Icma.az
close
up
RU
Tahir Gözəl: “3 4 il ərzində “Qarabağ”ın çox yaxşı infrastrukturu olmalıdır”

Tahir Gözəl: “3 4 il ərzində “Qarabağ”ın çox yaxşı infrastrukturu olmalıdır”

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

“Klubun içində motivasiya yüksək səviyyədədir”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl “Nyukasl”la oyun öncəsi jurnalistlərə açıqlamasında deyib.
“İnsan əlindən gələni etməlidir. Biz əlimizdən gələni edəcəyik. Hamınız əmin ola bilərsiz ki, klubun içində motivasiya yüksək səviyyədədir. “Qarabağ” o qədər gözəl, müqəddəs ailədir ki... Biz savaşan komandayıq, savaşçı ruhumuz var. Çempionluq qismət olsa, Çempionlar Liqasında vuruşacağıq. Olmasa Avropa Liqasında və ya Konfrans Liqasında”.
Klub prezidenti UEFA Çempionlar Liqasının pley-off mərhələsinə düşməyi “möcüzə” adlandırıb:
“Avropada bir çox klubların büdcəsi bizdən çoxdur. 2000-dən çox klubun arasında “24-lük”dəyik. Bu, möcüzədir. Hamımız qürurluyuq. “Qarabağ” sıx qrafiklə oynayır. Futbolçular yorğun olsalar da, motivasiya yüksək səviyyədədir. Sabahkı oyunun vacibliyini bilirik. Rəqibin büdcəsi bizimkindən bir neçə dəfə çoxdur. Nəticənin necə olacağını deyə bilmərik. Bu mərhələyə möhtəşəm baş məşqçimiz Qurban Qurbanov, futbolçular, Prezident İlham Əliyev və xalqımızın dəstəyi sayəsində gəlmişik”.
Tahir Gözəl Azərbaycan Premyer Liqasındakı mübarizəyə də toxunub.
“Əgər “Qarabağ”ın hədəfi Avropadırsa, bu tempdə bir tərəfdə itki olacaq. Bu, bir faktdır, gərək bunu qəbul edək. Həm Çempionlar Liqasında, həm daxili çempionatdakı oyunlarfutbolçularımız üçün çox ağırdır. Üç gündən bir oyun keçiririk. Bunun təsiri var. Klublarımızda da inkişaf var. “Sabah”ın özü də bir möcüzədir. Möhtəşəm komanda qurublar. Çox güclü rəqibdir. “Neftçi”nin özü də.
 

Artıq Azərbaycan Premyer Liqasında da keyfiyyət artır. Amma Qubadakı stadionun vəziyyətini görəndə insan bir az məyus olur. Azərbaycanda futbolun səviyyəsini qaldırmaq istəyiriksə, infrastruktur yaxşılaşdırılmalıdır. 3-4 il ərzində “Qarabağ”ın çox yaxşı infrastrukturu olmalıdır. Klub prezidenti kimi bu, mənim arzumdur. Digər klublar da buna səy göstərməlidir”, - o, bildirib.


Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” – “Nyukasl” görüşü fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Fevral 2026 00:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri