Icma.az
close
up
RU
Tahir Gözəl: Bu, Qarabağ ın çox böyük çatışmazlığıdır

Tahir Gözəl: Bu, Qarabağ ın çox böyük çatışmazlığıdır

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qarabağ"ın prezidenti Tahir Gözəlin Sport24.az-a müsahibəsi
- Qış fasiləsindən sonra "Qarabağ"ın ümumi çıxışı haqda nə deyə bilərsiniz?
- Çox razıyam. Kadi qayıtdıqdan sonra komanda daha da gözəl nəticələr göstərir. Komandadan çox razıyam. "Sabah"a qarşı oyun da çox ağır şəraitdə keçdi, çox soyuq idi. "Sabah" da Azərbaycanın iddialı komandalarındandır. Güclü oyun göstərdilər. "Qarabağ" da gözəl oynadı. 1:1 oldu. Biz də xalımızı qazandıq. Həm burada, həm kubokda hədəflərimiz böyükdür, çempionluqlar istəyirik. Bir daha Avropada şansımızı yoxlayacağıq. Keçən dəfəki qarşımıza ağır rəqiblər çıxdı. Bəlkə bu mövsüm daha şanslı olacağıq, özümüzə daha uyğun rəqiblər çıxsa, daha da gözəl, daha uğurlu davam edəcəyik.
- Ötən mövsümü qızıl dublla başa vurmuşdunuz. Bu mövsüm üçün də plan budur?
- Bəli, Allah qoysa. "Səbail"lə oyunu gözləyirik. Cavab oyununu oynayaq. Bu mövsüm də "qızıl dubl" istəyirik. "Qarabağ"ın inkişafı normaldır. Kadi Borgesin geri dönüşünü böyük sevinclə qarşılayıram. İnkişaf edən, özünü göstərəcək futbolçularımız var. Uyğunlaşma prosesi var. Uzun müddət oynamayıb, indi uyğunlaşan futbolçulardan çox böyük nəticələr gözləyirəm. Məsələn, Aleksey Kaşukdan, istedadlı oyunçularımızdan. Baş məşqçimiz inanır, biz də inanırıq. Vaxt lazımdır. Bəzən dəyişikliklər olanda, kluba vaxt lazımdır. Məncə, hər oyun "Qarabağ"ın leyhinə gedəcək.
- Mövsümün əvvəlində avrokubokların əsas mərhələsinin formatı dəyişdirildi. Yəqin ki, yayda fərqli "Qarabağ" görə bilərik? Transferlər?
- Transfer məsələsində hər şey Qurban Qurbanovun əlindədir. Bunu tam səmimiyyətimlə deyirəm. Onu klub rəhbərliyi, sponsor, hamımız dəstəkləyirik. Qurban Qurbanov çox çətin seçim edir, hər adamı seçmir, özünəməxsus xətti var. Biz onun arxasında dayanmışıq. Qurban Qurbanov nə desə, onu edəcəyik. Hamımız bu barədə bir-birimizə dəstək və dayağıq.
- 2025/2026 mövsümündən Azərbaycan Premyer Liqasında klub sayı artırılacaq. Gözləntiləriniz nədir?
- Əgər bu artım futbolun keyfiyyətinə xidmət edəcəksə, onun tərəfdarıyam. Onu görəcəyik. Təcrübədən sonra görəcəyik.
- Bəs, legioner limitinin ləğvi ilə bağlı nə deyəcəksiz?
- Həm sevinirəm, həm üzülürəm. Sevinirəm ona görə ki, rəqiblərə qarşı əlimiz açılır. Əlimizdə imkanlar yaradılır. Üzülməyim? Qısamüddətdə xeyrimizədir, uzun müddət zərərimizə. Öz futbolçularımız....Həyat belədir də, işin tezinə qaçırsan. Uzun müddət həmin məhdudiyyət qalsaydı, bəlkə yaxşı olardı.
- "Qarabağ" yerli futbolçulara şans verməyə davam edəcək?
- Bu, tamamilə Qurban Qurbanova aid sualdır. Biz ona tam dəstəyik. Əminəm ki, seçdiyi futbolçular var. Onlara etibar edir. Qurban Qurbanovda belə xasiyyət var ki, bir futbolçuya inansa, onun arxasında dayanır və ona şans verir. Texniki korpusa aid sual olduğu üçün, cavab verə bilməyəcəm.
- Bazanın inşası məsələsində yenilik var?
- Həyatımda ən böyük məni məyus edən, məni üzən məsələdir. Təəssüf ki, yoxdur. Yer tapa bilmirik, yerimiz yoxdur, yer də verilmir. Xahiş etmişik, çox istəmişik. Biz hazırıq. Hər cürə investisiyaya da hazırıq. Suraxanıda olmasını xahiş etmmişik. Uyğun ərazi tapa bilmirik. O barədə məndə çox böyük təəssüf hissi var. Bu, "Qarabağ"ın çox böyük çatışmazlığıdır. Digər komandalardan da o barədə geridəyik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://sport24.az
archiveBu xəbər 23 Fevral 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri