliyində bəzi məsələlər açılsa, aləm dağılar" MÜSAHİBƏ

Tahir Əmiraslanov: "Turizm Agentliyində bəzi məsələlər açılsa, aləm dağılar" MÜSAHİBƏ

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru olmuş, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tahir bəy, Rusiyada yaşayan əslən azərbaycanlı, dünya şöhrətli kulinar Stalik Xankişiyevin Prezident tərəfindən şiddətli töhmət alan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Şuşada keçirilən ilk kulinariya festivalından sizi qovması barədə sosial şəbəkədəki paylaşımı müzakirələrə səbəb olub. Bu məsələyə aydınlıq gətirməyinizi istərdik. Əslində nə baş verib?

- Mənimlə düşmənçilik Fuad Nağıyev Dövlət Turizm Agentliyinə sədr təyin olunan gündən başlamışdı. Bundan əvvəl o, Turizm Bürosuna rəhbər gələndən mübahisələrimiz olmuşdu.

Həmin hadisəyə gəlincə, məni Şuşada keçirilən ilk kulinariya festivalına buraxmaq istəmirdilər, Stalik Xankişiyev və xaricdən gələn digər kulinarlar dedi ki, Tahir müəllim getmirsə, biz də getməyəcəyik. Ona görə bir gecə gedib Şuşada qaldım.

Səhəri Fuad Nağıyev, Turizm Bürosunun Qastronomiya turizminin idarəedilməsi departamentinin direktoru Səkinə Əsgərova və sədr müavini Azadə Hüseynova gəldilər və məni oradan uzaqlaşdırdılar. Stalik etiraz edərək yuxarı instansiyalara müraciət etdi. 44 günlük Vətən Müharibəsi zamanı orduda olmayan, Azərbaycan mətbəxinə lağ edən, əleyhimizə dünya təşkilatlarına yazanların arxasında dayanan Fuad Nağıyev, onun emissarları Səkinə Əsgərova və Azadə Hüseynova yenidən mənə təzyiq göstərdilər.

44 günlük müharibə ərzində əsgərlərimiz üçün yeməkləri biz bişirirdik. 2020-ci ilin oktyabrında yaralanan aşpazlarımdan biri Naftalanda Hospitala yerləşdirilmişdi. Ona baş çəkmək üçün gedəndə gördüm ki, Füzuli, Zəngilan və Daşaltıdan yaralılar gətirirlər. Anladım ki, orada əməliyyat gedir. Oktyabrın 20-də hərbi hissələrdə kulinariya gününü qeyd edirdik, həmin gün, Cənab Prezident, ali baş komandan Zəngilanın azad edilməsini sanki bizim üçün hədiyyə etdi. İnanırdım, Şuşa da azad olunacaq, hərbi hissədən qayıdandan sonra sosial şəbəkədə yazdım ki, 2021-ci ilin avqustunda Şuşada Beynəlxalq Kulinariya Festivalı keçirəcəyik.

Bir çox ölkədən həmkarlarım yazdı ki, biz də festivala qatılacağıq. Məqsədim o idi ki, hərbçilərimiz ruhlansın. Çox şükür, işğal altındakı torpaqlarımız azad olundu. Aşpazlarımız Qarabağdan 2021-ci ilin yanvarından sonra qayıtdılar. Onlara Müdafiə Nazirliyi mükafat verdi.

Təsəvvür edin ki, əleyhimə dünya təşkilatlarına yazan Fərhad Aşurbəyli ilə Orxan Muxtarov müxtəlif bəhanələrlə hərbi xidmətdən qaçıblar. Müharibənin gedişatında onlara dedim ki, aramızda soyuqluq olsa da, düşmənimiz birdir, sizin təşkilat da gəlsin, bizimlə səngərdə əsgərlər üçün yemək bişirək. Onlar gəlmədilər, qaçıb gizləndilər. Amma qaçanları Şuşaya festivala apardılar, bizdən 6 aşpaz şəhid oldu, 82 aşpazımızdan birini də festivala buraxmaq istəmirdilər.

- Suallardan biri də budur ki, niyə bu məsələ Fuad Nağıyevə töhmət veriləndən sonra qabardıldı? Bu etiraf gecikmiş sayılmır ki?

- O vaxt bunu etmək olmazdı. Bir çox şeylər hələ də açılmayıb. Gizli məqamlar var. İnanırdıq ki, bəzi şeylər düzələcək. Stalik baş verənləri görüb hirslənirdi, yazılı məktublar göndərirdi. Bu üç ildə o, mənə çox kömək elədi. Daim dəstək verirdi, yanımda dayanan dostlardan bəlkə də birincisi Stalik Xankişiyev idi.

Hər şeyin vaxtı var, hələ bir çox şeylər açılmayıb. Onlar açılsa, aləm dağılar. Yeri gəlmişkən, Dövlət Turizm Agentliyi Stalik Xankişiyevin 10 min dollarını vermədi. Stalik deməsəydi, mən bu məsələni qaldırmayacaqdım.

- Staliklə nə vaxtdan tanışsınız?

- Çoxdan, 20-25 il olar. Bunu özündən də soruşa bilərsiniz.

- Hazırda Dövlət Turizm Agentliyinin səlahiyyətli şəxslərinin həbsi barədə xəbərlər yayılır...

- Onların həbsi, cəzalandırılması məni maraqlandırmır. Adamı incidən odur ki, niyə ölkəmizə bu qədər ziyan vurdular? Bu 3 ildə milli mətbəximizə elə zərbə vurdular ki, 30 ilə çətin düzələ. Çox şeyi ermənilərə verdilər, bəla bundadır. Mətbəxi qorumaq, təbliğ etmək, inkişaf etdirmək üçün ayrılan pulları mətbəximizin əleyhinə yönəltdilər. Prezidentin etimadının, etibarının ən böyük şərəf və məsuliyyət olduğunu unutdular. Bunları pula satdılar. Bu, çox ağrıdıcıdır. Təəssüf edirəm!

Dövlət Turizm Agentliyində bir il ərzində o qədər yeyinti baş verirdi ki, bu, mənim uzaqlaşdırıldığım mərkəzin 15 illik büdcəsinə bərabər idi. Məlum olur ki, bir ildə "World Association of Chefs"in adından 2,9 milyon yeyinti olub. Məni Kulinariya Təşkilatından çıxartdılar, dünya təşkilatlarına bizim əleyhimizə yazan, Azərbaycan mətbəxinə nifrət edən Fərhad Aşurbəyli ilə Orxan Muxtarovu gətirdilər. Onlar bizim 30 illik əziyyətimizi heç elədilər.

Məni uzaqlaşdıran kimi Fuad Nağıyev və komandası "Discovery World Travel"də 7 mətbəx nümunəmizi ermənilərə hədiyyə etdilər. Uzun illərdir Azərbaycan mətbəxini təbliğ edən şəxs kimi ermənilər mənə bata bilmirdilər. Onlar Turizm Agentliyi qarşısında şərt qoymuşdular ki, Milli Kulinariya Mərkəzi iflic vəziyyətə salınmalı, işdən çıxarıb dünya təşkilatları qarşısında mənfi fikir yaradılmalıdır. Bu gedişlə ermənilər istəklərinə nail olacaqlar, qısa zamanda mətbəximizi məhv edəcəklər.

- Bu müddət ərzində Milli Kulinariya Mərkəzinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Hazırda "Azərbaycan Milli Kulinariya Assosiasiyası" İctimai Birliyinin, eləcə də Türk Dünyası Mətbəx Kültürü, Elmi və Sənəti Birliyinin prezidentiyəm. Çay ənənəmizi, iftar və təndiri UNESCO-ya gətirdik. Kitablarımız üzərində işləyirik, yarışlarda iştirak edirik, dünyada birinci yeri tutmuş "İrəvan mətbəxi" kitabımızı ingilis dilinə tərcümə etdik, yaxın vaxtlarda nəşr olunacaq.

Təəssüf ki, dəfələrlə tərcüməsi üçün müraciət etsək də, Turizm Agentliyi kitabın nə tərcüməsinə, nə çapına kömək elədi, nə də Fransaya aparanda yaxın durdu. Xahiş etdik ki, heç olmazsa, kitabın ərsəyə gəlməsində iştirak edən müəlliflərə təşəkkürnamə verilsin. Çağırıb nə diplom verdilər, nə də quru təşəkkür etdilər. Bu, onların adəti idi. Biz isə bu işləri özümüz görürük.

Hazırda XIX əsr İrəvan mətbəxini araşdırırıq, məlum oldu ki, orada qənnadıçımız və aşpazımız olub, onun dükanı varmış və əlyazmalarını bərpa edirik. Kurslarımız davam edir.

Çalışırıq gücümüz çatan qədər işlər görək, düzdür, maaşsız işdir, amma eybi yox, biz gərəkli bildiyimiz işi görürük. Ermənilərlə döyüşməyə başlayanda hələ Milli Kulinariya Mərkəzi yox idi, 1985-ci ildən işə başladıq, 1989-cu ildən ermənilərin qarşısını kəsdik. 40 ildir hələ də davam edirik. İldə 4-5 kitab çıxartdıq, dünya üzrə daha çox iş görülə bilərdi...Amma az-az da olsa, davam edirik, burada beynəlxalq təşkilatlarla işləyirik.

Milli mətbəximizi qorumağa, saxlamağa çalışırıq. Dövlət Turizm Agentliyi, Turizm Bürosu, onların qastronomiya şöbəsi və Milli Kulinariya Mərkəzinin birgə böyük insani və maliyyə resursları ilə 3 ildə gördükləri işdən 100 dəfə artıq iş görmüşük. Heç bir maliyyəmiz olmadan... Ölkə naminə edirik, minnət üçün demirik.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Mart 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see144

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see138

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see135

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see130

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see130

Dəyişikliklər bu BÜRCLƏRİN qapısını döyəcək: Həftə sonu şanslı bilet vəd edilənlər kimlərdir?

05 Sentyabr 2025 18:30see130

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see129

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see129

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see128

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see125

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see124

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see124

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see123

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see123

2040 cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU ya yüksələcək

05 Sentyabr 2025 17:54see121

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see120

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see120

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see119

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see119

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri